79
başlanmışdır. Bu üsul fəzada təyyarənin koordinatlarının istənilən
vaxt marşrutun istənilən nöqtəsində təyin edilməsinə imkan verir.
Yer səthində kiçik miqyaslı geofiziki müşahidələr yol kənarı ilə,
çayların sahili ilə və meşə içərisindən keçən cığırlar ətrafında
aparılır. Belə halda qurulan şəbəkə qeyri bərabər olur.
Müşahidə məntəqələri arasındakı məsafə addımla, əgər maşınla
gedilirsə, maşının spidometri ilə təyin edilir. Belə halda tədqiqat
aparılan ərazinin coğrafi koordinatları xəritədə vizual qeyd olunur.
Dostları ilə paylaş: