TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Ġctimai  münasibətlər  və  əlaqələr



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə43/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   39   40   41   42   43   44   45   46   ...   157
Ġctimai  münasibətlər  və  əlaqələr.  Orta  tunc  dövrü  cəmiyyətdə  ictimai 

bərabərsizliyin 

güclənməsi  zamanıdır.  Yerli  əhalinin  iqtisadiyyatında  və 

mədəniyyətində  müşahidə  olunan  irəliləyiş  cəmiyyətin  istehsal  qüvvələrinin  ümumi 

inkişafı, həm də ehtimal ki, Ön Asiya ölkələrinin təsiri və əlaqələrlə bağlı olmuşdur. 

Dövrün ictimai quruluşunu belə təsəvvür etmək olar: bir qütbdə öz yaxın adamları və 

zadəganlarla başçı, o biri qütbdə əsas icma kütləsi dururdu. İctimai vəziyyətdən asılı 

olmayaraq,  müdafiə  qalalarının  tikintisində,  düşmənə  qarşı  mübarizədə  bütün 

cəmiyyət üzvləri iştirak edirdi. 

Yaşayış  məntəqələrinin  ətrafında  müdafiə  divarlarının  çəkilişində  görülən 

işlərin  həcmi  bunu  sübut  edir.  II  Kültəpədə  2  m  enində  divarın  uzunluğu  təxminən 

400  m  olmuşdur.  Üzərliktəpə  yaşayış  yerini  əhatə  edən  müdafiə  divarının  uzunluğu 

daha çoxdur. Burada divarın qalınlığı 2 m idi. Əgər fərz etsək ki, müdafiə divarlarının 

hündürlüyü  3  m-ə  çatırdı,  onda  Kültəpə,  Üzərliktəpə  müdafiə  divarlarının 

hörülməsinə sərf olunan zəhmət çox olmuşdur. Hələ onu da nəzərə almaq lazımdır ki, 

inşaat  materialının  əldə  edilməsi,  gətirilməsi,  kərpiclərin  hazırlanması  böyük  əmək 

tələb edirdi. Öz sahəsinə görə, Kültəpə və Üzərliktəpədən xeyli artıq olan Göytəpədə 

müdafiə  divarlarının  inşasında  görülən  işlər  daha  böyük  miqyasda  aparılmışdır.  Bu, 

şübhəsiz, böyük insan kollektivinin iştirakını, mütəşəkkillik tələb edirdi və çox güman 

ki,  xüsusi  imtiyaza  malik  şəxslərin  nəzarəti  altında  görülürdü.  Belə  işləri  köçəri 

maldarlıqla  məşğul  olan  əhali  böyük  ərazidə  qoruq  tikmək  məcburiyyətində  yerinə 

yetirirdi.  Daha  asanlıqla  artıq  məhsul  verən,  ayrı-ayrı  qəbilələrin  varlanmasını  xeyli 

asanlaşdıran maldarlıq təsərrüfatı mülki və ictimai ayrılmanı dərinləşdirirdi. 



115 

 

Bu proses dəfn abidələrində özünün aydın əksini tapır. Əliköməktəpədəki varlı 



qəbir, ola bilsin ki, qəbilə başçılarından birinə məxsus imiş. Nəzərə çarpacaq varidatı 

ilə icmanın, qəbilənin imtiyazlı şəxslərinə mənsub qəbirlər də seçilir. Onların sırasına 

daha  qiymətli  bəzək  əşyaları  verən  Şəki  kurqanlarından  birini  də  aid  etmək  olar. 

Beləliklə, məlum olur ki, dövrün bəzi qəbirləri kasıbdır, digərləri nisbətən varlıdır və 

ya  çox  varlıdır.  Ancaq başlıcası budur  ki,  qəbirlərdə  dəfn  olunanlar tək-təkdir;  yerli 

cəmiyyətin ictimai inkişafı hələ o səviyyəyə çatmamışdır ki, o zaman başçıları axirət 

dünyasına yola salarkən onları qul, kəniz və s. şəxslərlə birlikdə basdırsınlar. Ancaq 

bu dövrün cəmiyyəti artıq ibtidai icma quruluşunun son mərhələlərindən birinə gəlib 

çatmışdır. 

Sinifli cəmiyyət mövcud olan Ön Asiya vilayətləri ilə qonşuluq ölkənin sosial-

iqtisadi  inkişafına  müəyyən  təsir  göstərirdi,  yeni  texniki  və  mədəni  nailiyyətləri 

mənimsəməyə  imkan  verir,  əlaqələri  və  mübadiləni  genişləndirirdi.  E.ə.  III—II 

minilliklər ərəfəsində  Azərbaycana və  Cənubi  Qafqaza  müntəzəm olaraq qalay daxil 

olmağa başlayır və bu dövrdən metal əşyaların istehsalında əsas qatma element olur. 

Dulus  çarxında  hazırlanmış  bir  qisim  boyalı  saxsı  məmulatının  meydana  çıxması, 

uzunqulağa, qoşqu atına eyni vaxtda rast gəlinməsi Qədim Şərq ölkələri ilə əlaqələri 

əks  etdirir.  Bu,  həm  də  orta  tunc  dövründə  Zaqafqaziyada  borulu  nizə  ucluqlarının, 

dəstəyi  çərçivəli  xəncərlərin  və  bir  sıra  Ön  Asiya  bəzək  əşyalarının  yayılması  ilə 

sübuta yetirilir. 

Göytəpədə,  Qızılvəngdə  "ayrıcılar"  adlanan  yastı  dördkünc  muncuqların  bir 

neçə  nümunəsinə  rast  gəlinmişdir  ki,  onlar  Mesopotamiyada  hurri  mərkəzi  Nuzidən 

(Yorqantəpə)  məlum  olan  əşyalarla  eyniyyət  təşkil  edir.  Şortəpədəki  qara,  yaşıl,  sarı 

və  bənövşəyi  rənglə  naxışlanmış  boyalı  qab-qacaq  Zaqafqaziyada  çox  nadir  hal 

olmaqla  Şimali  Azərbaycanın  cənubla  əlaqələrini  əks  etdirir.  Dövrün  bəzi  abidələri 

Azərbaycan  qəbilələrinin  Şimali  Qafqazla  əlaqələrindən  xəbər  verir.  Muğanda 

(Əliköməktəpə)  varlı  qəbirlərdən  birində  Şimali  Qafqazda  yayılmış  kabardin-balkar 

adı  altında  tanınan  daş  balta  var  idi.  Abşeronda  Gürgan  kurqanlarından  birindən 

formasına  görə  Şimali  Qafqazın  bir  çox  abidələrində  özünə  oxşarlıq  tapan  xəncər 

tiyəsi  əldə  edilmişdir.  Ön  Asiya  mənşəli  bəzəklər  tapılmış  Şəki  kurqanlarının  dəfn 

adətində  və  kurqanların  inşa  quruluşunda  Şimali  Qafqazın  mərkəzi  rayonlarının,  o 

cümlədən  Kabarda-Balkariyanın  həmdövr  abidələri  ilə  tam  eyniyyət  olması 

Azərbaycan və Böyük Qafqazın o biri tərəf qəbilələri arasındakı etnomədəni əlaqələr 

barədə qiymətli məlumatdır. 

Beləliklə, orta tunc dövrü abidələri Azərbaycan əhalisinin həm Ön Asiya, həm 

də Qafqazın qonşu ölkələri ilə əlaqələrini aşkara çıxarır. 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin