Xələfli A. A


partlayış etməklə, Yerin səthinə ağır yüklə və titrədici qurğularla



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   33   34   35   36   37   38   39   40   ...   168
geofiziki kesfiyyat usullari


partlayış etməklə, Yerin səthinə ağır yüklə və titrədici qurğularla 
təsir etməklə yaratmaq olar. Süni radioaktiv sahəni süxurlara qamma 
şuaları və ya neytron hissəcikləri ilə təsir etdikdə almaq olur. Yerin 
fiziki sahəsinə və yaxud bir hissəsinin yaratdığı sahə Geofiziki sahə 
adlanır. Bu sahə həm təbii, həm də süni yaradılmış sahə ola bilər və 
çox qiymətli fiziki kəmiyyətlərlə səciyyələnmiş olar. Kəşfiyyat 
geofizikasında müşahidə olunan sahələri, normal və anamal geofizika 
sahələri kimi bir-birindən fərqləndirirlər. Müşahidə olunan geofiziki 
sahə birbaşa yer səthində ölçülən sahənin qiyməti kimi qəbul olunur: 
normal geofiziki sahə hər hansı bir ərazidə ölçülmüş geofiziki 
sahələrin orta qiymətidir, anomal, sahə isə müşahidə edilən sahənin 
qiymətinin normal sahənin qiymətindən kənara çıxmasıdır. 
Dəyişdirilmiş sahə dedikdə, müşahidədən alınan qiymətləri
dəyişdirməklə alınan sahə başa düşülür (misal üçün müxtəlif 
downloaded from KitabYurdu.org


76 
yuksəkliyə hesablanmış sahə). Geoloji hədəfin quruluşu ilə onun 
üstündə yaranan geofiziki sahə arasında bilavasitə uyğunluq 
mövcuddur, çünki hər ikisi yer səthinin eyni ərazisinin quruluşunu 
əks etdirir. 
Əgər ərazi eyni süxurdan ibarətdirsə, yəni bircinsli mühitdirsə, 
bütün həcmdə fiziki xassə eyni qiymətə malik olarsa, eyni zamanda 
bunun üzərində yaranan geofiziki sahə də eyni olmalıdır. Əgər 
bircinsli mühitdə dayka damarları, layları, intruzya və yaxud filiz 
birləşmələri varsa və bunlar fiziki xassələrinə görə bir-birindən 
fərqlənirsə, yer səthində bunlar üzərində yaranan geofiziki sahə
kəskin dəyişəcək və fərqlənəcəkdir (şəkil 24,25). 
Şəkil
24. 
Fiziki sahənin qiymətiiin marşrut üzrə dəyişmə qrafiki. 1 qum 
daşları, 2. qidrotermal yolla dəyişdirilmiş karbonatlı süxurlar. 3. gilli şistlər.
Bircinsli mühit üzərində fiziki sahə normal sahəyə, sahələr 
geoloji hədəflər üzərində (lay, damar, filiz birləşmələri və s.) isə
anomal sahəyə uyqun gələcəkdir. Mürkkəb geoloji hədəflərdə 
müşahidə olunan geofiziki sahə həm normal, həm də anomal 
sahələrin cəmi kimi götürülür. Geoloji hədəfin mövcud olduğu 
mühitdə yaratdığı fiziki sahənin paylanmasının pozulmasına 
geofiziki, anomaliya deyilir. 
Ölçülən sahənin qiymətlərindən istifadə edərək geofiziki sahənin 
xəritəsi düzəldilir. Xəritə üzərində fiziki sahənin paylanmasını 
öyrənərək ərazidə hər hansı geoloji hədəfin yaratdığı anomal sahələri 
downloaded from KitabYurdu.org


77 
ayırırlar. Geofiziki anomaliyalar ölçülərinə, formasına, tutduğu 
sahəsinə görə müxtəlif ola bilər, cünki geofiziki sahə geoloji hədəfin 
ölçüsündən, formasından, yerləşdiyi dərinlikdən, onun qalınlığından,

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin