103
tarixi haqda məlumatı müxtəlif süxurlarda təbii qalıq maqnitlənmə
vektorunun qiymət və istiqamətini təyin etməklə almaq mümkündür.
Süxurlarda təyin olunan təbii qalıq maqnitlənmənin istiqaməti demək
olar ki, süxurlar əmələ gəldikdə
Yerin mövcud olduğu maqnit
sahəsinin istiqaməti ilə eynidir.
Paleomaqnit tədqiqatlar üçün kəsilişlərdən heç bir dəyişikliyə
məruz qalmayan süxurlardan istiqamətli nümunələr götürülür.
Süxurun dəyişməyə məruz qalmayan hissəsində kompasla Şimal-
Cənub xətti qeyd olunur və sonra layın horizontal uzanması qeyd
edilir və sonra çəkiclə bu hissə laydan qoparılır. Sonra laboratoryada
bundan nümunələr düzəldilir, orada koordinat oxları qeyd edilir X,Y,
Z. X oxu Ş-C xətti istiqamətində yönəlir,
Y horizontal oxu uzrə
şərqə, Z oxu isə şaquli XY müstəvisinə perpendikulyar yönəlir.
Sonra maqnitometrlərin köməyi ilə bu oxlar uzrə ölçmə işləri aparılır
və riyazi hesablamalarla təbii qalıq maqnitlənmə vektorunun qiyməti
və istiqaməti təyin edilir, bu isə süxur əmələ gəldiyi dövrdə Yerin
maqnit meridianının istiqamətini və həmin dövrdə qədim en dairənin
yerləşdiyi yeri göstərir. Bu təyin edilən
qiymətlərlə Yerin qədim
maqnit sahəsinin şimal qütbünun olduğu yer təyin edilir, Çoxlu xarici
və Azərbaycan alimlərinin tədqiqatları ilə müəyyən olub ki, maqnit
qütbü həmişə Yerini dəyişmişdir.
Maqnit qütbünün ən böyük
yerdəyişməsi üst protrezoydan indiki dövrə qədər olmuşdur. Belə ki,
750 milyon il bundan əvvəl şimal qütbü ekvekvatorda olmuş, sonra
isə hərəkət edib indiki şimal qütbünə gəlib çıxıb.
Buradan alimlər
belə nəticəyə gəliblər ki, həmin dövrdə kontinentlər də sabit
qalmayıblar, onlar da bir-birinə nisbətən və zaman etibarı ilə yerlərini
dəyişmişlər. İlk dəfə olaraq 1924-cü ildə A.Veqener qitələrin dreyfi
nəzəriyyəsini irəli sürdü. Paleomaqnit tədqiqatlar bir çox alimləri bu
nəzəriyyəyə qayıtmağa məcbur etdi.
Paleomaqnit tədqiqatlarla
alimlər təsdiq etdilər ki, Yerin
maqnit sahəsi geoloji yaşından asılı olmayaraq sıçrayışla (bir-dən-
birə) 180° öz istiqamətini dəyişir. Bu hadisəni sadəcə olaraq
aydınlaşdırmaq olar ki, Yerin maqnit
sahəsi bir çox dəfə öz
downloaded from KitabYurdu.org
104
istiqamətini dəyişmişdir, bu da Yerin daxilində gedən fiziki
proseslərin nəticəsi kimi qəbul edilib, yəni inversiya edib.
Hal-hazırda şimal maqnit qütbü aşağıdakı koordinatlara
malikdir, 76°ş.e.d. və 96° c.u.d. Maqnit oxu ilə Yerin fırlanma oxu
arasında olan fərq 11,5°-dir.
Paleomaqnit tədqiqatlar bir çox geoloji
məsələlərin həllində
tədqiqat aparılan ərazidə süxurların yaşının təyininə və ərazidə baş
verən tektonik hərəkətlərin xarakterinin müəyyən edilməsində böyük
rol oynayır. Əgər tədqiqat zamanı bir laydan götürülən süxurda qalıq
maqnitlənmənin istiqaməti yaxınlıqda yerləşən laydakı qalıq
maqnitlənmənin istiqamətindən fərqlənirsə, demək, biz bu süxurlarda
hansı yer dəyişmə baş verdiyini müəyyən edə bilərik.
downloaded from KitabYurdu.org