80
Süxurların fiziki xassələrinin öyrənilməsində quyulardan çox
geniş istifadə edirlər. Bəzi hallarda fiziki parametrlər geofiziki ano-
maliyaların ölçülərindən asılı olaraq hesablanılır.
Laboratorya şəraitində adətən süxurların maqnit xassəsi, sıxlığı,
radioaktivliyi, elektrik, akustik və s. xassələri öyrənilir.
Nümunələr kəsilişlərdə, açıq
yerlərdən, dəyişikliyə uğramamış
süxurlardan, mədənlərdə quyu materiallarından 30-300 sm
3
həcmin-
də götürülür. Nümunələrin götürüldüyü yer çöl kitabcasında qeyd
olunur və plana salınır. Onlar nömrələnir, oradan laboratoriyaya
göndərilir və fiziki xassələri öyrənilir. Fiziki xassələri təyin olunan
süxurların nəticələri laboratoriya jurnalında
qeydiyyatdan keçir,
cədvəl halına salınır. Hər bir süxurdan 30-dan 100 qədər nümunə
düzəldilir, bu nümunələrdən müxtəlif qiymətlər alınır.
Fiziki parametrlərin daha dəqiq təyin olunması üçün ölçülən
nümunələrin sayından asılı olaraq variasiya əyrisi qurulur, əyrilər ya
adi yaxud da loqarifmik miqyasda qurulur (şkil 3). Loqarifmik
miqyas
o vaxt tətbiq olunur ki, süxurların fiziki xassələri geniş
hüdudda dəyişsin. Variasya əyrisi qurulan zaman horizontal xətt uzrə
fiziki parametrlərin qiyməti, şaquli xətt üzrə isə nümunələrin sayı və
yaxud təsaduflərin sayı N (faizlə) göstərilir. Süxurun təyin edilmiş
fiziki xassələri hesablanmaış interval uzrə cədvələ köçürülür və sonra
hər bir interval üçün ölçülərin sayı hesablanır və hər interval üçün ölçüləri
faizə çevirilir. Nümunələrin ümumi sayı 100c bərabərləşdirilir (cədvəl.1,
şəkil 26).
Süxurların fiziki xassələrinin təyininin nəticələri geofiziki
tədqiqatların geoloji təhlilinin əsasını təşkil edir
downloaded from KitabYurdu.org
81
Şəkil.
26 Süxurların sıxlığının dəyişməyrisi.1-diorit (50 nümunə) 2-qabro
(80 nümunə) Şəkil cədvəl əsasında qurulub.
Dostları ilə paylaş: