§17. Süxurların fiziki xassələri
Ölçülən fiziki sahəni düzgün qiymətləndirmək yaxud izah etmək
üçün tədqiqat aparılan ərazidə əlavə olaraq orada əmələ gəlmiş
süxurların fiziki xassələrini öyrənmək lazımdır. Süxurların fiziki
xassələri müxtəlif amillərdən: onların tərkibindən, quruluşundan,
yerləşdiyi dərinlikdən və bir çox amillərdən asılıdır. Eyni bir süxurun
fiziki xassələri adları çəkilən amillərin təsirindən asılı olaraq geniş
hududda dəyişə bilər. Ona görə də süxurların fiziki xassələrini
tərkibindən asılı olaraq dəyişdikcə təyin etmək məqsədə uyğundur.
Fiziki sahə haqda dəqiq, düzgün məlumat almaq üçün tədqiqat
aparılan nümunələrin sayı 30—100-dən az olmamalıdır. Fiziki
xassələri birbaşa çöldə, marşrutda, həm də marşrutdan götürülmüş
nümunələrdə laboratoriya şəraitində təyin etmək olar. Çöl işləri
zamanı kəsilişlərdə birbaşa süxurların elektrik, maqnit, radioaktivlik,
qravimetrik və elastiklik xassələrini öyrənmək olar. Alınan qiymətlər
o vaxt tam doğru olar ki, aşağıdakı faktorlar nəzərə alınsın. Layların
çatlığı, məsaməli olması, su ilə doymuş olması və ya olmaması,
suyun tərkibində mineral duzların nə miqdarda olması və s.
Süxurların təbii yatım (uzanma) şəraitində fiziki xassələrinin
öyrənilməsi üçün adətən açıq yerdə və yaxud mədənlərdə fiziki
parametrlərin ölçülməsi işləri aparılır. Fiziki parametrlərin təyini za-
manı çalışmaq lazımdır ki, ölçmə işləri müxtəlif süxurların təmasda
olduğu yerdən uzaqda aparılsın.
downloaded from KitabYurdu.org
80
Süxurların fiziki xassələrinin öyrənilməsində quyulardan çox
geniş istifadə edirlər. Bəzi hallarda fiziki parametrlər geofiziki ano-
maliyaların ölçülərindən asılı olaraq hesablanılır.
Laboratorya şəraitində adətən süxurların maqnit xassəsi, sıxlığı,
radioaktivliyi, elektrik, akustik və s. xassələri öyrənilir.
Nümunələr kəsilişlərdə, açıq yerlərdən, dəyişikliyə uğramamış
süxurlardan, mədənlərdə quyu materiallarından 30-300 sm
3
həcmin-
də götürülür. Nümunələrin götürüldüyü yer çöl kitabcasında qeyd
olunur və plana salınır. Onlar nömrələnir, oradan laboratoriyaya
göndərilir və fiziki xassələri öyrənilir. Fiziki xassələri təyin olunan
süxurların nəticələri laboratoriya jurnalında qeydiyyatdan keçir,
cədvəl halına salınır. Hər bir süxurdan 30-dan 100 qədər nümunə
düzəldilir, bu nümunələrdən müxtəlif qiymətlər alınır.
Fiziki parametrlərin daha dəqiq təyin olunması üçün ölçülən
nümunələrin sayından asılı olaraq variasiya əyrisi qurulur, əyrilər ya
adi yaxud da loqarifmik miqyasda qurulur (şkil 3). Loqarifmik
miqyas o vaxt tətbiq olunur ki, süxurların fiziki xassələri geniş
hüdudda dəyişsin. Variasya əyrisi qurulan zaman horizontal xətt uzrə
fiziki parametrlərin qiyməti, şaquli xətt üzrə isə nümunələrin sayı və
yaxud təsaduflərin sayı N (faizlə) göstərilir. Süxurun təyin edilmiş
fiziki xassələri hesablanmaış interval uzrə cədvələ köçürülür və sonra
hər bir interval üçün ölçülərin sayı hesablanır və hər interval üçün ölçüləri
faizə çevirilir. Nümunələrin ümumi sayı 100c bərabərləşdirilir (cədvəl.1,
şəkil 26).
Süxurların fiziki xassələrinin təyininin nəticələri geofiziki
tədqiqatların geoloji təhlilinin əsasını təşkil edir
downloaded from KitabYurdu.org
81
Şəkil.
26 Süxurların sıxlığının dəyişməyrisi.1-diorit (50 nümunə) 2-qabro
(80 nümunə) Şəkil cədvəl əsasında qurulub.
Dostları ilə paylaş: |