II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
41
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
(oxlarla göstərilmiş) kiçildilmiş ölçülərdə (dendronlar) fraktalabənzər quruluşların təsviri verilmişdir. Aşağıdakı şəkildə
soldakı şaquli oxlarla budaqlanmanın generasiyası qeyd olunmuşdur.
Məlumdur ki, idarəetmə funksiyasını həyata keçirən bədənin bütün hissələri, o cümlədən, bütün cüt və tək üzgəclər
fraktal xarakter daşıyır [2]. Nanoobyektlərin yerləşməsi bircinsli olmur və səthdə yerləşən hər nanohissə balığın həyat
fəaliyyətində konkret rol oynayır. Nanoçıxıntılar pulcuq və üzgəc ( bütövlükdə bədənlə) və kiçik ölçülü (≈500nm) qaçan
dalğalarla qarşılıqlı təsirdə olan suyun kontakt hissəsi arasındakı ilişmələri artırır, bununla əlaqədar olaraq həmin qarşılıqlı
təsir bədənin hərəkəti zamanı hidrostatik müqaviməti azaldır. İşdə həmçinin üzgəclər vasitəsi ilə dönmənin dinamikası və
tənzimlənməsi prinsipləri göstərilmişdir. Ehtimal olunur ki, yan xətt orqanlarının həssas hüceyrələri dendrimer klasterləri
əmələ gətirə bilər. Şəkil 3 də dendrimer makromolekulun stabilləşdirilmiş təsviri verilmişdir. Şəkil 3a – da tridendron
sinfinə uyğun gələn makroquruluş, aşağıda şəkil 3b–də kimyəvi qraf göstərilmişdir. [3] işinin müəlliflərinin mülahizələrinə
görə aşağıdakı işarələmələr qəbul edilmişdir: İ - nüvə, G – budaqlanma nəsli, A, B, C, P – dendronlar, Z - terminal
funksional qruplardır.
Dostları ilə paylaş: |