______________Milli Kitabxana_____________
217
sahillərində, düşməndən müdafiə üçün əlverişli yerlərdə məskən
salırdılar. Bəzi məskənlərdə hətta güclü müdafiə istehkamları
mövcud idi. Belə məskənlər Fizulidə, Təbriz yaxınlığında və
Urmiya gölü tərəfdə aşkar edilib.
Neolit və eneolit dövrlərində olduğu kimi Kür-Araz mədəni
dövründə də evləri çiy kərpicdən, lakin artıq çaylaq daşlarından
bünövrə üzərində tikirdilər. Naxçıvandakı II Gültəpəni belə
məskən nümunəsi kimi göstərmək olar. Divarlarına ustalıqla mala
çəkilmiş, mehrablı, xüsusi böyük ibadət binaları meydana gəldi.
Belə ibadətgahlar Naxçıvanda Gültəpə, Xaçmazda Sərkərtəpə,
Qazaxda Babadərviş məskənlərində aşkar edilib. Əkinçilik surətlə
inkişaf edirdi. Toxanı xış əvəzlədi. Əkin əraziləri genişləndi, süni
suvarma meydana gəldi. Şumlamada heyvanlardan istifadə etməyə
başladılar. Biçin, üyütmə alətləri təkmilləşir. Yığılma lövhə
oraqlar ilə yanaşı bütöv bürünc oraqlar da meydana gəlir. Taxılı
nəhəng küplərdə və xüsusi çalarlarda saxlayırdılar. Daş həvəng və
dən üyüdənlər meydana gəldi. Maldarlıq da surətlə inkişaf edirdi.
Mal-qaranın sayı, cinslərinin çeşidi artır, atdan geniş istifadə
olunur, yaylaq və qışlaqlardan istifadə ilə əlaqədar mal-qaranın
otlaqlara köçürülməsi yer alır. Birinci ictimai əmək bölgüsü,
əkinçiliyin maldarlıqdan ayrılması baş verir. Əmək məhsuldarlığı
artımı artıq məhsul ehtiyatlarının əmələ gəlməsinə səbəb oldu, bu
da məhsul mübadiləsinə təkan verdi. Maldarlar arasında
təbəqələşmə sürətlənir. Mil düzənliyinin Üçtəpə yüksəkliyində
aşkar edilmiş qəbilə başçısının məzarı buna sübutdur. Məzar
yüksəkliyinin yaşı III minilliyin II yarısı kimi müəyyən edilib. Alt
tunc dövründə sənətlər arasında dulusçuluq, metal emalı və
toxuculuq daha surətlə inkişaf edirdi. Dulusçuluqda parıltılı və
naxışlı qab növləri meydana gəldi. Babadərviş məskəni
qazıntılarında dulusçu sobaları, tökmə qəlibləri aşkar edilib.
Üstünlük təşkil edən bürünc alətlərlə yanaşı daş və sümükdən
düzəldilmiş alətlər də işlənirdi. Qoyunçuluğun inkişafı
toxuculuğun da inkişafını sürətləndirdi. Eneolit dövründən fərqli
olaraq Kür-Araz alt bürünc mədəni dövründə mərhumları
məskənlərdən kənarda dəfn edirdilər. Qəbirlər üzərində təpəliklər
yüksəldirdilər. Meyitləri yandırma və kollektiv dəfn etmə
|