Xələfli A. A


§18. Geofiziki planalmanınn növləri və miqyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   36   37   38   39   40   41   42   43   ...   168
geofiziki kesfiyyat usullari

§18. Geofiziki planalmanınn növləri və miqyası 
Geofiziki işlər əvvəldə göstərdiyimiz kimi Yerin səthində
havada, kosmosda, dənizdə və quyularda aparılır. İşlər mərhələ ilə 
aparılır. Geoloji kəşfiyyat işlərini hər mərhələsində seçilən 
miqyaslara uyğun olmalı, eyni cür seçilməlidir. Planalmanın miqyası 
marşrutlar yaxud profillər arasındakı məsafəni addımla və yaxud
ölçmələrlə təyin edirlər. Marşrutlar (profillər) arasındakı məsafə 
nəzərdə tutulan hədəfin uzunluğundan 2-3 dəfə kiçik olmalıdır. Bir 
marşrut boyunca müşahidə məntəqələri arasındakı məsafə obyektin 
qalınlığından 3-4 dəfə kiçik olmaqla bərabər, obyektin yerləşdiyi 
dərinlikdən çox olmamalıdır. Geofiziki planalmada məsləhət görulur 
ki, ərazidə hər bir filiz birləşmələri üzərində layın uzanma istiqamət-
ində ən azı iki-üç profil keçirilsin və üç-dörd məntəqədə hədəfin 
qalınlığı müşahidə olunsun. Bundan sıx müşahidə aparılmır, həm də 
əlverişli deyil. Ərazidə tədqiq olunan hədəfin ölçüləri məlum deyilsə, 
şəbəkənin sıxlığı anomaliyanın ölçüsündən asılı olaraq seçilir. 
Şəbəkənin sıxlığı vuruq kimi yazılır: Marşrutlar arasındakı mə-
safə vurulsun (profillər) müşahidə məntəqələri arasındakı məsafəyə. 
Məsələn müşahidə məntəqələrinin sıxlıığı 100x10 m. Bu o de-
məkdir ki, marşrutlar arasındakı məsafə 100 metrə bərabərdir və 
müşahidə məntəqələri 10 metrdən bir yerləşdirilibdir. Müşahidə 
şəbəkəsinin sıxlığından istifadə edərək miqyas seçilir. Miqyas adətən 
downloaded from KitabYurdu.org


82 
profillər arasındakı məsafəyə bərabər olur, yəni hesabat üçün 
xəritədən kənara çıxmamalıdır. Göstərilən misal üçün iş 1:10.000 
miqyasda aparılmalıdır. 
Geoloji xəritəalma geofiziki tədişatlarla eyni miqyasda birgə 
aparılır. (cədvəl 2). 
Anomaliyanın formasını, ölçülərini dəqiqləşdirmək üçün lazım 
gəldikdə müşahidələrin nəticələrini təfsilatı ilə köstərmək vacibdir. 
Belə halda əvvəlki marşurut və məntəqələr arasında yenidən əlavə 
ölçmə işləri aparılır (şəkil 27).
Şəkil
.27 
Anomaliya əyrisinin müşahidə məntəqəsi arasındakı məsafədən 
asılı olaraq dəyişməsi. Əyri 1-1,2,3,4.Nöqtələrində ölçülərdən alınan
qiymətlərlə qurulmuqdur.2-müşahidə nöqtələri arasında əlavə ölçmeləri 
nəzərə almaqla qurulmuşdur, 3-filiz obyekti. 
Geofiziki sahənin kəskin dəyişdiyi ərazidə (rayonda) geofiziki işlərin 
daha keyfiyyətli aparılması məsləhət görülür. Həmin rayonda 
müşahidələrin sayını artırmaq və əlavə müşahidə məntəqələri 
yaratmaq lazımdır. Anomaliyanın mərkəzindən uzaqlaşdıqda 
müşahidə məntəqələri arasındakı məsafələri artırmaq olar. Geofiziki 
işin keyfiyyətini yaxşılaşdırmaq üçün əlavə olaraq müşahidə 
məntəqələrinin sayını 5—30 %-ə qədər artırmaq lazımdır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin