64
gərginliyin paylanması hidrostatik gərginlikdən fərqlidir. Aparılan
müşahidələr göstərir ki, kifayət qədər güclü zəlzələdən qabaq
öyrənilən geofiziki parametrlər anomal olaraq dəyişir, ancaq ərazidə
zəlzələ gözlənilmirsə, onda bu öyrənilən geofiziki parametrlər də
dəyişməz olur.
Tədqiqatçılar zəlzələ baş verə biləcək ərazidə zəlzələ
mərkəzində uzununa dalğaların sürətinin dəyişməsini müşahidə
etməyə çalışmışlar, güman ediblər ki, massivin qırılıb dağılmasına az
qalmış massivin gərginliyi fəal dəyişməyə başlayır. Bu məqsədlə
yüksək seysmikliyə malik olan ərazilərdə vaxtaşırı əvvəldən seçilmiş
profil üzrə bircinsli sualtı partlayış yaradırlar. Bundan müxtəlif aylar,
illər üçün alınan seysmoqrammaları müqayisə edərək eyni bir ərazi
üçün Yer qabığında elastiki dalğanın yayılma məsafəsini təyin
edirlər.
Yer qabığında və üst mantiyada zəlzələdən əvvəl eyni bir yerdə
(məsafədə) zamanın dəyişmə tendensiyası qeyd olunur.
Seysmikliyi çox olan ərazilərin müxtəlif hissələrində uzununa
və eninə dalğaların nisbətini öyrənirlər. Bu nisbətin vaxtdan asılı
olaraq dəyişdiyi aşkar edilib. Zəlzələ təkanı olacaq yerdə bu nisbətin
yəni v
p
/v
S
1,62 qiymətinə qədər azaldığı zəlzələdən sonra isə 1,71
səviyyəsinə (ümumi) qədər artdığı müəyyən edilmişdir.
Zəlzələnin əvvəlcədən proqnozlaşdırma nişanələrini axtarmaq
üçün bu prosesin baş vermə mexanizmini və zəlzələ baş verəcək
massivdə süxurların fiziki xassələrinin necə dəyişdiyini yaxşı bilmək
lazımdır.
Dostları ilə paylaş: