yeri müəyyən edilmişdir. Onların əksər hissəsi Azərbaycan ərazisindədir. Tədqiqatlar
Eneolit dövründə oturaq qəbilələrin çox geniş əraziyə yayılmasını göstərsə də,
Zaqafqaziyada qədim yaşayış yerləri müəyyən rayonlarda, başlıca olaraq Kür
77
Azərbaycanın erkən əkinçiləri adətən su hövzələri kənarlarında məskən
salırdılar. Mil-Qarabağ düzənliyində, xüsusən Qarqar və Xaçın çayları arasında
çoxsaylı qədim yaşayış yerləri cəmləşir. Burada yerdənçıxan suların ətrafında
salınmış yaşayış yerləri az deyil. Çox güman ki, Mil düzü Eneolit dövründə indiki
kimi susuz ərazi deyildi, insanların yaşaması üçün orada şərait daha əlverişli
olmuşdur. Daimi axar sular, münbit torpaq və başqa amillər ərazinin
mənimsənilməsinə və burada ilk əkinçi mədəniyyətinin inkişafına imkan vermişdir.
Muğanda eneolit yaşayış məskənləri bilavasitə kiçik çayların (İncəçay,
Mişarçay), qədimdə axar sulu dayaz dərələrin, bəzən də bulaqların kənarlarında
cəmlənmişdir. Cənubdan Kiçik Qafqaz dağları, şimaldan Kür çayı ilə araya alınmış
Gəncə-Qazax düzənliyində eneolit yaşayış yerləri əksər halda düzənliyin orta
hissəsində, hazırda qurumuş çay yataqları kənarlarında yerləşirlər.
Əkinçi-maldar qəbilələrin tutduğu ərazilər sonralar müəyyən vaxt ərzində boş
qalmış və ya az məskunlaşmışdır. Bu rayonlarda eneolit dövrünün sonlarında
yaşayışın kəsilməsi, ehtimal ki, quraqlıq dövrünün başlanması və axar suların
quruması ilə bağlı idi.
Azərbaycanın eneolit yaşayış yerləri adətən kiçik olub, orta hesabla 0,5 ha
sahəni tutur, ancaq nisbətən iri (2-4 ha) sahəli abidələr də vardır. Ən qalın mədəni
təbəqəyə malik yaşayış yerlərinin hündürlüyü 10 metrdən artıq deyil. Bir qayda olaraq
bütün yaşayış yerlərində tikintilər çox sıxdır. Qarqartəpəsi yaşayış yerində tikintilərin
birinin divarları ağardılmışdır. Gəncə-Qazax və Qarabağ düzlərinin yaşayış
yerlərindən fərqli olaraq Naxçıvanda Kültəpə yaşayış yerinin eneolit dövrü
təbəqəsində möhrə divarlar gil palçıqla bərkidilmiş daş bünövrə üzərində
hörülmüşdür. Urmiya gölü sahilində Göytəpə eneolit yaşayış yerində kərpic divarlar
daş bünövrə üzərində qurulmuşdur. Urmiya gölü rayonunda çiy kərpic memarlığında
Zaqafqaziyadan fərqli başqa tikinti ənənəsi yayılmışdır. Burada bütün tikililər
düzbucaqlı formadadır. Belə tikililər Muğanda Əliköməktəpə yaşayış yerində çoxdur
və Azərbaycanın Uımiyaətrafı rayonunun memarlığına yaxındır. Məsələn,
Əliköməktəpə yaşayış yerində evlər düzbucaqlı formada, iki-üç otaqdan ibarətdir,
evlərə adətən kiçikhəcmli dördkünc kameralar birləşir. Belə tikintilər vahid təsərrüfat-
məişət kompleksi təşkil edirdi. Evlərin divarları iki cərgə kərpicdən hörülürdü. Bu
yaşayış yerinin yalnız tək-tək tikintiləri dairəvi plana malik idi. Burada həm də bir
dairəvi planlı qazma otaq var idi. Onun ağardılmış divarında boya ilə çəkilmiş həndəsi
nəqşin izləri qalmışdır.
Naxçıvan ərazisində Kültəpə yaşayış yerinin eneolit təbəqəsinin alt qatlarında
düzplanlı, orta qatda dairəvi və düzplanlı, son mərhələdə üst qatlarda isə yalnız
düzplanlı tikinti qalıqlarına rast gəlinmişdir. Son dövrdə böyük ölçüdə inşa edilən
tikinti divarlarının qalınlığı 1 m-ə çatırdı.
78
Qarabağ düzənliyində Çalağantəpə və İlanlıtəpə yaşayış yerləri məsafəcə yaxın
və oxşar mədəniyyətə mənsub olsalar da, memarlıq xüsusiyyətlərinə görə bir-birindən
fərqlənir. Çalağantəpədə bütün tikintilər dairəvi planda bir cərgə kərpicdən hörülmüş,
bəzən də daxildən ağardılmış və boya ilə naxışlanmışdır. İlanlıtəpədə tikintilər əsasən
düzplanlı olsa da, orada dairəvi və yarımdairəvi planlı tikililər də olmuşdur. Tikililərin
döşəmələrinə bəzən boya qatılmış gil suvaq çəkilmiş, divarlarda boya ilə naxış
vurulması qeydə alınmışdır. Orada gipslə suvanmış sahələrə də rast gəlinmişdir.
Ağdam rayonunda Xındırıstan kəndi yaxınlığında Leylatəpə yaşayış yerinin sakinləri
çiy kərpicdən yalnız düzplanlı evlər və təsərrüfat binaları tikirdilər.
Qərbi Azərbaycanın və onunla qonşu Gürcüstan rayonlarının erkən əkinçi
yaşayış yerlərində bir cərgə kərpicdən hörülmüş dairəvi planlı tikililər əsas yer
tuturdu.
Beləliklə, Eneolit dövründə Azərbaycan ərazisində həm dairəvi və həm də
düzplanlı yaşayış evləri və təsərrüfat tikililəri inşa edilirdi. Əgər bəzi rayonlarda
dairəvi planlı, başqalarında düzplanlı tikililər üstünlük təşkil edirdisə, üçüncülərdə hər
iki tikinti forması eyni vaxtda mövcud olmuşdur. Mərkəzi Zaqafqaziyada dairəvi
planlı memarlıq Kür çayından Araza qədər geniş yayıldığı halda, Muğan və Urmiya
vilayətlərində əsasən düzplanlı evlər inşa olunmuşdur.
Dostları ilə paylaş: