§5. Süxurların maye ilə doymasının təsiri.
Real şəraitdə
süxurların məsamələri çox hallarda lay suları ilə dolmuş olur.
Bununla əlaqədar olaraq süxurun fiziki xassələrinin təzyiqdən asılı
olaraq dəyişməsini öyrəndikdə məsamələri dolduran mayelərin
təsirini nəzərə almaq çox vacibdir. Məsaməli mühitin elastiklik
xüsusiyyətlərinin təzyiqdən asılı olaraq dəyişməsini öyrənmək üçün
bir neçə model işlənib hazırlanmışdır. Bu modellərdən ən əhəmiyyət
kəsb edəni möhkəm gövdəli məsaməli mühitdir, burada nəzərə alınıb
ki, doldurucu maye bərk gövdənin divarlarına nisbətən hərəkət edə
bilir. Bu halda məsamələri dolduran mühitin vəziyyətinin
dinamikasından istifadə edilir. Əgər süxurlarda təzyiqdən aşılı olaraq
elastiki dalğaların dəyişməsi asılılığını nəzərə alaraq tapmaq
istəyiriksə, məsaməliliyin təzyiqdən asılılığını və bəzi xassələrini
bilmək lazımdır. Bunlarlı bilmək üçün təcrübələrə müraciət etməli
olmalıyıq.
§6. Çökmə süxurlar.
Hal-hazırda məsamələri maye ilə dolmuş
süxurlarda böyük təzyiq altında elastik dalğaların sürətinin
dəyişməsinin öyrənilməsinə böyük maraq əmələ gəlmişdir (Şəkil 17).
Şəkildə müxtəlif məhlullarla doymuş qum daşları nümunələrində
uzununa dalğaların təzyiqdən asılılıq əyriləri verilmişdir.
downloaded from KitabYurdu.org
55
Şəkil 16.
Gilli-slyudalı sementli qum daşlarında uzununa dalğaların
sürətinə xarici p
e
, daxili p
i
və diferensial p
e
-p
i
təzyiqlərin təsiri. Qırıq
xətlərlə p
e
-p
i
qiymətləri verilmişdir (Volaroviçə görə).
Quru qum daşlarından düzəlmiş nümunələrdə sürətin təzyiqdən asılı
olaraq nisbətən qeyri-bərabər artması müşahidə olunur. Bu çökmə
süxurlarda minerallar müxtəlif elastikliyə və yüksək məsaməliliyə
malikdir, bu məsamələr müxtəlif tip olurlar: həm mikroçatlardan,
həm də həcmi məsamələrdən ibarətdir. Su ilə doymuş kvars qum
daşlarından olan nümunələr sürətin təzyiqdən asılı olaraq
dəyişməsinin xarakteri ilə fərqlənir. Əvvəlcə 0,2-0,5 kbar təzyiqdə
sürət kəskin artır, sonra təzyiqin artmasına baxmayaraq sürətin
dəyişməsi səlisləşir. Su ilə doymuş nümunələrdə v=f(p) əyrisilə quru
nümunələrə nisbətən xeyli hamar görünür. Kerosinlə doymuş
nümunələrdə elastik dalğaların sürətinin təzyiqdən asılılıq əyrisi səlis
müşayiət olunur və sürətin təzyiqdən asılı olaraq dəyişməsi əvvəlki
haldan kiçikdir. Təbii şəraitdə böyük dərinliklərdə süxura hərtərəfli
təzyiqdən başqa məsamələri dolduran mayenin daxili təzyiqi təsir
edir. Səmərəli təzyiq bu təzyiqlərin fərqi kimi göstərilir.
P
ef.
=P
x
-nP
i
P
x
- xarıcı təzyiq, P
i
- daxili təzyiq, n- təzyiqi azaltma
əmsalıdır. Bu ölçü vahidi olmayan (adsız) kəmiyyət süxurun
gövdəsinin həcminin hərtərəfli və daxili təzyiqdən asılı olaraq
dəyişməsini göstərir.
Qum daşlarında uzununa dalğaların sürətinin xarici, daxili və
diferensial (n=1) təzyiqdən asılı olaraq dəyişməsi 17 ci şəkildə
göstərilmişdir. Şəkildən görünür ki, sürətə təsir edən əsas təzyiq
diferensial təzyiqdir.
Sabit diferensial təzyiqdə sürətin dəyişməsi daxili təzyiqin azca
dəyişməsi ilə müşahidə olunur, onun artması ilə sürətin dəyişməsi
azalır. Ancaq böyük dərinliklərdə ayrı-ayrı süxur laylarına maye
doldurucuları ilə birlikdə bağlı sistem kimi baxmaq olar. Bununla
əlaqədar olaraq xarici təzyiqlə əlaqəsi olmayan süxurun boşluqlarını
dolduran mayenin təzyiqinin dəyişməsi ilə sürətin dəyişməsinin
downloaded from KitabYurdu.org
56
xarakteristik xüsusiyyətini müəyyən etmək çox vacib məsələlərdən
biridir. Sürətin böyük qiyməti süxurlar kerosinlə doymuş olduqda
müşahidə olunur. Atmosfer şəraitində bu fərq 0,8 km/san bərabərdir,
təzyiq artdıqca bu fərq azalır. Böyük məsaməli süxurlarda bu qanuna
uyğunluq özünü doğrultmur. Məsələn, Azərbaycandakı alevrolitlərdə
məsaməlilik 13% təşkil edir, quru və maye ilə doydurulmuş
nümunələrdə sürətlər fərqi bütün təzyiq intervalında eynidir (Şəkil
17a obr 836).
Çökmə süxurlardan düzəlmiş nümunələrdə kerosinlə
doydurduqda həmişə uzununa dalğaların sürəti artır. Belə halda
sürətin təzyiqdən asılı olaraq dəyişməsi quru nümunələrə nisbətən az
olur. Çünki kerosin məsamələrə asanlıqla dolur, boş yer qalmır,
kerosin yaxşı isladıcı olduğuna görədir. Bununla yanaşı,
karbohidrogenlər polyarizasiya olmadığından nümunənin maddəsi ilə
qarşılıqlı təsirdə olmur, neytral qalır. Bərk cism – maye sistemi; bərk
cism – qaz sisteminə nisbətən böyük elastikliyə malik olur. Atmosfer
təzyiqində suyun kerosinə nisbətən böyük elastikliyə malik olmasına
baxmayaraq, su ilə dolmuş nümunələrdə sürətin az olması ilə
səciyyənövir. Müşahidə olunub ki, su bütün məsamələrə girə bilmir.
Səmərəli məsaməliliyin qiyməti kerosinlə doymuş nümunələrdə su
ilə doymuşa nisbətən böyük olur. Təzyiqin artması ilə məsamələrin
hamısı su ilə tam dolur. Bu andan sonra sürət su ilə doymuş
nümunələrdə kerosinlə doymuş nümunələrə nisbətən çox olmağa
başlayır
downloaded from KitabYurdu.org
57
Şəkil 17. Azərbaycan ərazisindən götürülən nümunələrdə uzununa dalğaların
sürətinin təzyiqdən asıllığı. A-alevrolit 836, əhəng daşı 848, b-əhəng daşı 695
və gil 832.
Bu ancaq məsamələrin strukturun və xarakterindən asılı olacaq.
Çünki kerosin yaxşı isladıcı olduğuna görə çox kiçik kapillyarlara
girmə qabiliyyətinə malikdir və buna görə də nümunədə ümumi
həcmin doyma dərəcəsi kerosin üçün daha çoxdur, nəinki su üçün.
Şəkildən görünür ki, v=f(p) əyrisi bütün təzyiqlərdə kerosinlə dolmuş
nümunələrdə su ilə dolmuş nümunələrə nisbətən yuxarıdır.
Çox hallarda su nümunənin maddəsi ilə qarşılıqlı təsirdə olur.
Gili yaxud gilli qum daşlarını su ilə doydurduqda nümunə yumşalır,
şişir. Bəzi hallarda isə tam dağılır. Belə olan halda süxurun elastiklik
xassəsi azalır və uzununa dalğaların sürəti su ilə doymuş
nümunələrdə quru nümunələrə nisbətən azalır. Bu da süxurlarda
davamlılığın azalması təsəvvürünə uyğundur. Təzyiqin artması ilə
davamlılıq daha sürətlə azalır. Çünki su bütün məsamələrin hamısına
daxil ola bilir.
Beləliklə, deyə bilərik ki, süxurun maddəsi ilə qarşılıqlı təsirdə
olmayan maye ilə doyduqda uzununa dalğaların sürəti bunlarda artır.
downloaded from KitabYurdu.org
58
Artma dərəcəsi doyuran məhlulun xassələrindən və məsamələrin
strukturundan asılıdır.
Belə fikir söyləyirlər ki, kristallik süxurlarda məsamələr maye
ilə dolduqda sürətin dəyişməsinə az təsir edir. Bundan başqa belə
zənn edirdilər ki, maqmatik süxurlar maye ilə doyuzdurulduqda
elastiki dalğanın sürəti təzyiq artdıqca dəyişməz qalır. Təbiətdə
süxurlar adətən bu və ya digər dərəcədə mayelərlə, mineral sularla,
neftlə, qazla doymuş olur. Hətta sərbəst su Maxaroviçiç sərhədinə
qədər süxurun tərkibində olur. Təzyiqin artması ilə suyun özüllüyü
dəyişmir. Yağ-karbohidrogenlər, neft süxurun məsaməliliyindən
böyük keçicilik xüsusiyyətinə malikdir, yəni nüfuzluğu böyükdür.
Özüllük təzyiqdən asılı olaraq dəyişmir
o
e
kp
–p təzyiqindəki
özüllükdür.
o
– atomosfer şəraitində özüllükdür, k isə əmsaldır. Su
ilə doymuş maqmatik süxurlarda uzununa dalğaların sürəti quru
nümunələrdəki sürətindən çoxdur. Yüksək təzyiqlərdə v=f(p) əyrisi
quru və su ilə doymuş süxurlarda bir-birinə yaxınlaşır, bu süxurun
məsaməliliyindən asılıdır.
Yarığa bənzər çatlar olmayan süxurlarda məhlulla doymanın
təsiri uzununa dalğaların sürətinə az təsir edir. Yazılanların
xülasəsindən demək olar ki, maye ilə doydurulmuş çökmə süxurlarda
quru süxurlara nisbətən elastiki dalğaların sürəti süxurun rejimində
olan kiçik təzyiqdə xarici hidrostatik təzyiqinin artması ilə artır.
Hətta az məsaməli maqmatik süxurların boşluğunda olan maye
sürətin dəyişməsinə nəzərə çarpacaq dərəcədə təsir edəcəkdir. Bu
Yerin səthinə yaxın olan süxurlarda daha parlaq özünü göstərir.
Təzyiqin artması ilə sürətin artması maqmatik süxurlarda daxili
təzyiqin xarici təzyiqdən az olması şərti ödəndikdə baş verir.
Dostları ilə paylaş: |