74
Quyu geofiziki kəşfiyyatı demək olar ki, yerüstü geofiziki
kəşfiyyat üsulu ilə paralel olaraq XX əsrin 20-ci illərinin sonundan
inkişaf etməyə başlamışdır.
Quyu geofiziki kəşfiyyat üsulunun yaranmasında keçmiş sovet
alimlərinin, V. N. Daxnovun, S. Q. Komarovun, V. A. Şpak və bir
çox başqalarının rolu böyük olmuşdur.
Kəşfiyyat geofizikasında iki əsas məsələnin riyazi əsasları işlənib
hazırlanmışdır:
1. Əvvəlcədən fiziki parametrləri və yerləşdiyi yeri məlum olan
geoloji obyekti üzərində fiziki sahənin təyini (Buna geofizikanın düz
məsələsi deyilir).
2. Geoloji hədəfin üzərində fiziki sahənin parametrlərini təyin
etməklə həmin obyektin ölçüləri və yer səthindən ona qədər olan
məsafənin təyin edilməsidir (Buna geofizikanın tərs məsələsi
deyilir).
Geofiziki üsulların gənc olmasına baxmayaraq böyük məhsul-
darlığı və istənilən dərinliklərdə istifadə olunması və faydalı qazıntı-
ların axtarışında geniş istifadə olunur və böyük surətlə inkişaf edir.
Hal-hazırda geofizika elmi yer səthinin geoloji xəritəyə alınmasında,
faydalı qazıntıların axtarışında, hidrogeoloji və dağ-mühəndis geoloji
məsələlərin həllində geniş istifadə olunur və onun ayrılmaz
hissəsidir.
Dostları ilə paylaş: