Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   25   26   27   28   29   30   31   32   ...   168
geofiziki kesfiyyat usullari

 
§8. 
Metamorfikləşmə 
prosesinin 
təsiri.
Süxurların 
metamorfizmi onun mineral tərkibinin (bəzən kimyəvi) və onun 
strukturunun dəyişməsi ilə özünü büruzə verir. Bu dəyişmə 
mineralların yenidən kristallaşması və diferensiasiyası zamanı baş 
verir. Yenidən kristallaşma metamorfizmin ən vacib prosesidir, bu 
süxurun köhnə mineral tərkibinin və strukturunun dəyişməsi bunun 
əvəzinə yeni mineralın və strukturun əmələ gəlməsi ilə özünü 
göstərir. Bəzi hallarda ola bilsin ki, təkcə mineral tərkib dəyişir, 
struktur əvvəlki kimi qalır, yaxud da əksinə. Bu dəyişikliyə uyğun 
olaraq süxurun fiziki xassələri də dəyişir. Metamorfikləşmə prosesi 
xarici şəraitlə təyin olunur: təzyiq, temperatura (hərtərəfli və 
istiqamətli) maye və qazların kimyəvi təsiri ilə. Fiziki-kimyəvi 
amillərin üstünlüyündən asılı olaraq müxtəlif növ metamorfizm 
ayrılır. 
Kataklastik metamorfizmə baxaq. Bu birtərəfli təzyiqin 
təsirindən süxurlar qırılıb dağılır, yaxud süxur və minerallarda başqa 
cür parçalanma deformasiyasına məruz qalır. Nəticədə struktur 
dəyişir, süxur daha boş olur. Belə halda süxurun məsaməliliyi və 
mikroçatları artır. Bununla əlaqədar olaraq süxurun elastikliyi və 
davamlılığı xarakteristikaları aşağı düşür. Təmas metasomatik 
metamorfizm nəticəsində olivinin tərkib hissələrinə parçalanır, bu 
müxtəlif miqdarlı sulu silikat maqni və dəmirin əmələ gəlməsi ilə 
müşayiət olunur. Temperaturun 500

C-dən aşağı düşməsi ilə dəmirli-
maqnezial silikatın hesabına serpentinit əmələ gəlir. Bəzi hallarda 
olivin süxurlarının bir qismi serpentləşir: dunitə, peridotitlərə 
çevrilir. Ultraəsasi süxurlarda az miqdarda serpentinitin olması 
süxurun elastiki parametrlərini və sıxlığını azaldır. Aydındır ki, 
olivinin elastikliyi serpentininkindən nəzərə çarpacaq dərəcədə 
çoxdur. 
Süxurların metamorfikləşməsi prosesinin onun elastiklik 
xassələrinə təsirinə baxdıqda gördük ki, bu süxurun mineral 
tərkibinin və strukturunun dəyişməsi ilə əlaqədardır. Bu halda 
süxurun strukturunun yumşalması kəskin dağıdıcı prosesin baş 
downloaded from KitabYurdu.org


61 
verməsi nəticəsində süxurun elastiklik parametrlərinin azalması baş 
verir. Süxurun mineral tərkibinin dəyişməsi fiziki xassələrə müxtəlif 
cür təsirlər edə bilər. Əvvəldə deyildiyi kimi olivinin serpentləşməsi 
süxurun sıxlığının və elastik dalğaların sürətinin azalmasına səbəb 
olur. Piroksenitlərin və piroksenitli süxurların amfibollaşması onun 
xassələrini dəyişdirmir, çünki piroksenitin və amfibolun elastiki 
parametrləri yaxındır. Ancaq çox hallarda metamorfizm nəticəsində 
süxurlarda yüksək elastikliyə malik olan amfibol, epidot, xlorit və 
digər minerallar əmələ gəlir ki, bu mineralların hesabına metamorfik 
süxurlarda sıxlıq və elastiklik artır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin