TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Azərbaycanın  Paleolit  dövrü  sakininin  mənəvi  aləmi  haqqında



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə20/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   16   17   18   19   20   21   22   23   ...   157
Azərbaycanın  Paleolit  dövrü  sakininin  mənəvi  aləmi  haqqında.  Erkən 

tarixi  dövrlərdə,  xüsusilə  ibtidai  insan  sürüsü  mərhələsində  Azərbaycan  sakinlərinin 

mənəvi  aləmi  haqqında  bizim  biliklərimiz  çox  azdır.  Güman  etmək  olar  ki,  ibtidai 

insan  sürüsü  mərhələsi  qədim  paleolit  (çaydaşı  və  yaxud  Olduvay  mədəniyyətinə; 

Azərbaycan  ərazisində  isə  Quruçay  mədəniyyətinə)  və  yaxud  erkən  (qədim)  aşel 

(abbevil) dövrünə təsadüf etmişdir. 

Lakin  həmin  dövr  Azərbaycan  sakinlərinin  məhz  əmək  alətlərinin  nisbətən 

mürəkkəb  məcmusuna  arxalanaraq  təbiətdən  fəal  surətdə  istifadə  etmələri  ilə 

heyvanlardan xeyli dərəcədə fərqlənməsi şübhə doğurmur. Onlar məhv olmamaq, açıq 

tipli  məskənlərdə  və  mağaralarda  həyatı  davam  etdirmək  üçün  ətraf  mühitə  yaxşıca 

uyğunlaşmalı idilər. Şübhə yoxdur ki, onlar güclü idilər, yaxşı silahlanmışdılar və əqli 

cəhətdən kifayət dərəcədə inkişaf etmişdilər. 

Güman etmək olar ki, artıq erkən aşel dövründə (bu tarixi dövr güns-mindellə 

və  mindelin birinci  yarısı ilə üst-üstə düşür, təxminən 700-400 min il bundan  əvvələ 

təsadüf edir) insan ilk universal əmək alətini - əl çapacağını yaratmışdır. Bu, eyni tip 

əsasında və eyni üsullarla hazırlanmış ilk "standartlaşdırılmış əmək aləti" idi. 

"Standartlaşdırılmış  əmək  aləti  öz-özlüyündə  qazıntı  halında  tapılmış 

konsepsiyadır"  [ Q . Ç a y l d ] ,   yəni  mücərrədləşdirmənin  heyvan  üçün  mümkün 

olmayan yüksək səviyyəsini tələb edir, bu əmək alətini yalnız "tanıma", "təkrarlama" 

və digər hərəkətlər əsasında əldə etmək mümkün deyildir. 

Belə nəticə hasil olunur ki, "standartlaşdırılmış əmək aləti"ni hazırlamış fərddə 

həmin  alət  haqqında  mücərrəd  təsəvvür  vardı.  Bu  aləti  hazırlayan  insanın  beynində 




57 

 

alətin  hazırlanmasından  əvvəl  onun  forması,  nümunəsi  mövcud  idi.  "Nümunənin 



təsəvvürə  gətirilməsi  onun  haqqında  biliyin  olması  deməkdir,  bu  bilik  isə  cəmiyyət 

tərəfindən mühafizə olunur və ötürülür" [Q. Ç a y 1 d ]. Əvvəllər bu "hal yox idi və 

ola  da  bilməzdi.  Bundan  başqa,  Qədim  Aşel  dövrünə  aid  olan  əl  çapacağının  ritm 

hissinin  mövcud  olduğunu  təsdiqləyən  səliqəli  simmetriyaya  malik  olması  təsdiq 

etməyə  imkan  verir  ki,  həmin  zamanın  insanlarında  artıq  bəsit  olsa  da,  ilk  estetik 

vərdişlər təşəkkül tapmış, sadəcə olaraq zəruri, faydalı əşyaların deyil, eyni zamanda 

gözəl  əşyaların  hazırlanmasına  tələbat  yaranmışdı.  Beləliklə,  işlək  əllər  ritmi 

dəqiqliyin,  həmahəngliyin  və  gözəlliyin  ilk  nümunələrini  yaradırdı.  Deməli,  əmək 

prosesinin  özündə  artıq  emosional  məqam  vardı  və  sonralar  incəsənətin  rüşeymləri 

həmin  məqamdan  başlanğıc  aldı.  Tədqiqatçılar  belə  hesab  edirlər  ki,  əmək  ritminin 

ardınca  rəqsin  (bəlkə  də  mahnının),  ritmik  rəqslərin  ardınca  ornamentlərdə  və  sadə 

rəsmlərdə xətlərin ritmik sıralanmasının meydana çıxması şübhəsizdir. 

Aşağı Paleolit dövründə  yaşamış insan artıq  mağaralardan daimi  yaşayış  yeri 

kimi istifadə etməyə başladı. Azıx mağarası bunun parlaq nümunəsidir. Yarandıqdan 

sonra  başlanğıc  dövründə  həmin  mağarada  zaman-zaman  yaxın  bölgələrin  sakinləri 

qərarlaşırdılar.  Bu  bölgələrdə  onların  dayanacaqları,  ya  da  yurd  yerləri  mövcud  idi, 

həmin  insanlar  burada  qərarlaşmış,  müəyyən  müddət  ərzində  mağarada  yaşamış, 

sonra  isə  güns-mindel  dövründən  başlayaraq  yeni  yaşayış  yerində  intensiv  surətdə 

məskunlaşmağa başlamışdır. 

Azıx sakinləri ən böyük təbii qüvvə olan oda çox erkən yiyələnmiş, onu uzun 

müddət ərzində mühafizə etməyi bacarmışlar. Mağarada aşkar olunmuş ocaq qalıqları 

bunu  təsdiq  edir.  Bu  mağarada  od  bir  neçə  yüz  min  il  bundan  əvvəl  alovlanmağa 

başlamışdı. 

F.Engels  göstərirdi  ki,  odun  mühafizə  olunması  məharəti  "nəhəng,  öz 

əhəmiyyətinə görə demək olar ki, ölçüyə gəlməz kəşfdir". Od insanın nəinki həyatını, 

habelə  şüurunu  da  dəyişdirdi.  Od  nəhəng  texniki  və  ictimai  qüvvə  olduğu  üçün  bu, 

təəccüblü  deyildir.  Od  insanın  iqlimdən  asılılığını  aradan  qaldırdı,  insanın  soyuqdan 

və  vəhşi  heyvanlardan  daimi  olaraq,  etibarlı  şəkildə  qorunması  vasitəsinə  çevrildi, 

onun  qidalanma  mənbələrini  genişləndirdi,  əmək  alətlərinin  hazırlanmasında,  ov 

üsullarının inkişafında və s. mühüm rol oynadı. F.Engelsin ifadəsincə deyilsə, "odun 

dərk olunması insanın təbiət üzərindəki ilk böyük qələbəsi idi". 

Bütün  digər  cəhətlərdən  başqa  odun  kəşfi,  mühafizəsi  və  istifadəsi  insanların 

həyatında  tamamilə  yeni  hadisə  olan  kəmiyyət-məkan  münasibətlərinin  dərk 

edilməsində  də  bilavasitə  özünü  göstərdi.  İnsan  odu  daim  mühafizə  etmək  üçün  onu 

fasiləsiz  surətdə  müəyyən  "paylarla"  yanacaq  ilə  "qidalandırmalı",  mövcud  olan 

"qidanı" günün tələblərilə uzlaşdırmalı, beləliklə, hesablamalar aparmalı idi... Və ola 

bilər  ki,  heç  də  təsadüfi  deyil  ki,  qədim  əfsanələrdə  göstərildiyi  kimi,  Prometey 

insanlara  odu  bəxş  edərkən  onlara  hesablamalar  aparmağı  öyrətmişdi.  Tədqiqatçılar 




58 

 

belə  hesab  edirlər  ki,  artıq  indi  bu  süjetin  pitekantrop  dövrünə  gedib  çıxa  bilməsi 



haqqında iddia həddindən artıq cəsarətli fikir kimi nəzərə çarpmır. 

Qeyd  etmək  olar  ki,  artıq  uzaq  erkən  Aşel  dövründə  "ibtidai  insanların 

şüurunda  forma  (Qədim  Aşel  dövrünə  aid  olan  əl  çapacağını  xatırlayaq,  çapacağın 

hazırlanması  üçün  insan  onun  haqqında,  ilk  növbədə,  onun  forması  haqqında 

mücərrəd  təsəvvürə  malik  olmalı  idi  -  məsul  red.),  ölçü  (odun  yanma  müddətinə  və 

yanacağın  miqdarına  dair  situasiyanı  xatırlayaq.  -  məsul  red.)  haqqında  ən  sadə 

təsəvvür  meydana  gəldi  və  şüur  say  haqqında  təsəvvürün  ərəfəsində  dayanmışdı" 

[ F . A . F r o l o v ] .  

Pitekantroplar  erkən  aşel  mədəniyyətinin  yaradıcıları  idilər.  Onlar  təşəkkül 

tapmaqda  olan  insanlar  sırasında  ən  qədimlərindən  olmuş  və  elmi  ədəbiyyatda 

"arxantroplar" kimi qeyd edilirlər. Bu mərhələ insanın idrak fəaliyyətinin inkişafında 

yeni, əvvəlki dövrlə müqayisədə nəzərə çarpacaq dərəcədə yüksək səviyyə idi. Şübhə 

ola  bilməz  ki,  Azıxın  erkən  aşel  mədəniyyətinin  yaradıcıları  da  artıq  təfəkkürə  və 

təşəkkül  tapmaqda  olan  nitqə,  habelə  mənəvi  mədəniyyətin  müəyyən  elementlərinə 

malik idilər. 

İnsanın və onun mədəniyyətinin inkişafındakı bu tərəqqi cəmiyyətin, xüsusilə 

əməyin  uzunmüddətli  inkişafının  nəticəsi  idi.  Əmək  prosesində  insanın  özünün 

mahiyyətində,  onun  hissiyyat  orqanlarında,  qabiliyyətində,  təfəkküründə,  nitqində, 

aləmi  dərk  etməsində  və  s.  mütərəqqi  dəyişiklik  baş  verirdi.  Bu  dəyişiklik  artıq 

insanın  və  insan  cəmiyyətinin  inkişafının  erkən  mərhələlərində  -  erkən  aşel 

mərhələsində baş verməkdə idi. 

Orta  Aşel  mərhələsindən  başlayaraq  (mindelin  sonu  və  mindel-rissin  birinci 

yarısı  -  təxminən  400  min  il  əvvəl)  son  aşel  mərhələsinədək  (rissin  sonu  və  riss-

vyurmun başlanğıcı  - təxminən 100 min əvvəl) olan zaman Azərbaycan sakinlərinin 

həyatında müqayisə olunmayacaq dərəcədə daha yüksək mərhələ olmuşdur. 

Azıx mağarasının Orta Aşel mərhələsinə aid olan təbəqəsi yalnız əmək alətləri 

ilə deyil, həm də  Azıx insanının  mənəvi inkişafı haqqında  danışmaq imkanı  yaradan 

materiallarla kifayət qədər zəngindir. İlk növbədə qeyd etmək lazımdır ki, artıq Orta 

Aşel mərhələsinin başlanğıcında Azərbaycanda arxantroplardan paleoantroplara keçid 

təşkil  etmiş  insan  yaşamışdır.  Bu  insan  arxantroplara  nisbətən  daha  sapiental  idi  və 

preneandertallara  və  yaxud,  bizim  elmi  ədəbiyyatda  qəbul  edildiyi  kimi, 

azıxantroplara  aid  oluna  bilər.  Azıxantrop  təxminən  400  min  il  bundan  əvvəl 

yaşamışdır. 

Güman  etmək  olar  ki,  insanın  fiziki  tipində  həmin  zaman  nəzərə  çarpan 

dəyişikliklər  onun  təkamülündə  təxminən  200  min  il  bundan  əvvəl  mühüm  dönüş  - 

paleoantropların,  xüsusilə  neandertalların  meydana  gəlməsi  ilə  başa  çatmış  prosesin 

başlanğıc  mərhələləri  idi.  Əgər  bu  zamanadək  insanın  təkamülü  ləng  gedirdisə,  bu 

dövrdən  etibarən  həmin  proses  əhəmiyyətli  dərəcədə  sürətləndi  və  böyük  irəliləyiş 




59 

 

üçün zəmin hazırladı: 30-35 min il bundan əvvəl müasir fiziki tipə  malik olan insan 



meydana  gəldi.  Beləliklə,  aşel  mərhələsinin  ikinci  yarısının  materialı  Azıx 

sakinlərinin mənəvi həyatındakı əhəmiyyətli uğurlardan danışmaq imkanı yaradır. 

Ayı  kəllələrinin  yığıldığı  xəlvətxana  -  gizli  yer  (kəllələrdən  birinin  üzərində 

xüsusi çərtmələr vardır), qədim yaşayış yeri və ocaq Aşel dövrünün ikinci yarısına aid 

olan  təbəqədə  aşkar  edilmiş,  hələ  xeyli  müddət  ərzində  müxtəlif  fərziyyələrin  irəli 

sürülməsinə imkan verəcək ən mühüm kəşflərdir. 

Azıx  mağarasının  nəzərdən  keçirilən  dövrə  aid  olan  təbəqəsində  müxtəlif 

quruluşlu ocaqların bir çox qalıqları aşkar edilmişdir. Bu tapıntılar qəti şəkildə təsdiq 

edir ki, od azıxantropun həyatına qəti surətdə daxil olmuşdur. 

Mağara  ayılarından  birinin  Azıx  mağarasının  xüsusi,  gizli  bir  guşəsində 

mühafizə  olunmuş  kəlləsi  təsdiq  edir  ki,  300  min  il  bundan  öncə  say  və  hesablama 

azıxantropa məlum idi. Bu kəllə üzərində mişarabənzər, daş əşya ilə xüsusi olaraq bir 

sırada  paralel  şəkildə  7,  yuxarıda  isə  çəpəki  şəkildə  1  çərtmə  edilmişdir.  Bu  halda 

hesablamanın  vahidləri  bizim  qarşımızdadır.  Yeri  gəlmişkən,  oykumenanın  bir  sıra 

bölgələrindən  aşkar  edilmiş  qrafikada  əks  olunmuş  nişanlı  qurmaların  bizə  məlum 

olan  on  erkən  nümunələri  məhz  aşel  dövrünün  ikinci  yarısına  -  təxminən  300  min  il 

bundan  əvvələ  aiddir.  Fransanın  cənubundakı  II  Peş  de  l'Aze  (Dordon)  adlı  yaşayış 

yerindən  tapılmış  öküz  qabırğasının  fraqmenti  və  Türingiyanın  Biltsinisleben  adlı 

yerindən aşkar edilmiş 2 böyük olmayan sümük bu cür nümunələrdir. 

Tədqiqatçıların böyük əksəriyyəti bu cür çərtmələri insanın öz fikirlərini təsvir 

etməyinin  və  qeydə  almağının  ilkin  cəhdlərinin,  xüsusilə  əvvəllər  məlum  olmayan 

ünsiyyət  üsulu  kimi  ilkin  qrafikanın  yaranmasının  təsdiqi  kimi  qəbul  edir.  Bu 

prosesdə  informasiya  bu  və  ya  digər  cisimlər  üzərində  qeydə  alınmağa  başlanmışdı. 

Lakin  güman  etmək  olar  ki,  bu  işarələr  yalnız  hesablama  vahidləri  deyildilər.  Bəzi 

tədqiqatçılar  belə  hesab  edirlər  ki,  burada  təşəkkül  tapmaqda  olan  nitqin  qrafik 

cəhətdən qeydə alınmasının, yazıdan əvvəlki tarixi mərhələ ilə müəyyən əlaqəsi olan 

ilkin təcrübələrinin göz qarşısında olduğuna yəqinlik hasil etmək olar. 

Bu  barədə  danışarkən  K.Marksın  mühüm  nəzəri  nəticələrini  xatırlamaq 

lazımdır: "Məlumdur ki, hissiyyatla təfəkkür arasında tərəddüd edən əqlin ilk nəzəri 

fəaliyyəti  hesablama  idi".  K.Marks  hesab  edirdi  ki,  "hesablamaq  üçün  yalnız 

hesablanacaq  əşyalara  malik  olmaq  deyil,  bu  əşyaların  nəzərdən  keçirilməsi  zamanı 

artıq  onların  sayından  başqa  bütün  digər  keyfiyyətlərini  sərf-nəzər  etmək 

qabiliyyətinə  də  malik  olmaq  lazım  idi,  bu  qabiliyyət  isə  təcrübəyə  əsaslanan, 

uzunmüddətli tarixi inkişafın nəticəsidir". 

Azıx  mağarasında  aşkar  olunmuş  ayı  kəlləsinin  üzərində  bir  neçə  çərtmə 

edilmişdir. Həmin çərtmələrdən 7-si paralel şəkildədir. Bir çox tayfalarda və xalqlarda 

7 rəqəmi məşhurdur, "ecazkar"dır... Daha erkən tarixi dövrlərdən Qədim Şərqə, antik 

dünyaya və hətta orta əsrlərədək 7 rəqəmi insanların fikrində Zaman, Məkan, Kosmos 




60 

 

haqqındakı  təsəvvürlərlə  əlaqədar  olaraq  xüsusi  yer  tutmuşdur.  Biz  bununla  bağlı 



olaraq şumerlərin məşhur "yeddiliyini" yada sala bilərik. Şumerlər 7 rəqəmi ilə Kainat 

haqqında ideyanı da ifadə edirdilər. Məşhur Şumer zikkuratının 7 pilləsi, 7 "planetə", 

həftənin  7  gününə,  7  böyük  tanrıya,  7  küləyə,  yeraltı  səltənətin  7  darvazasına  və  s. 

uyğun  gəlirdi.  Deyilənlərlə  bağlı  olaraq  hindlilərdə  Kainatın  7  sferini,  insanda 

mövcud olan 7 fəal başlanğıcı, Ruhun və Materiyanın 7 qütbünü və s. xatırlamaq olar. 

Dünyanın  Allah  tərəfindən  7  gün  ərzində  yaradılması,  Bibliyadakı  7  günlük 

umumdünya  subasmaları,  bir  çox  tayfaların  və  xalqların  miflərində,  əfsanələrində, 

nağıllarında, astroloqların, kimyagərlərin  əsərlərində  xatırlanan  məşhur "yeddiliklər" 

və s. də bu qəbildəndir. 

"Yeddiliyin"  ecazkar  xarakteri  insan  psixikasının  fundamental  sabitliyi  ilə,  əməli 

yaddaşın,  diqqətin,  mütləqqiyyətlərin  həcminin  hədli  mənaları  ilə  bağlıdır.  İnsan 

haqqındakı  müxtəlif  elmlərin  bir  çox  məlumatları  təsdiq  edir  ki,  insan  psixikasının 

"buraxıcılıq qabiliyyəti" 7 birölçülü vahidlə məhdudlaşmışdır. 

Bu  yaxınlarda  Ayın  müşahidəsi,  onun  fazalarından  birindən  zamanın  (7  günün) 

ayrılması  əsasında  paleolit  dövründə  "7  ritmi"-nin,  sonra  isə  "ecazkar  yeddiliyin" 

yaranması haqqında fərziyyə irəli sürülmüşdür. 

Ay gözlə yaxşı müşahidə olunan, Yerə ən yaxın səma cismidir. O, Yer ətrafında 

dövri  surətdə  təkrar  olunan  hərəkəti  zamanı  görünüşü  etibarilə  mühüm  dəyişikliklərə 

məruz  qalır.  Ayın  görünüşünün  dəyişməsinin  sərhədləri  yaxşı  nəzərə  çarpır  və  düşünən 

varlığın  diqqətini  özünə  cəlb  etməli  idi.  Yeni  Ayın  çıxmasından  sonra  Ayın  birinci 

dörddə biri təxminən 7 gündən sonra aşkara çıxır, onun ikinci dörddə biri isə təxminən 

14 gündən sonra zahirə çıxır və s.    

Ayının  kəlləsində  çərtilmiş  yeddilik  azıxantropun  bir  çox  yüzminilliklər 

bundan öncə qədim kosmologiyanın beşiyi başında durduğunu təsdiq etmirmi?! 

Lakin şübhəsizdir ki, ayı kəlləsi üzərində olan, ritm hissini nəzərə çatdıran çərtmələr 

həm də Azıx insanının təsviri incəsənət fəaliyyətinin nümunələrindən biridir. Bu çərtmələr 

Aşağı  Paleolit  dövrünün  insanında  nəinki  ilkin  hesablama  əməliyyatlarının,  habelə 

incəsənətin başlanğıcının  meydana  gəldiyini  təsdiq edir. Qeyd-şərtsiz təsdiq etmək  olar  ki, 

bu, incəsənətin yaranmasına və mücərrəd təsəvvürlərin məntiqinə doğru həlledici addım 

idi. 


Beləliklə,  Aşağı  Paleolit  dövründə  hesablama  haqqında  məsələ  incəsənətin 

yaranması və ilkin məzmunu problemləri ilə bilavasitə əlaqədardır: bu, halda söhbət ilk 

rəssamların şüurunun mücərrədləşdirmə fəaliyyətinin səviyyəsi haqqında gedir. 

,

:



 

Hazırda  artıq  Aşağı  Paleolit  dövründə  bədii  yaradıcılığın  yetişməkdə  olduğu 

haqqında  fikir  şübhə  doğurmur.  Azıxda  aşkar  edilmiş  material  bunun  daha  bir 

təsdiqidir. 

Azıx  mağarasında  4  ayı  kəlləsinin  saxlandığı  xüsusi,  gizli  guşənin  olması  faktı 

fövqəladə dərəcədə maraqlıdır. Müxtəlif heyvan kəllələrinin xüsusi şəkildə qoyulduğu 




61 

 

gizli  guşələr  dünyanın  bir  çox  bölgələrində  də  tapılmışdır.  Draxenlox  (İsveçrə), 



Zaltsofen  (Avstriya),  Klyuni,  Le  Furten,  Reqardu,  Lazaret  (Fransa),  Petersxel  (AFR)

 

Kudaro (Şimali Qafqaz) və başqa yerlərdə bu cür nümunələr aşkar olunmuşdur. Azıxda 



aşkar edilmiş, heyvan kəllələrinin saxlandığı gizli yer bu cür sitayiş obyektləri içərisində 

ən qədimrindən biridir. Azıxda tapılmış ayı kəllələrinin heç birində çənə hissəsi yoxdur. 

Gizli  yerlə  tanışlıq  həyata  keçirilmiş  əməl  arxasındakı  təsəvvürlər  aləmini  bizim 

qarşımızda canlandırır. Qeyd-şərtsiz demək olar ki, bu, məqsədyönlü, şüurlu və əlbəttə, 

qeyri-utilitar insan fəaliyyətinin nəticəsidir. 

Azıxda  təsdiqlənmiş  "kəlləyə  sitayiş"  faktı  Cənubi  Qafqaz  sakinlərində  ətraf 

mühitin  hadisələri  haqqında  ən  erkən,  başlanğıc  səciyyəvi  təsəvvürlərin  yarandığını 

göstərir. Sonralar həmin təsəvvürlər zəminində dinin ünsürləri, din meydana gəldi. Kəllə 

"yığınları"  (və  ümumiyyətlə  heyvan  sümükləri)  totemizmin,  hər  halda  onun 

rüşeymlərinin meydana gəldiyini göstərir. 

Bütün  bu  göstərilənlər,  Aşağı  Paleolit  dövründə  Azərbaycan  sakininin 

təfəkküründə, baxışlarında, zövqündə və həyat fəaliyyətində köklü irəliləyiş demək idi. 

Aşel  dövrünün  ikinci  yarısında  mağarada  möhkəm  məskən  salmış  azıxantroplar 

orada  süni  mühit  yaradırlar.  Azıx  mağarasının  aşel  təbəqəsində  ocaqlardan  birinin 

yanında süni hasarın - dairəvi daş tikilinin qalıqları aşkar edilmişdir. Beləliklə, 300 min il 

bundan  əvvəldən  də  öncə  azıxantrop  özü  üçün  yaşayış  yeri  qururdu.  Son  zamanlar 

oykumenanın  müxtəlif  bölgələrində,  xüsusilə  Fransada  süni  yaşayış  yerlərinin  bir  çox 

qalıqları (onların arasında Aşel dövrünə aid olanları da vardır) tapılmışdır. 

Aşeldən  sonrakı  Mustye  dövrü  adətən  oykumena  miqyasında  keyfiyyətcə  yeni, 

qədim  insanların  həyatında  əvvəlki  zamanla  müqayisədə  daha  yüksək  mərhələ  kimi 

səciyyəvidir.  Məhz  bu  səciyyəvilik  bir  çox  tədqiqatçılara  həmin  tarixi  mərhələni  xüsusi 

dövr  -  Orta  Paleolit  dövrü  kimi  (əhəmiyyətinə  görə  son  paleolitə  bərabər  olan  dövr) 

ayırmaq hüququnu verir. Digər tədqiqatçılar bu cür yanaşmaya etiraz edərək hesab edirlər 

ki, Son Aşel dövrü ilə ilk Mustye arasındakı fərq mərhələ səciyyəsi daşımır. Lakin ikinci 

baxışın  tərəfdarlarının  müddəalarına  baxmayaraq,  bütövlükdə  insanların  neandertal  növü 

(ilkin  neandertallar  istisna  olunmaqla)  Mustye  dövrünə  təsadüf  etmişdir.  Artıq  Mustye 

dövründə  sürü  münasibətləri  arxada  qalmış,  ibtidai  icma  quruluşu  (nəsli  cəmiyyət) 

təşəkkül tapmış, kommunalistik münasibətlər qərarlaşmışdır. İndiyədək tədqiqatçıları 

məşğul  edən  neandertal  qəbirləri  həmin  dövrdə  ümumilik  münasibətlərinin 

qərarlaşmasını təsdiq edən faktlardır. 

Neandertal  qəbirləri  ilk  növbədə  neandertalların  kollektiv  birliyi,  qarşılıqlı 

sosial  əlaqəni  dərk  etdiklərini  təsdiq  edir.  Bu,  qarşılıqlı  yardım  institutunun 

yarandığını, icma üzvlərinin bir-birinə qayğısını göstərir. Bu, "neandertalların ibtidai 

icmasını  möhkəmləndirən  əlaqələrin  sabitliyini  və  gücünü  təsdiq  edən" 

[ A . P . O k l a d n i k o v ]   parlaq  göstəricidir.  Güman  etmək  olar  ki,  Mustye  dövrü 

yeni ictimai təşkilatın - tayfanın yaranması zamanı olmuşdur. Hər halda həmin dövrdə 




62 

 

bir  növ  "tayfa  ərəfəsi"  birləşmənin  mövcudluğu  şübhəsizdir.  Bu  birliyin  əsas  tərkib 



hissəsini  böyük  kollektiv  təşkil  edirdi.  Güman  etmək  olar  ki,  bu  kollektiv  bir  neçə 

nəsli icmanı, birgə əməyə əsaslanan bir neçə düşərgəni özündə ehtiva edirdi. 

Bundan başqa, neandertal qəbirləri müəyyən, sırf insan hisslərindən, bəşəriyyət 

tarixində ilk dəfə olaraq öz yaxınlarını dəfn etmiş insanların baxışlarından xəbər verir. 

Nəhayət, bu qəbirlərdən aydın olur ki, insanlar artıq meyitdən törəyə biləcək konkret 

təhlükəni əməli surətdə dərk etmişdilər. 

Mustye  haqqında  yuxarıda  deyilmiş  fikirlər  oykumenanın  müxtəlif 

bölgələrindən  əldə  olunmuş  materiallara  əsaslanan  ümumi  səciyyəli  məlumatlardır. 

Təəssüf ki, Azərbaycan materialı bu baxımdan bizə çox az məlumat verir. Lakin insan 

cəmiyyətinin  inkişafının  başlıca  qanunlarının  ümumiliyini,  qlobal  xarakterini, 

sosiogenezin  ümumi  istiqamətini,  insan  həyatı  modelinin  universallığını,  bu  və  ya 

digər  mərhələ  üçün  səciyyəvi  olan,  insan  yaşayışının  müxtəlif  bölgələrində  mövcud 

olmuş səciyyəvi cəhətlərin bir çoxunun Azıx mağarasında təsdiqlənməsi kimi mühüm 

bir halı nəzərə alaraq neandertalın mənəvi aləminin mənzərəsini Azərbaycana da aid 

etmək mümkündür. 

Yuxarıda  qeyd  edildiyi  kimi,  Azərbaycanda  Mustye  dövrü  Azıx,  Tağlar, 

Daşsalahlı,  Damcılı  və  Qazma  mağaralarında  nisbətən  yaxşı  təmsil  olunmuşdur.  Bu 

dövr təxminən 100-80 min il bundan əvvəl başlanmışdır. 

Levallua  texnikası  müxtəlif  daş  əmək  alətləri  ilə  zəngin  olmuş  Mustye 

dövrünün  ən  böyük  texniki  nailiyyətidir.  Bu  nailiyyət  daşın  emalı  üsullarında  əsil 

inqilab idi. Texnikanın inkişafı daşın istifadəsinin və emalının çox yüksək səviyyəsinə 

(levallua texnikasına) getirib çıxarmışdı. 

Mustye  dövründə  nizə  və  cidaların  daşdan  hazırlanmış  ucluqları  meydana 

gəldi.  Ovçuluq  təsərrüfatı  xeyli  mürəkkəbləşdi  və  yüksək  inkişaf  səviyyəsinə  çatdı. 

İnsan kollektivlərinin qida ilə təminatı ölçüyəgəlməz dərəcədə artdı. 

Nəinki yaxın bölgələrin, habelə bir-birindən kifayət qədər uzaq olan ərazilərin 

sakinləri  arasında  əlaqələrin  genişlənməsi,  həmin  qarşılıqlı  əlaqələrin  tədricən 

fəallaşması  Mustye  dövrünün  mühüm  xüsusiyyətidir.  Məsələn,  Tağlar  mağarasının 

materialı bunu göstərir. Həmin material onun həmin "Şərq düşərgə"ləri ilə bənzəyişi, 

habelə  Araz  çayından  cənubda  yerləşən,  Zaqros  zonasını  da  özündə  ehtiva  edən 

ərazilərin  Mustye  mədəniyyətləri  ilə  qeyd-şərtsiz  əlaqələri  barədə  də  danışmağa 

imkan verir. 

Cənubi  Qafqazın  və  Şərqi  Avropa  düzənliyinin  cənub  hissəsinin,  habelə 

Qədim  Şərq  bölgələri  sakinlərinin  arasında  son  paleolit  dövründə  müəyyən  əlaqələr 

olduğunu  bu  uzaq  məskənlərdə  Qafqaz  obsidianının  tapılması  təsdiqləyir.  Cənubi 

Qafqazın qədim yaşayış yerlərində Qırmızı dəniz mənşəli balıqqulağıların və s. aşkar 

olunması  faktı  da  bunu  sübut  edir.  Yalnız  zəngin  mənəvi  aləmə  malik  olmuş  insan 

uzunmüddətli miqrasiyalar edə bilərdi. 




63 

 

Qeyd etmək lazımdır ki, artıq çox qədim zamanlarda Qafqaz bərzəxi insanların 



tropik  iqlimə  malik  olan  ilkin  vətəndən  -Afrikadan  Avropanın  mülayim  iqlim 

qurşağına  hərəkət  etməsi  üçün  şərait  yaratmış  körpülərdən  biri  idi.  Daha  sonrakı 

zamanlarda da xeyli insan kütləsinin dəfələrlə bu ərazi ilə hərəkəti baş vermişdir. 

Ali heyvanların və insanın genetikası və psixofiziologiyası sahəsindəki ən yeni 

kəşflər  miqrasiya  kimi  fövqəladə  dərəcədə  maraqlı  olan  halın  anlaşılmasına  açar  ola 

biləcəkdir.  Tədqiqatlar  göstərmişdir  ki,  digər  ali  məməlilər  kimi  insanlığın  ayrı-ayrı 

nümayəndələrinə  də  yeniyə, tanış olmayana  meyil  xasdır. Mütəxəssislər bu hadisəni 

"azadlıq  refleksi"  adlandırırlar.  Bu,  məchulun  mahiyyətinə  varmaq  üçün 

qarşısıalınmaz  meylə  tələbatdır.  Bu  fenomenin  irsən  ötürülməsi  artıq  çox  qədim 

zamanlarda  məchula  doğru  bu  cür  anadangəlmə  meylə  malik  olan  xeyli  insan 

qruplarının  meydana  gəlməsinə  gətirib  çıxara  bilərdi.  Ola  bilər  ki,  artıq  ən  qədim 

zamanlarda  Azərbaycan  ərazisində  ən  azı  iki  başlıca  avropoid  antropoloji  tipinin 

yaşaması,  yazılı  mənbələrdən  adları  bəlli  olan  bir  neçə  dildə  danışan  tayfaların 

mövcud olması səbəbini məhz deyilənlərdə axtarmaq lazımdır. 

 

Şübhəsizdir  ki,  bir  çox  nəsillərin  "azadlıq  refleksi"ni,  yenilik  zövqünü 



toplaması  onların  mədəniyyətinə  xüsusi  dinamiklik  və  çeviklik  gətirirdi.  Ən  erkən 

tarixi mərhələlərdən başlayaraq antik dövrədək Azərbaycanda mövcud olmuş bir çox 

parlaq mədəniyyətlər bunu aydın şəkildə təsdiq edir. 

Azərbaycanda  yuxarı  paleolitin  yaxşı  öyrənilməməsinə  baxmayaraq, 

göstərmək  lazımdır  ki,  Mustye  ilə  son  paleolit  arasındakı  hədd  xüsusilə  vacib  və 

mühüm  hədd  kimi  qiymətləndirilməlidir.  Bu  zaman,  təxminən  30-35  min  il  bundan 

əvvəl  müasir  tipli  insan  -  Nomo  Sapiens  ("dərrakəli  insan")  meydana  gəlmişdir. 

"Dərrakəli insan"ı neoantrop (yeni insan) da adlandırırlar. 

Bu  zamandan  etibarən  təbii  seçmə  özünün  forma  əmələgətirici  rolunu  qəti 

surətdə  itirdi  (bunun  nəticəsində  insanın  fiziki  tipinin  dəyişməsi  prosesi  dayandı), 

təbii seçmənin yerini isə ictimai qanunauyğunluqlar tutdu. 

Beləliklə, hər bir yeni mərhələdə mənəvi aləmi zənginləşən qədim Azərbaycan 

sakinləri  Paleolit  dövrü  ərzində  təbiəti  öz  məqsədlərinə  xidmət  etməyə  vadar  edir, 

tədricən təbiət üzərində hökmranlıq etməyi öyrənirdilər. 

 

 

 



 

 

 



 

 

 




64 

 

II   FƏSİL 




Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin