Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   43   44   45   46   47   48   49   50   ...   168
geofiziki kesfiyyat usullari

 
 
 
§25. Yerin maqnit sahəsinin variasiyası 
Uzun müddət bir müşahidə məntəqəsində Yerin maqnit sahəsinin 
öyrənilməsi göstərdi ki, Yerin maqnit sahəsi sabit qalmır, vaxtdan 
asılı olaraq dəyişir. Bu hadisəni öyrənmək üçün bizim respublikada 
da xususi xidmət idarəsi var ki, aramsız olaraq maqnit sahəsinin 
gərginliyinin dəyişməsi yazılır, buna maqnit observatoriyası deyilir. 
Maqnit sahəsinin bir müşahidə məntəqəsində zamana görə 
dəyişməsinə maqnit variasiyası deyilir. Variasiyalar dövrü və qeyri-
dövrü olur. Dövrü variasiya müəyyən vaxt ərzində maqnit sahəsinin 
dəyişməsinin tam başa çatmaq siklinə deyilir və sutkalıq, illik, əsrlik 
olur. Dövrü olmayan variasiya yoxdur. Maqnit burulğanlılıq 
müəyyən dövrə malik deyil, bir neçə saatdan 2-3 sutkaya kimi davam 
edə bilir. Sutkalıq, illik variasiyalar və maqnit burulğanlığı Günəşdən 
gələn şualanmaların hesabına baş verir. Əsrlik variasiyanı isə Yerin 
daxilində gedən proseslərlə bağlayırlar. 
Maqnit kəşfiyyat işləri apardıqda variasiya maneələrə çevrilir. 
Xüsusilə sutkalıq variasiya və maqnit burulğanlığı çox maneə törədir
cünki bunların dövrü çox kiçik, sahəsinin qiyməti isə çox böyükdür, 
sutkalıq variasiya 50 nTl, maqnit burulğanlığı isə bir neçə yüz nTl-ya 
çatır. Bu maneədən qurtarmaq üçün çöl işləri aparılan ərazidə 
Geofiziki partiyalarda xususi cihazlar qoyulur ki, bu variasiyaların 
qiymətini bütün gün ərzində yazır. 
 
§ 26.Süxurların maqnit xassəsi haqda ümumi məlumat 
Bütün süxurlar maqnit sahəsinə gətirildikdə müxtəlif cür 
maqnitlənir, belə ki, maqmatik, metamorfik və çökmə süxurları müx-
təlif maqnit xassələrinə malikdirlər. Süxurların maqnit xassəsini 
təsvir edən kəmiyyətlərdən biri maqnit qavraycılığıdır. 

qiyməti 
süxurun maqnit sahəsində maqnitlənmə qabiliyyətinin çox və az 
downloaded from KitabYurdu.org


98 
olmasını göstərir. Çünki süxurların tərkibi müxtəlifdir, buna görə də 
müxtadif qavraycılığa malikdir və eyni bir maqnit sahəsində müxtəlif 
maqnitlənməyə malikdir.

-nın qiymətinə görə bütün minerallar üç qruqa bölünür: dia-
maqnitlər, paramaqnitlər və ferromaqnitlər. 
Diamaqnit minerallar (vismut, mis, qızıl, gümüş, almaz, 
qurğuşun, kvars, kips və s.) ən kiçik maqnit qavraycılığına malikdir. 

<0 , adətən (1-2) 10
-5
BS vahidi. Belə minerallar maqnit anomal-
iyası yarada bilməzlər. 
Paramaqnit minerallar (platil, qranat, turmalin, müskovit və s.) 
maqnit qavraycılığına malikdir. 

>0 , (20-19) 10
-5
BS vahidləri hü-
dudunda dəyişir. Bu mineralların külli miqdarda bir yerə toplanması 
bir neçə nanotesla anomaliya yarada bilər. 
Paramaqnit və diamaqnit mineralların maqnitlənməsi I xarici maqnit 
sahəsinin gərginliyi ilə düz mütənasibdir, yəni maqnit sahəsinin 
gərginliyi artdıqca maqnitlənmə də artır və əksinə (şəkil 33). Bu 
mineralları maqnit sahəsindən çıxardıqdan sonra minerallar maq-
nitliyini itirir. Belə ki, bu maqnitlənməyə induktiv maqnitlənmə 
deyilir, yəni xariçi sahənin hesabına yaranan sahədir. Bu I
i
kimi işarə 
olunur. İnduktiv maqnitlənmə ilə onu yaradan sahə arasında 
aşağıdakı əlaqə mövcuddur. 
downloaded from KitabYurdu.org


99 
Şəkil
33.
Maqnitlənmənin intensivliyinin maqnit sahəsinin gərginliyin 
asılılığı.a-paramaqnit (1), diamaqnit (2), b-ferromaqnit mineralla
r. 
Ferromaqnit minerallar böyük maqnit qavraycılığına malikdir

» 0 
(maqnitit, maggemit 4-dən 25 BS vahidləri, titanomaqnitit 10
-5
-dən 
25 BS vahidləri, pirrotin isə 10
-2
-dən 10
-1
BS vahidləri hududunda 
dəyişir). 
Ferromaqnit minerallar üçün xarici maqnit sahəsinin təsirindən 
maqnitlənmə prosesi mürəkkəb əyri ilə təsvir olunur, buna qisterezis 
əyrisi deyilir (şəkil 10b). Bu əyri göstərir ki, xarici maqnit sahəsinin 
gərginliyi T artdıqca maqnitlənmə əvvəlcə çox tez artır, sonra 
yavaşımağa başlayır və nəhayət, mineral doyma halına çatır M 
nöqtəsi əgər sahəni T – ni yavaş-yavaş azaltmağa başladıqda I 
azalmağa başlayır. Bu azalma maqnitlənmə prosesindən yavaş gedir. 
T= 0 olanda maqnitlənmə tam yox olmur, bir qədər qalıq maq-
nitlənməyə malik olur I
r
. Əgər biz cismi tam maqnitsizləşdirmək 
istəsək, yəni I
r
=0, onda biz cismə əvvəl verdiyimiz maqnit sahəsinin 
əks istiqamətində sahə ilə təsir etməliyik -T
s
buna koerstiv qüvvə 
deyilir. 
Təbiətdə çoxlu süxurlara rast gəlinir ki, onlar qalıq maqnitlən-
məyə I
r
malikdir. Bu maqnitlənmə qədim zamanlarda Yerin maqnit 
sahəsində əmələ gəlmişdir. Belə maqnitlənmə yerdə gedən bəzi fiziki 
və kimyəvi proseslər nəticəsində baş verir. Ferromaqnit mineralların 
yüksək qalıq maqnitlənməsini saxlamaq qabiliyyətinə malik 
olmasıdır. Süxurlarda bir neçə (növ) qalıq maqnitlənmə ayrılır: 
temperatur, kimyəvi, yaxud kristallaşma, vyazki, dinamik və s. 
Süxurlar eyni zamanda müxtəlif (növ) maqnitliyə malik olurlar. Bu 
maqnitlənmənin vektorlar cəminə təbii qalıq maqnitlənmə deyilir və 
I
n
kimi işarə edilir. 
Yerin indi mbvcud olan maqnit sahəsinin təsiri ilə bütün süxurlar 
əlavə olaraq induktiv qalıq I
i
maqnitlənmə əldə edir. Belə olan halda, 
süxurlar bütün bu maqnitlənmələrindən cəm maqnitlənmələrdən əldə 
edir.
I = I

+ I

= I



T. 
downloaded from KitabYurdu.org


100 
İstiqaməti T vektorunun istiqaməti ilə təyin olunur, I
r
vektorunun 
istiqaməti isə müxtəlif ola bilər, cünki bu bir çox amillərdən asılıdır. 
I
n
vektoru çox vaxt T vektorunun əksinə yönəlir (əks qütb), nəticədə 
filiz yataqları üzərində əks anomaliya müşahidə olunur. I
n
vektorunun istiqaməti maqnit anomaliyası üzərində alınan əyrinin 
formasını dəyişir, ona görə də maqnit xəritələrini təhlil etdikdə bunu 
mütləq nəzərə almaq lazımdır. Bu məqsədlə çöl işləri dövrü ano-
maliya aşkar edilən ərazidən nümunələr götürülür və laboratoriyada 
həmin süxurların maqnit xassələri öyrənilir. 
Ferromaqnit mineralların özünəməxsus xüsusiyyətləri var. 
Maqnit qavraycılığı temperaturdan asılıdır. Ferromaqnit minerallarda 
temperatur artdıqça 

kəskin artmağa başlayır, Bu artma müəyyən 
temperatura qədər davam edir, Buna Küri nöqtəsi deyilir. Əgər tem-
peraturu Kuri nöqtəsindən yuxarı artırsaq, ferromaqnit öz maqnit-
liyini itirib paramaqnetikə çevrilir. Ferromaqnit minerallar müxtəlif 
Küri nöqtəsinə malikdir. Maqnetit—585°S, Pirrotin—325°S, Mag-
gemit - 675°S, Titanomaqnetit 100°-dən 450°S kimi dəyişir, titano-
maqnetitin belə geniş intervalda Küri nöqtəsinə malik olması mine-
ralın tərkibində titanın miqdarından asılıdır. Titanın miqdarı artdıqda 
Küri nöqtəsi azalır və yaxud əksinə, artmağa başlayır. 
Süxurların maqnit xassəsi süxurun tərkibində olan kimyəvi 
element tlərin və mineralların tərkibindən, quruluşundan, dia, para və 
ferromaqnit mineralların nisbətindən və miqdarından asılıdır.
D.L.Berdeutski 
tərəfindən 
təklif 
olunub 
ki, 
istehsal 
sahələrində süxurları maqnit qavraycılığına görə aşağdakı quruplara 
ayırsınlar: 1 heç bir maqnitliyi olmayan, 

10
-5
Sİ vahidi ( əsasən 
çökmə süxurlar). 
2. Çox zəif maqnitliyə malik olan süxurlar 

=(50-100) 10
-5
BS 
vahidi(çökmə süxurların 
bir hissəsi, metamorfik, dəyişmiş və turş 
maqmatik süxurlar). 3. Zəif maqnitliyə malik olan süxurlar 

=(50-
100010
-5
BS vahidi (çökmə, maqmatik, və metamorfik süxurların bir 
hissəsi). 4. Maqnitli süxurlar

=(50-5000)10
-5
BS vahidi (maqmatik 
və metamorfik süxurların bir hissəsi). 5. Güclü maqnitliyə malik 
süxurlar 

5000

10
-5
BS vahidi (metamorfik, maqmatik əsası və ultra 
downloaded from KitabYurdu.org


101 
əsası süxurlar). Misal üçün cədvəldə süxurların maqnit 
qavraycılığının qiymətləri verilmişdir (cədvəl 3). Bunların orta 
qiymətləri § 4-də verilən üsulla hesablanıb. 
Süxurların maqnit xassələrini öyrənmək üçün kəsilişlərdən 
dağ mədən işləri aparılan yerdən və quyulardan çıxan süxurlardan 
nümunə götürülür. Süxurlarda dəyişmə əlaməti olmamalıdır, çünki 
aşınma ilk növbədə filiz minerallarında gedır. Süxurların paleo-
maqnit xüsusiyyətlərini öyrənmək üçün xüsusi üsulla istqamətlənmiş 
nümunələr götürülür və laboratoriya şəraitində xüsusi cihazlarla: 
maqnit qavraycılığını ölçən İMƏ-2, qalıq maqnitlənməni ölçən MA-
21, İON-1 geniş istifadə olunur. KT-5, PAM-Çİ, İCR-4, KL-2 
keçmiş Çexoslovakiya respublikasında buraxılıb. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin