TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Qəbilələrarası  mübadilə.  Xarici  əlaqələr



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə51/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   47   48   49   50   51   52   53   54   ...   157
Qəbilələrarası  mübadilə.  Xarici  əlaqələr.  Son  Tunc  və  İlk  Dəmir  dövrü 

təsərrüfatının  qızğın  inkişafı  ərzaq  məhsulu  artımı  yaradır  ki,  bu  da  qəbilələrarası 

geniş, müxtəlif cəhətli mübadiləyə təkan verir. Bu işdə düzəndən dağa, oradan yenə 

arana  köçən  qəbilələrin  böyük  rolu  olmuşdur.  Böyük  əraziləri  keçən  bu  qəbilələr 

oturaq əhali ilə daimi təmasda olur, mübadilə edir, bu və digər əşyaların yayılmasında 

vasitəçi  xidmətini  görürdülər.  Mübadilə  mal-qara,  yun,  əkinçilik  və  maldarlıq 

məhsulları,  həm  də  sənətkarlıq  məmulatı  ilə  aparılırdı.  Dövrün  abidələrində  bir 

bölgənin  məhsullarının  başqasına  keçməsini  aydın  müşahidə  etmək  olur.  Bu,  hər 

şeydən əvvəl, Azərbaycanın və bütün Qafqazın metallurgiya mərkəzlərinin istehsalına 

aiddir. Abşeronda zərif cızma xətlə naxışlanmış tunc kəmər tapılmışdır. Belə kəmərlər 

Qərbi  Azərbaycan  abidələrindən  yaxşı  məlumdur  və  orada  onların  istehsalı  qaydaya 

salınmışdı. Dəvəçi rayonundan tapılan tunc təbərzin baltalar da orada mübadilə üçün 

hazırlanmışdır. 

Dağıstan  və  Şimal-Şərqi  Azərbaycan  üçün  səciyyəvi  olan  saxsı  məmulatı 

nümunəsinin  Gədəbəy  rayonundan  tapılması  Xəzərsahili  qəbilələrinin  Mərkəzi 

Zaqafqaziya ilə əlaqələrini əks etdirən dəlillərdən biridir. 




132 

 

Arxeoloji  tapıntılara  görə  müəyyən  edilən  bir  əlaqə  xətti  Talış  metallurgiya 



mərkəzi  ilə  bağlıdır.  Talışda  ən  səciyyəvi  silah  növlərindən  biri  olan  haçadəstəkli 

xəncərlər  Abşeronda  və  Dağıstanda  tapılmışdır.  Onlara  Mərkəzi  Qafqazda  -  Qərbi 

Azərbaycanda da (Qazax) və Gürcüstanda (Salka) rast gəlinmişdir. 

Metal  istehsalı  inkişafının  güclənməsi  əlaqələrin  və  mübadilənin 

genişlənməsinə  səbəb  olurdu.  Qafqazmənşəli  tunc  əşyalara  Şərqi  Avropa  ərazisində 

rast  gəlinir.  Zərif  cızma  xətlə  naxışlanmış  Zaqafqaziya  tunc  kəməri  Kiyev 

yaxınlığında  tapılmışdır.  Kiyev  yaxınlığında  Çernyaxov  dəfinəsindən  qalxanın,  tunc 

döşlüyün  tapılması  daha  maraqlıdır.  O,  böyük  Xanlar  kurqanından  tapılan  qalxan 

döşlüyü  ilə  o  dərəcədə  oxşardır  ki,  onların  ümumi  bir  mənşəyə  mənsubiyyəti  şübhə 

doğurmur.  Şimal  vilayətlərindən  fərqli  olaraq  Zaqafqaziya  metal  istehsalı 

mərkəzlərinin  cənub  istiqamətinə  doğru  əlaqələrini  göstərən  faktik  dəlillər  az 

məlumdur.  Urmiyanın  cənubunda  Həsənlidən  tapılan  qızıl  cam  üzərində  təsvir 

olunmuş  üç  müxtəlif  xəncərdən  birinin  Son  Tunc  və  İlk  Dəmir  dövründə  Kiçik 

Qafqaz ərazisi abidələrində geniş yayılmış xəncər formasını əks etdirməsi diqqəti cəlb 

edir. 

Bu  dövr  abidələrində  yerli  istehsal  məmulatı  ilə  yanaşı,  Qədim  Şərq 



ölkələrindən gətirilmə  əşyalara  rast gəlinir. Saxsı  məmulatı,  tunc, qızıl  və  Ön  Asiya 

mərkəzlərində istehsal olunmuş çoxlu miqdarda bəzək əşyaları aydın seçilir. 

Azərbaycana  daxil  olan  malların  içərisində  bəzən  üçqulplu  kuzə  tipli  şirli 

qabların orijinal nümunələri vardır. Xocalı kurqanlarından birində tapılan qab parçası 

üzərində  heyvan  təsvirləri  yaşılımtıl  və  sarımtıl  rənglə  çəkilmiş  və  şəffaf  şirə  ilə 

örtülmüşdü.  Mingəçevirdən  məlum  olan  qablarda  da  eyni  şirlənməyə  rast  gəlinir. 

Ancaq  onlarda  və  Xocalının  digər  belə  qablarında  bəzək  həndəsi  fiqurlarla 

verilmişdir. Onların Aşşur mənşəli olması şübhə doğurmur. 

Xocalıdan tapılan kiçik mücrü nəinki gilinə, həm də boyanın rənginə və eləcə 

də  formasına  görə  qədim  Assuriyanın  mərkəzi  Aşşurdan  məlum  olan  mücrü  ilə  tam 

eyniyyət  təşkil  edir.  Görünür  Aşşur  nümunələrinə  Naxçıvan  şəhəri  yaxınlığında  II 

Kültəpənin üst mədəni təbəqəsindən əldə edilmiş şirli camı da aid etmək olar. O, ağ 

gildən  olub,  göy  rənglə  boyanmış  və  şəffaf  şirlə  örtülmüşdür.  Belə  şirli  qab 

nümunələri Borsunlu və Xaçbulaq kurqanlarından məlumdur. 

Talış  dağlarında  qəbirlərdən birində  şirli  qaba  rast  gəlinmişdir.  O,  göyümtül-

yaşıl rənglə boyanmış və şəffaf şirlə örtülmüşdür. Cənubi Qafqazın başqa şirli qabları 

kimi bu qab da  Ön  Asiya  sənətkarlıq  mərkəzlərinin  məhsuludur. Orada artıq bir sıra 

şəhərlərdə  şir  və  şüşə  istehsalı  texnologiyası  mükəmməl  mənimsənilmişdi.  Şirli 

qabların  geniş  istehsalı  Aşşur  şəhərlərində  e.ə.  II  minilliyin  ortalarından  məlumdur. 

Aşşur  şəhərində  tapılmış  bir  şirli  qabda  mixi  yazı  ilə  XIV  əsrdə  yaşamış  Aşşur 

hökmdarı  I  Adadnerarinin  adı  yazılmışdır.  Bununla  əlaqədar  11  nömrəli  Xocalı 

kurqanından mixi xətlə Adadnerari adı yazılmış muncuğun tapılması maraq doğurur. 




133 

 

Azərbaycanda  yayılmış  gətirilmə  şirli  qablar  əsasən  e.ə.  XII  -VIII  əsrləri  əhatə  edir. 



Azərbaycanın  qədim  abidələrindən  əldə  edilmiş  gətirilmə    materiallar  içərisində  tək-

tək  silindrik  möhürlər  də  vardır.  Qızıl  lövhədən  hazırlanmış  belə  möhürlərdən  biri 

Dovşanlı kurqanından tapılmışdır. Onda təsvir olunmuş bir qrup heyvanlar içərisində  

atı,  dağ  keçisini  və  iti  seçmək olur.  Möhürdəki təsvirlərin ümumi görünüşünə görə 

o,  İran  (Təpə-Sialk  B)  möhürünü  xatırladır.  Onlarda  ümumi  cəhət  fiqurların  sərbəst 

yerləşdirilməsidir.  Başqa  bir  yumşaq  daşdan  hazırlanmış  möhür  İmişli  rayonunun 

Çardaxlı  kəndində  tapılmışdır.  Möhürdə  arxa  pəncələri  üzərində  dayanmış  qəzəbli 

aslan  və  diz  çökmüş  oxatan  təsvir  olunmuşdur.  Bu  cür  səhnə  daha  çox  Aşşur 

möhürləri  üçün  səciyyəvidir  ki,  bu,  İmişli  möhürünü  mənşə  etibarilə  onlarla 

bağlamağa imkan verir. Hurri möhürləri ilə eyniyyət təşkil edən Şahtaxtı möhüründə 

təsvir  olunmuş  müqəddəs  ağacın  bir  tərəfində  ibadət  edən  şəxs,  o  biri  tərəfində  isə 

başları arxaya çevrilmiş, döşləri bir-birinə toxunan iki keçi vardır. Şahtaxtı möhürü ilə 

bir  qrupa  daxil  olan  beş  silindrik  möhür  Talış  qəbiristanlıqlarından  əldə  edilmişdir. 

Şübhə yoxdur ki, göstərilən möhürlər Ön Asiya ölkələrindən gətirilmədir. 

Qızıl əşyalar (muncuqlar, barmaqcıqlar, lövhələr, aslan başı formasında fiqur, 

silindrik  möhür  və  s.)  Xocalı,  Dovşanlı,  Qarabulaq  kurqanlarından,  Qızılvəng 

qəbirlərindən  məlumdur.  Qızıl  əşyaların  Ön  Asiya  mənşəli  olması  şübhə  doğurmur. 

Eyni  sözü  ağ  pasta  muncuqlar,  fil  sümüyündən  və  sədəfdən  hazırlanmış  bəzək 

əşyaları, şüşədən, müxtəlif rəngli şüşəvari pastadan muncuqlar və şüşə düymələrə də 

aid etmək olar. 

Qalakənd,  Mingəçevir  və  Xaçbulaqda  qalaydan  hazırlanmış  bilərzik  və 

barmaqcıqlar tapılmışdır. Qalay Ön Asiyaya və Qafqaza qonşu ölkələr vasitəsilə daxil 

olurdu. Çox uzaq ölkələrdən Qafqaza gətirilən məmulat, şübhəsiz, çoxpilləli mübadilə 

ilə əlaqədardır. 

Gətirilmə  əşyalara  dəstələri  çərçivə  formasında  düzəldilmiş  xəncərlər  də 

daxildir. Onlar  Zaqafqaziya  və Şimali Qafqazdan da  məlumdur.  Azərbaycanda onlar 

Naxçıvanda Qızılvəngdə, Cəlilabad rayonunda Uzuntəpədə, Gədəbəydə, Talışda Ağa 

evlər  qəbiristanlığında  (üzəri  şirli  iki  silindrik  möhürlə  birlikdə),  Masallı  rayonunun 

Mahmudavar kəndində tapılmışdır. Talış və Muğan xəncərlərinin bir növü Ön Asiya 

nümunələrini  təqlid  etməklə  hazırlanmışdır.  Ön  Asiya  tipli  xəncərlər  çox  uzun  dövr 

ərzində,  e.ə.  II  minilliyin  ikinci  rübündən  e.ə.  I  minilliyin  əvvəllərinə  qədər 

işlənmişdir. 

E.ə.  II-I  minilliklər  ərəfəsində  sıx  mübadilə,  ticarət  əlaqələri  nəticəsində  ilk 

dəfə  olaraq  Azərbaycana  dəvə  gətirilir  və  həmin  dövrdən  də  burada  onun 

yetişdirilməsi başlanır. 

Beləliklə, gətirilən dəlillər göstərir ki, son tunc və ilk dəmir dövründə Cənubi 

Qafqaz,  o  cümlədən  Azərbaycan  beynəlxalq  ticarət  əlaqələrinə  qoşulur.  Buraya 

gətirilən məmulatın əvəzinə mal-qara, metal və duz aparılırdı. 




134 

 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin