70
hərəkətlərinin dəyişməsinin sürətinin ölçülməsinə əsaslanaraq belə
fikir söyləmək olur ki, gələcəkdə dağılmaya məruz qalacaq yerdə
yavaş da olsa zaman keçdikcə bu yerdəyişmə artır, bu Yer qabığının
qeyri
müvazinətli vəziyyətidir, yəni qeyri-bərabər qüvvələrin təsir
sahəsidir. İki fərziyyəyə baxaq. Zəlzələ zamanı hansı gərginlik
götürülür. İlk növbədə hər hansı dərinlikdə hidrostatik təzyiq altında
müəyyən zaman ərzində süxurun davamlılığından böyük olan
gərginlik yaranmağa başlayır və bir sıra təkanlar nəticəsində artıq
olan gərginlik çıxır. Demək olar ki, belə
hal ümumiyyətlə götürsək
az ehtimal olunur, çünki belə olan halda gərginlik ayrıldıqdan sonra
tarazlıq halı yaranmalı idi, yəni sistem müvazinətlənməli idi və əks
təqdirdə ərazi seysmik fəal olmazdı.
İkinci halda seysmik fəal ərazilərdə süxur massivləri həmişə
qeyri-bərabər gərginlik altındadır. Massivlərin geoloji quruluşu
qeyri-bircinsli olduğundan ayrı-ayrı bloklar kritik vəziyyətə düşürlər
və parçalanma baş verir, bu anda yalnız bu gərginliyin artıq hissəsi
ayrılır. Baxaq görək bu iki halda elastik dalğaların sürəti parçalanma
baş verəcək zonada hazırlıq dövrü necə dəyişir. Laboratoriya
tədqiqatları göstərir ki, mürəkkəb gərgin və yüksək təzyiq şəraitində
aparılan
təcrübələr imkan verir ki, birinci hal üçün zəlzələdən
zəlzələyə sürətin qiyməti gələcək parçalanma zonasında maksimum
qiymətə çataraq azalmağa başlamalıdır. Bu halda
V və
S
çoxlu
sayda faktorlardan asılı olacaq, yəni dağılmaya məruz qala biləcək
zonanın
yerləşdiyi dərinlikdən, aradakı gərginliyin fərqindən,
temperatur, strukturdan, teksturadan, hansı maye ilə doymasından və
onun miqdarından, nəhayət, süxurlardakı məsaməlilikdən. İkinci
halda ehtimal ki, sürətin azalması müşahidə olunacaq və müəyyən
dövrlərdən sonra sürət sabit qalacaqdır.
Dostları ilə paylaş: