5
4. Zərdüştiliyin ictimai-tarixi görüşləri ziddiyyətli, mifik səciyyə daşıyır. Zərdüştə görə
dünya tarixi 12 min il uzanacaq, hər 3 min ildən bir xeyir və şər qüvvələrin hökmranlığı bir-
birini əvəz edəcəkdir. 3 min il Hörmüz ardıcıllarının “qızıl əsr” olacaq, sonra isə onu Əhrimən
və şər qüvvələrin hökmranlığı əvəz edəcəkdir. Lakin şər müvəqqətidir, onun ardıcılları
axirətdə hər cür əzab-əziyyətə məhkumdurlar, axirət məhkəməsində ağır cəza alacaqlar.
Xeyrin - Hörmüzün tərəfdarları isə axirət xoşbəxtliyinə yetişəcəkdir.
5. Zərdüştiliyin dünyagörüşü dualist səciyyə daşıyırdı.
Həm maddi, həm də ideal olan
başlanğıclar xeyir və şər keyfiyyətlərə malik olmaqla, iki hissəni vəhdətdə ifadə edirlər.
Ayinçilik praktikasında fetişizm, animizm, totemizm ibtidai dini ənənələrini də ifadə edən,
kainatın 4 ünsürdən (od, su, hava, torpaq) ibarət olmasına inadla bağlı
ritual və mərasimlər
geniş yer tutmuşdur. “Avesta”nın animistik təsəvvürlərinə görə bütün təbiət canlana bilər, ruh
təkcə insana və heyvana məxsus deyildir, bütün başqa cisim və əşyalarda da ruh mövcuddur.
Ruh həmin cisimlərdən kənarda da müstəqil yaşaya bilər və yaşayır. Ruh elə daxili qüvvədir
ki, onun vasitəsilə hər şey - insan, bitki, günəş, ay, ulduz, bütün dünya hərəkət edir, mövcud
olur. Insanın bədən və ruhdan ibarət olması ideyası da “Avesta”da öz əksini tapmışdır. Ruh
insanın şüurlu
fəaliyyətini - duyğu, təfəkkür, nitq, iradə və s. tənzim edir, onların mənbəyidir.
6. Zərdüştilikdə oda sitayiş ənənələri güclü olmuşdur. Bütün zərdüşt mənbələrində məşəl
yanmışdır, odla bağlı rituallar icra edilmiş, ona qurban kəsilmiş, pərəstiş olunmuşdur. Elə
bunun nəticəsidir ki, ona bəzən atəşpərəstlik də deyilmişdir.
7. Zərdüştiliyin mənəvi-əxlaqi idealı da xeyirlə, ədalətlə sıx bağlı olmuşdur. “Avesta”da
zərdüştliyin idealı üç prinsiplə ifadə olunmuşdur: insan özünün bütün fəaliyyətini “xeyir fikir,
xeyir söz və xeyir işin (əməlin) vəhdəti əsasında qurmalıdır. Deməli, o, yaxşı,
xeyirxah
fikirləşməli, həmişə yaxşı, xeyirli danışmalı və faydalı, gözəl işlər görməli, həmişə şəri rədd
etməlidir. Bu üç tələb Zərdüştiliyin əxlaqi, saflaşdırıcı prinsipləridir. Zərdüştə görə insan
həmişə mülayim, adil, xeyirxah olmalıdır. O, qəddar paxıl, yalançı olmamalıdır. Zərdüştlükdə
yalançı
ilə düşmən, şər eyni mənalı anlayışlar kimi işlədilir.
8.”Avesta”nın cəmiyyətə, dövlət idarəçiliyinə baxışlarında qəbilə-tayfa münasibətlərinin
demokratik prinsipləri və quldar demokratiyası təqdir olunsa da, “Avesta”nın sonrakı
tərtibatlarında monarxiya üsul-idarəsi başlıca dövlət idarəçiliyi forması elan olunmuşdur.
Hakimiyyətin, əmlakın, şan-şöhrətin insana Allahdan yetirməsi ideyası da müdafiə olunurdu.
Zərdüşt insanlara müraciətində belə nəsihətlər etmişdir: “Mən o şəxsəm ki pak bir təbiətlə
insanlar ruhunu qurmaq üçün təyin olunmuşam, Ahura-Məzdanın (Hörmüzün) yaxşı əməl üçün
verəcəyi mükafatdan xəbərdaram. Ta nə qədər güc və dözümüm vardır, doğru yola getməyi
insanlara öyrədəcəyəm”, “Doğruluq atası Məzdanı tanımaq, haqqını
düzgün yerinə yetirmək
üçün, bu müqəddəs ağıl uğrunda istər dildəki danışıq və pak xəyal ilə bağlı sözlərlə, istərsə də
qolların görəcəyi iş və təmizkarlıq səyi ilə, gərək ən yaxşı əməlləri yerinə yetirəsən”, “Aləmi-
təsəvvürdə ilk özünü göstərən o iki əkiz cövhərin birisi: düşüncədə, danışıq və dolanışıqda
yaxşılıq olmuşdur; o birisi də pislik (yenə düşüncə, danışıq və dolanışıqda). Bu ikilikdən
anlayan adam gərək pisi yox, yaxşını özünə seçə” və i.a.