62
minerallararası məsamələrin istiqaməti ilə əlaqədardır. Bu halda
sürətin anizotropiyası dolayı da olsa süxurun təzyiq altında gərgin
vəziyyətdə olmasından, və minerlın
istiqamətli yerləşməsi
deformasiyanın gərginliyindən asılıdır, bu süxur əmələ gəldiyi
dövrdə və sonrakı dövrlərdə mövcud olan gərginliklə əlaqədardır.
Bütün minerallarda elastiki dalğaların sürətinin qiyməti müxtəlif
istiqamətlərdə müxtəlifdir. Minerallarda sürətin anizotropiya əmsalı
atmosfer təzyiqindən 0,5-1 kbar artdıqda kəskin dəyişir və təzyiqin
sonrakı artımında demək olar ki, sabit qalır, 20 kbar təzyiqdə isə bu
qiymət 10% çox olmur.
Çoxlu peridotitlərdə və dunitlərdə sürətin anizotropiyası
olivinin qələvi süxurlarda istiqamətli üstünlüyə malik olmasına
görədir, süxurlarda nefelinin istiqamətli yerləşməsi təzyiq altında
uzununa dalğaların anizotropiyası 30%-dən çox olur.
Metamorfik
süxurlar – qneys və kristallik şistlər adətən, yaxşı görünən xəttinə
uyğun şistləşməyə malik olur. Bundan başqa nümunələrin çoxunda
şistləşmə
müstəvi tiplidir, yəni bunlar müstəvi xətti xarakterə
malikdir.
Deformasiya olunan süxurlarda sürətin anizotropiyasının
istiqamətli mikrostruktura ilə əlaqəsinin olması süxurun geoloji
inkişafı və onun tektonik tarixi ilə əlaqədar olduğu ehtimal olunur.
Tektonik baxımından sakit ərazilərdən götürülmüş nümunələrdə
sürətin təzyiqdən asılı olaraq anizotropiyasının
anomal dəyişməsi
nadir hallarda müşahidə olunur.
Kristallik şistlərdən düzəldilmiş nümunələrdə elastik dalğaların
sürətinin anizotropiyası 300
C temperaturu 4 kbar təzyiqə qədər
öyrəndikdə müəyyən edilmişdir ki, bu qiymətlərə qədər təzyiq və
temperaturun dəyişməsi sürətin anizotropiya əmsalını dəyişdirmir.
Təcrübi olaraq metamorfik süxurlarda sürətin anizotropiyasının
müəyyən edilməsi faktını, Yer qabığında və üst mantiyanın
sərhədində laylarında sürətin qiymətlərindəki fərqlə izah etmək olar.
Dostları ilə paylaş: