Xələfli A. A


Şəkil 37.  MMQ-203 maqnitometri a) ümumi görünüş. b) işləmə vəziyyəti.  Şəkil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   49   50   51   52   53   54   55   56   ...   168
geofiziki kesfiyyat usullari

Şəkil
37. 
MMQ-203 maqnitometri a) ümumi görünüş. b) işləmə vəziyyəti. 
Şəkil
38. 
Proton maqnitometrin prinsipial sxemi. 
§32. Aeromaqnitometr 
Aeromaqnitometrlər Yerin maqnit sahəsini təyyarə və 
vertolyotların uçuşu zamanı aparmaq üçün istifadə edilir. Axır 
vaxtlar bu maqnitometrləri təyyarə və kosmik gəmilərə də 
yerləşdirirlər. 
Aeromaqnitometrlər işləmə prinsipinə görə ferrozondlu (AMM-13), 
protonlu (AMQ-7, ASQ-71SM, MMS-214, SKAT-77) və kvant 
(KAM-28, MAM-305) tipinə bölünür. Bu çihzların hamısı datçikli 
cihazlardır və onlar təyyarənin xaricində yerləşdirilir, yaxud 
arxasınca dartılır. Gücləndirici və ölçən bloklar təyyarənin içərisində 
qoyulur. 
downloaded from KitabYurdu.org


112 
Aeromaqnitometr 
MMS-214. 
Təyyarənin 
xaricində 
yerləşdirilmiş kompleks cihazların bir hissəsidir. Bu cihaz 
aeromaqnit kəşfiyyatında istifadə edilir, alınan nəticələr isə 
hesablama maşınlarında aparılır. Cihaz həm əllə, həm də avtomatik 
olaraq təyyarənin içərisindən işə salınır. Yerin maqnit induksiya 
vektorunu 2000—100.000 nTl hüdudunda ölçür, xətası 2,5 nTl-dır. 
Aeromaqnitometr MM-305 yer səthində maqnit kəşfiyyatları 
aparan M-33 cihazı kimi işləyir. MM-305 Yerin maqnit sahəsinin 
tam vektorunun gərginliyini yaxud onun dəyişməsini 

T təyin edir. 
Ölçmə hüdudu 20.000-dən 80.000 nTl-ya qədərdir. Müşahidə 
müddəti (ölçmə müddəti) 0,143 saniyə, dəqiqliyi isə 0,1 nTl -dır. 
downloaded from KitabYurdu.org


113 
VIII Fəsil 
AEROMAQNİT VƏ YERÜSTÜ ÇOL MAQNİT KƏŞFİYYATI 
İŞLƏRİNİN METODİKASI 
§33. Ümumi müddəalar 
Çöl işlərinin metodikası dedikdə onu bilmək kifayətdir ki, götürülən 
iş hansı sistem üzrə icra olunacaq. Çöl işlərinin metodikası aşağıdakı 
qaydada aparılır: 1. Planalmanın məqsədi; 2. Planalmanın dəqiqliyi, 
miqyası və hesabat xəritəsində izoxətlərin en kəsiyi; 3. Müşahidə 
məntəqələrinin yerləşdirilməsi sıxlığı, nəzarət, dayaq və çıxış 
qaydaları; 4. Çöl ölçmələrinin əsas prinsipləri; 5. Geodeziya işlərinin 
dəqiqlyi. Maqnit planalma yerüstü, havadan və dənizdə aparılır. Axır 
vaxtlar şaxtalarda yeraltı maqnit planalma işləri də aparılır. 
Keçmiş Sovetlər ölkəsinin bütün ərazisi havadan maqnit 
planalınması ilə tam əhatə olunub. Planalmanın məqsədi geoloji 
xəritəyə almaqdır və 1:1000.000 və 1:200.000 miqyasında aparılıb. 
Alınan nəticələr böyük strukturların və intruzyaların yatım istiqa-
mətini aşkar edilməsində və tektonik pozulmaların izahında əvəzsiz 
rol oynayır. Bəzi hallarda isə güclü maqnitliyə malik filiz yataqları 
aşkar edilir. Hal-hazırda havadan maqnit planalınması geoloji 
xəritəyə almada çox geniş istifadə olunur və 1:50.000, 1:25.000, az 
hallarda isə 1:10.000 miqysında aparılır. 
Yer səthində kiçik miqyaslı maqnit planalmalar, əsasən, neft və 
qaz saxlayan strukturların axtarılmasında istifadə edilir. Geoloji 
xəritəyə alma məqsədi ilə maqnit kəşfiyyat işləri aşağıdakı miqyasda 
aparılır; 1:50.000; 1:25.000; 1:10.000; 1:5000. 
Maqnit planalınması ilə yataqların dəqiq axtarışı aşağıdakı miqyasda 
həyata keçirilir: 1:10.000; 1:5000; 1:2000; 1:1000. Belə axtarışlar 
havadan və yerüstü maqnit planalınmasından sonra neft qazlğa və 
digər yataqların çox guman olunan sahələrində aparılır. Dəqiq 
aparılan işlərin nəticəsində filiz yataqlarının ölçuləri, formas və hansı 
dərinlikdə yerləşməsi təyin edilir. 
İşə başlamamışdan əvvəl anomaliyanın və geoloji quruluşun 
guman edilən ölçülərindən asılı odaraq müşahidə məntəqələrinin 
downloaded from KitabYurdu.org


114 
arasındakı məsafə (miqyası) ərazidə marşrutun (profilin) seçilməsi ilə 
müəyyən edilir (§5-8 bax). 
Lazım gələn dəqiqlikdən asılı olaraq seçilmş ərazini işləyib 
hazırlayırlar. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin