§4. Məsaməliliyin təsiri
. Əvvəldə göstərildiyi kimi süxurun
fiziki və mexaniki xassələrinə yüksək təzyiq və temperaturada təsir
edən faktor mineral tərkibdir. Bununla yanaşı, süxurun elastiki və
mexaniki xassələrinə təzyiqinin təsiri nəticəsində dəyişməsi
prosesinə təsir edən faktor məsaməlilikdir. Buna görə də süxurların
bir çox xassələrinin dəyişməsi çox məsaməli süxurlarda, az məsaməli
süxurlara nisbətən daha böyük olur.
Madam ki, mineral tərkib ilk növbədə süxurlarda elastiki dal-
ğaların sürətinin səviyyəsini və mexaniki parametrlərini təyin edirsə,
onda məsaməlilik və məsamələrin forması təzyiqinin funksiyası
olaraq bu xassələrin əyrilərinin xarakterindən asılı olacaq. Süxurların
məsaməliliyinin formasına baxaraq bu nəticəyə gəlmək olur ki,
məsamələrin forması çox müxtəlif olur. Biz əsasən bunun iki növynə
baxaq. Həcmi məsaməlilik ölçüləri bütün istiqamətlərdə eyni
tərkibdə olur və yarıq-yarıq məsamələr yaxud mikroçatlardır,
bunların ölçüləri bir istiqamətdə 2-3 tərtib o biri istiqamətdən azdır.
Bu təsəvvürlərə əsasən məsaməli bərk cismlərin modeli üçün
hesablamalar aparılmışdır və göstərilmişdir ki, nəzəri əyrilər v=f(p)
downloaded from KitabYurdu.org
53
süxurun təcrübi əyrilərini çox yaxşı əks etdirir. Bu iki növ
məsaməliliyin olması süxurlar üçün v=f(p) tipik qrafiki ilə
əlaqədardır (Şəkil 15). Bunlardan birincidə sürət xeyli artır, ikincidə
təzyiqin böyük qiymətində sürətin artması yavaş gedir. Birinci
hissədə sürətin artımı təzyiq artdıqca süxurda olan deşiklər və
dənələrin təmasları arasındakı mikroçatlar bağlanır və bütöv bir
mühit yaradır, bu oblastda sürətin kəskin artmasına səbəb olur, bu da
süxurun akustik keçiriciliyinin güclü artmasına səbəb olur.
Çökmə süxurlarda məsaməlilik süxurun elastiklik xassəsinə
çox təsir edir. bütün çökmə süxurlarda məsaməlilik çox böyük olur.
Süxurun gövdəsi çox hallarda kifayət dərəcədə yumşaq olur.
Nəticədə təzyiqin təsirindən məsaməlilik geriyə dönməz dəyişməyə
məruz qalır. Böyük dərinliklərdən götürülmüş eyni tip süxurlarda
məsaməlilik az qiymətə malik olur və elastiklik parametrlərin
məsaməlilikdən asılılığı eyni olur.
Axırda məsaməliliyin, süxurların elastiklik əmsalına və əksinə
davamlılığına baxaq. Bu xüsusiyyətlər təbii olaraq məsaməlilik art-
dıqca azalmağa başlayır. Az çatlı bərk süxurlarda Yunq modulu üçün
ümumiləşmiş qiymətlərin məsaməlilikdən asılılıq diaqramı veril-
mişdir (Şəkil 15).
Şəkil
15. Bərk süxurlarda məsaməliliyin elastiklik (a) və sıxlıq (b)
xarakteristikalarına ümumiləşmiş təsiri.
downloaded from KitabYurdu.org
|