118
Normal maqnit sahəsinin qiyməti kimi nəzarət məntəqəsi
üzərində səhər ölçməsinin qiyməti götürülür və bütün məntəqələrdə
ölçülən qiymətlərdən bu çıxılır.
Maqnit variasiyasına duzəliş maqnit variasiya lentindəki qiymətindən
götürülür, məntəqədə ölçmə müddəti ərzində olan qiyməti
əks işarə
ilə lentin üstündə yazırlar. Normal qradient üçün düzəliş o vaxt edilir
ki, müşahidə sahəsinin uzunluğu Ş-C istiqamətində 1 km-dən çox
olsun. Əgər planalma yüksək dəqiqliklə aparılırsa, düzəliş demək
olar ki, kiçik sahələr üçün də verilir (1 km-ə kimi).
Normal maqnit sahəsinin qiyməti
vektorlar üzrə ölçülən
normal maqnit sahəsinin xəritəsindən götürülür (§24,25 bax). Normal
qradientə düzəliş adi ölçmə məntəqəsindən nəzarət məntəqəsinə kimi
Ş-C xətti üzrə məsafə kimi təyin edilir və indiki sahədə olan normal
qradientin qiymətinə vurulur. Əgər məntəqə nəzarət məntəqəsindən
şimalda yerləşirsə düzəliş ölçülən qiymətdən çıxılır. Əgər cənubda
yerləşirsə, üstünə gəlinir. Cihazın əqrəbinin sfır punktunun dəyişməsi
bütün düzəlişlər edilib qurtardıqdan sonra aparılır. Bu,
səhər və
axşam nəzarət məntəqəsində ki ölçmələrin fərqidir, bu alınan fərqi
bərabər olaraq bütün məntəqələrdəki ölçmələrə
əks işarəli qiymətlə
paylayırlar.
Aeromaqnit planalmada materialların qiymətləndirilməsi və
təhlili, yer səthində aparılan çöl işləri ilə eynilik təşkil edir, bir fərqi
var ki, aeromaqnit planalma zamanı işin hamısını lent üzərində
aparırlar, bir də təyyarə geri dönəndə təyarənin maqnitli hissələrinin
düzəlişi aparılır.
Çöl maqnit axtarışları işlərinin nəticələri
və
T izoxətlər
xəritəsi şəklində təsvir olunur, bunlar maqnit kəşfiyyat
işində
və
-nin izodinası adlanır. Xəritənin qurulması §7-də verilibdir.
Dostları ilə paylaş: