______________Milli Kitabxana_____________
158
yanaşı qəddi-qamətli insan heykəlləri də yonulurdu. Getdikcə
saray divarlarına rəngarəng təsvirlər vurulurdu. II Sarqonun Dur-
Şarrukində 14 m yüksəklikdə tikilmiş əzəmətli saray dəstinin
divarlarında müxtəlif səhnələr əks olunmuşdu. Aşşurbanipalın
saray divarlarında şir ovu səhnəsini əks etdirən təsvirlər vardı.
Heyvan təsvirləri, o cümlədən oxlarla yaralanmış qan püskürən
şirin təsviri xeyli real şəkildə verilmişdir.
İkiçayarasında müxtəlif tətbiqi incəsənət növləri, o
cümlədən zərgərlik, silahqayırma, daşdan güldan (vaza)
hazırlama, silindrik möhür kəsmə və s. geniş inkişaf tapmışdı.
Zərgərlər müxtəlif rəng ahəngi yaradırdılar. Onlar adətən göy,
qırmızı, sarı boyalardan istifadə edirdilər.
Daşdan qayırılmış silindrik şəkilli möhürlər xeyli
fərqlənirdi. Bu möhürlərdə insan və heyvan şəkilləri olan əfsanəvi
və məişət səhnələri təsvir edilirdi. İkiçayarası xalqlarının
ədəbiyyat və elmi nailiyyətləri ilə yanaşı, incəsənəti də dünya
mədəniyyətinin inkişafına müəyyən təsir göstərmişdir.
Bəşəriyyətin ümumi mədəni inkişafında qədim şumer xalqı
özünəməxsus yer tutur. Onların yaratdığı ilkin mədəniyyət
dünyanın sonrakı inkişafına, o cümlədən onun tarixinin,
mədəniyyətinin, fəlsəfəsinin, ədəbiyyatının və s. inkişafına
əvəzedilməz təsir göstərmişdir. İlkin Şumer miflərinin
Azərbaycan xalqının mifologiyası, mədəniyyəti, dini və
fəlsəfəsində özünü göstərməsi dünyanın bu qədim xalqını bizə
doğmalaşdırır və onu «özümüzünkü» hesab etməyə imkan verir.
|