IV Fəsil SÜXURLARIN FİZİKİ MEXANİKİ XASSƏLƏRİ Geofizikanın, geokimyanın, geologiya elminin və dağ-mədən
işlərinin problemlərini həll etmək üçün süxurların, xüsusilə
silikatların laboratoriya şəraitində təcrübi olaraq öyrənilməsi böyük
əhəmiyyət kəsb edir. Laboratoriya şəraitində təcrübədən alınan
nəticələr çöl şəraitində alınan geofiziki, geoloji, geokimyəvi
nəticələri təhlil etdikdə vacib məsələləri həll etməyə imkan verir ki,
bunu birbaşa çöl şəraitində almaq mümkün deyil. Bunsuz hansı real
süxurun və mineralın müxtəlif laylarda yerləşdiyini, hansı real cismin
mantiyada və yerin daha dərin qatlarında hansı vəziyyətdə olduğunu
öyrənməyə imkan verir. Laboratoriya tədqiqatları bizim planetin
dərin qatlarında hansı proseslərin baş verdiyini dərindən başa
düşməyə şərait yaradır.
Hal-hazırda süxurların fiziki və mexaniki xassələrinin mineral
tərkibdən təzyiq və temperaturun təsirindən asılı olaraq dəyişməsi
Yer elmi sahəsində fundamental və tətbiqi məsələlərin həllində geniş
istifadə edilir.
Tədqiqatlar göstərir ki, Yer cismlərinin sistematik öyrənilməsi,
çöl şəraitində aparılan tədqiqatlardan alınan nəticələri təhlil etmək
üçün çox vacibdir.
Yer fizikası sahəsində həll olunan problemlər yerin dərin
qatlarının quruluşu, onun tərkibini, okean və kontinentlərin, Yer
qabığının üst mantiysıanın inkişafı, həmçinin zəlzələlərin fizikası,
onun mexanizmini və əvvəlcədən proqnozlaşdırılması əlamətlərinin
öyrənilməsi ən vacibləri hesab olunur. Süxurların və mineralların
mexaniki, elektrik maqnit, termik parametrlərin təyini bir sıra başqa
nəticələrlə birlikdə göstərilən problemin həlli üçün çox vacibdir. Ona
görə də süxur və mineralların kompleks şəkildə müxtəlif
termodinamik şəraitdə öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
downloaded from KitabYurdu.org