102
Bələ
süxurlar, bir qayda olaraq, maqnit sahəsinin güçlənməsinə
səbəb olur, yəni maqnit anomaliyası yaradır. Çökmə süxurlar zəif
maqnitliyə
malikdir,
cünki onların
tərkibində ferromaqnit
mineralların miqdarı az olur. Bu süxurlar üzərində yaranan maqnit
sahəsi normal sahənin qiymətinə bərabər olur (bax §12). Ən böyük
anomaliyanı
yaradan
dəmir
filizidir.
Bələliklə,
maqnit
anomaliyasının qiymətinə görə ərazidə əmələ gəlan süxur haqda
məlumat vermək olar. Süxurların maqnitlənmə
qabiliyyətinə görə
böyük müxtəlifliyə malik olması imkan verir ki, maqnit kəşfiyyatı
üsulunun köməyi ilə müxtəlif maqnit xassəsinə malik olan
süxurların sərhədlərini geoloji planalmada izləmək olsun. Hər hansı
bir yeraltı qatlarda (laylarda) tektonik pozulmalar böyük maqnitliyə
malik olan süxurları əhatə edirsə (qalxma və yaxud sürüşmə), bu
proses özünəməxsus maqnit anomalyası ilə əlaqələnir, bunun köməyi
ilə qırımın istiqamətini və amplitudasını təyin etmək olur. Qırılmış
zonalarda damar formada filiz yatağı
əmələ gəlir ki, maqnitliyinə
görə çox yaxşı seçilir, bu isə damarlarda böyük maqnitli mineralların
toplanması ilə əlaqədardır. Bu hərəit qırılmalarla səciyyələnən
əraziləri xəritəyə (plan) alanda geniş istifadə olunur ki,
bunun
köməyi ilə həmin zonalarda faydalı qazıntıların axtarışına şərait
yaradır. Maqnit anomaliyasının əmələ gəlməsində axtarılan hədəfin
maqnitliyinin mütləq qiyməti yox, mühitin maqnitliyinin intensivliyi
və axtarılan filizin maqnitlik intensivliyinin təyini həlledici rol
oynayır. Məlum bir məsələ duz günbəzlərinin aşkar edilməsi və onun
ölçülərinin sərhədlərinin təyin edilməsi ümumi maqnitlyin artdığı bir
şəraitdə hədəfin maqnitliyinin azalması
bir qanunauyğunluq təşkil
edir, belə hallarda
=0 olur. Geofiziklər və geoloqlar maqnit
xəritələrində maqnit anomalyalarını təhlil edərək süxurların hansı
dərinlikdə olduğunu, hədəfin formasını,
ölçülərini, tərkibini inamla
təyin edə bilərlər.
Dostları ilə paylaş: