Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə


AZƏRTAC Ukrayna Ədliyyə Nazirliyində akademik



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə22/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   18   19   20   21   22   23   24   25   ...   65
AZƏRTAC

Ukrayna Ədliyyə Nazirliyində akademik 

Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş 

beynəlxalq jurnal qeydiyyatdan keçib

 

ˆ

Görkəmli oftalmoloq alim, akademik 



Zərifə Əliyevanın nurlu xatirəsinə həsr olunmuş 

“Mejdunarodnıy jurnal antibiotiki i probiotiki” elmi-

tibbi nəşri Ukrayna Ədliyyə Nazirliyində kütləvi 

informasiya vasitəsi kimi qeydiyyatdan keçib. Nəşrin 

təsisçisi, akademik Zərifə Əliyeva adına Beynəlxalq 

Elmi-Tibbi Mərkəzdir. Ukrayna Səhiyyə Nazirliyinin 

P.L.Şupik adına Diplomdansonrakı Təhsil Milli Tibb 

Akademiyası və Ümumukrayna İnfeksion Nəzarət və 

Antimikrob Rezistentlik Assosiasiyasıdır. 

Həmvətənimiz, akademik 

Zərifə Əliyeva adına Beynəlxalq 

Elmi-Tibbi Mərkəzin rəhbəri, 

P.L.Şupik adına Diplomdansonra-

kı Təhsil Milli Tibb Akademiya-

sının mikrobiologiya epidemiolo-

giya kafedrasının müdiri, Dünya 

Səhiyyə Təşkilatının Avropa 

Bürosu yanında Ukraynanın milli 

əlaqələndiricisi, antimikrob rezis-

tentlik və infeksion nəzarət üzrə 

Ukrayna Milli Komitəsinin başçı-

sı, tibb elmləri doktoru, professor 

Aydın Salmanov beynəlxalq 

jurnalın baş redaktoru seçilib.

Professor AZƏRTAC-a 

müsahibəsində bildirib ki

jurnal klinik və eksperimental 

təbabətin, o cümlədən oftalmolo-

giya, cərrahiyyə, mikrobiologiya 

və farmakologiyanın müxtəlif 

sahələrində elmi nailiyyətləri 

daha geniş işıqlandırmaq, habelə 

dünyanın müxtəlif ölkələrindən 

alimlərin elmi əməkdaşlığını 

möhkəmləndirmək məqsədi ilə 

təsis edilib.

A.Salmanov deyib: 

“Məmnunluq hissi ilə qeyd etmək 

istəyirəm ki, jurnalın hər bir 

nömrəsində görkəmli oftalmoloq 

alim, akademik Zərifə Əliyevanın 

seçilmiş əsərləri ingilis dilində 

təkrar dərc ediləcək. Ümidvarıq 

ki, jurnalın səhifələrində başqa 

Azərbaycan alimlərinin elmi 

əsərləri də layiqli yer tutacaq”. 

O qeyd edib ki, beynəlxalq 

elmi jurnal tibbin müxtəlif 

sahələrini əhatə edən elmi 

informasiyanın mübadiləsi üçün 

forumdur. Nəşr dünyanın müxtəlif 

ölkələrinin alimləri arasında 

əlaqələndirici vəsilə funksiyasını 

yerinə yetirəcək.

Jurnal dünyanın, demək 

olar, bütün qitələrində yayılacaq. 

Hazırda ABŞ, Kanada, Brazi-

liya, Türkiyə, MDB və Avropa 

ölkələri, Yaponiya və Avstraliyada 

oxucu auditoriyası formalaşdırı-

lır. Jurnalın redaktorlar şurasına 

Azərbaycan, Ukrayna, ABŞ, 

Kanada, Böyük Britaniya, Fransa, 

İtaliya, Malta, Yunanıstan, Alma-

niya, Sloveniya, Monteneqro, Pol-

şa, Slovakiya, Macarıstan, İsveç, 

Belarus, Gürcüstan, Özbəkistan 

və Qazaxıstandan tanınmış alimlər 

daxildir. İngilis və rus dillərində 

nəşr olunacaq jurnalın redaksiyası 

Kiyevdə yerləşəcək.

A.Salmanov deyib: 

“Fürsətdən istifadə edərək, 

Azərbaycan Milli Elmlər Akade-

miyasını, Azərbaycan Respubli-

kasının Prezidenti yanında Bilik 

Fondunu, Azərbaycanın ali təhsil 

ocaqlarını, habelə alimlərini 

əməkdaşlığa dəvət edirəm. Belə 

əməkdaşlıq başqa ölkələrin 

alimləri ilə elmi əlaqələrin 

inkişafına və möhkəmlənməsinə 

kömək edəcək”.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin