68
Nümunəni sıxan qüvvənin sürətinin azalması ilə süxurun fiziki
xüsusiyyətlərinin dəyişməsinə baxaq. Uzununa dalğaların maksimum
qiyməti v
1
nümunəni sıxmaq üçün yaradılan qüvvələr arasındakı vaxt
artdıqca artmağa başlayır. Bunu qüvvənin artırılma vaxtının artması
ehtimal olunur və süxurda olan kiçik çatlar bağlanmağa imkan tapır.
Bu 23-ci şəkildə əyani surətdə görünür.
Şəkil
23
. 1,45 kbar, hərtərəfli təzyiq altında qabro nümunələrində
gərginliyin və uzunna dalğaların sürətinin zamandan asılı dəyişməsi.
Buradan
görünür ki, süxurun dağılmasından qabaq fiziki
parametrlərin dəyişməsi sıxan qüvvənin
artma sürəti ilə düz
mütənasibdir. Təbii olaraq üç fiziki kəmiyyəti süxurun dağılmağa
başlamamışdan qabaq özünü aparmasına üstünlük vermək olar:
elektrik, deformasiya və uzununa dalğaların sürətinin dəyişməsi:
süxurun deformasiyası onun elektrik müqavimətindən daha stabil
kəmiyyətdir. Elektrik müqaviməti
kənar təsirlərdən daha çox
dəyişməyə məruz qala bilər, bunun dağılma
ilə əlaqəsi olmaya da
bilər. Burada seysmoakustik impulsun paylanma şəkli bu təcrübədə
keyfiyyətcə baxılır, elastiki təkanların intensivliyinin kəskin artması
nümunənin bütövlüyünün pozulmasının (dağılmanın yaxınlaşması)
yaxınlaşması əlamətidir. Dağılmadan qabaq şaquli birtərəfli sıxan
qüvvə
elə bil ki, dəyişməz qalır (bu güclü miqdarda çatların əmələ
gəlməsi ilə əlaqədardır, bu proses magistral qatın
əmələ gəlməsi
prosesinə qədər davam edir.
downloaded from KitabYurdu.org