TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


E.ə. II MĠNĠLLĠYĠN SONU -



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə54/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   50   51   52   53   54   55   56   57   ...   157
E.ə. II MĠNĠLLĠYĠN SONU - 

I MĠNĠLLĠYĠN BAġLANĞICINDA AZƏRBAYCAN 

ƏRAZĠSĠNDƏ ƏHALĠNĠN TƏRKĠBĠ 

 

Avtoxton  əhali.  Azərbaycan  ərazisində  və  həmhüdud  bölgələrdə  yaĢamıĢ 



tayfaların dilləri. E.ə. XIV və XIII əsrlərin qovuşuğunda başlanmış dəmir dövrünün 

əvvəllərində  əski  ictimai,  mədəni  və  müəyyən  qədər  etno-mədəni  və  dini  ənənələr 

keçmişdə  qalmağa  başladı.  Lakin  həmin  ənənələrin  bəzilərinin  izlərini  daha  sonrakı 

zamanlarda  izləmək  mümkündür.  Tayfaların  talelərini  dəfələrlə  dəyişdirmiş  gur 

hadisələrə,  müxtəlif  səciyyəli  dəyişikliklərə  və  sarsıntılara  baxmayaraq,  nəzərdən 

keçirilən  dövrdə  burada  etno-mədəni  və  dil  baxımından  keçmiş  tarixi  mərhələlərin 

nəsilləri - Kavkasion və Aralıq dənizi antropoloji tiplərinə aid olanların, Şimal-Şərqi 

Qafqaz  ailəsinin  dillərində  (şimalda)  və  hurri,  lullubi  və  digər  dillərin  dialektlərində 

(cənubda) danışanların nümayəndələri ilə bağlı olan avtoxton əhali yaşayırdı. 

Arxeoloji  və  antropoloji  materiallar,  habelə  yazılı  mənbələr  əsasında  demək 

olar ki,  bölgənin avtoxton  əhalisi  müəyyən  müddət  ərzində  nisbətən sabit qalmışdır. 

Lakin  prinsipial  baxımdan  əhalinin  bu  cür  müəyyənləşdirilməsi,  "avtoxton  əhali" 

anlayışı  şərtidir.  Çünki  tayfalar  ayrılır,  özlərinin  ilkin  yaşayış  yerlərini  tərk  edərək 

uzaqlara  gedir,  uzaq  bölgələrin  sakinləri  ilə  qaynayıb-qarışır,  yeni  məskənlərdə 

"aborigenlərə" çevrilirdilər. 

Bu  dövrdə  Cənubi  Azərbaycan  vilayətlərinin  maddi  mədəniyyətində  nəinki 

Kiçik Asiya təsiri, habelə Kiçik Asiyadan, bəlkə də başqa bölgələrdən müəyyən əhali 

qruplarının  bu  əraziyə  bilavasitə  daxil  olması  müşahidə  edilir.  Məsələn,  Əlişar 

keramikası  bunu  təsdiqləyir.  Lakin  bu  ərazidə  yerli  tayfalar  başlıca,  üstün  etnik 

massiv olaraq qalmaqda idilər. 

Bölgənin  əsrlər  boyunca  bura  gəlmiş  etnik  qruplarla  qaynayıb-qarışmış 

avtoxton  əhalisi  Dəmir  dövrünün  başlanğıc  mərhələsində  əsasən  e.ə.  III  minillikdə, 

bəlkə  də  daha  erkən  zamanlarda  burada  yaşamış  etnik  elementlərdən  ibarət  idi.  Bu 

halda  iri  tayfa  birlikləri  arasında  yalnız  kutiləri  istisna  etmək  lazımdır.  Kutilər  artıq 

e.ə. II minilliyə doğru əski qüdrətlərini itirmişdilər. E.ə. I minillikdə isə onların tarix 

səhnəsini qəti surətdə tərk etdikləri güman olunur. 

E.ə.  II  minillikdə  də  hurrilər  Urmiyaətrafı  ərazidə  yaşayırdılar.  Sulduz 

vadisində aşkar olunmuş "Xabur keramikası" və e.ə. II minilliyin sonuna - I minilliyin 

başlanğıcına  aid  olan  Həsənli  materialları,  habelə  e.ə.  XVII-XVI  əsrlərdə  Cənubi 

Azərbaycan  ərazisində  mövcud  olmuş  hurri-ari  kontaktı  faktı  bunu  təsdiq  edir. 

Nəhayət,  hurrilərin  Xəzər  dənizindən  cənub-qərbdə  yerləşmiş  vilayətlərdəki  təsirinin 

gücünü həm arxeoloji materiallar, həm də onomastik dəlillər təsdiqləyir. 




140 

 

Bölgənin  cənub  hissəsində  lullubilər  yaşamaqda  idilər.  Maraqlıdır  ki,  bizim 



hətta e.ə. I minilliyin başlanğıcına aid olan mənbələrimiz Lullume, Zamua və Manna 

anlayışları  arasındakı  varisliyi  izləməyə  imkan  verir.  Aşşur  hökmdarı  II  Sarqonun 

Aşşur  allahına  məlum  "məktubu"nda  deyilir:  "Zamua  adlanan  Lullume  ölkəsi". 

Məlumdur ki, Zamua ölkəsi Manna çarlığının meydana gəldiyi vilayət idi. 

Güman  etmək  olar  ki,  lullubi  elementi  Urmiyaətrafı  vilayətlərdə  hələ  uzun 

müddət ərzində qalsa da və  Mannanın etnik tarixində  mühüm rol oynasa da, Manna 

çarlığı dövründə hurri qrupları bu zonada üstün etnik element olmuşdur. Antik dövrdə 

də hurrilərin burada yaşamaqda davam etdiklərini güman etmək olar. 

Erkən  dəmir  dövründə  bölgənin  cənub  hissələrində  başqa  tayfalar  və  tayfa 

qrupları damehranlılar, nikimxilər, turukkilər, uruatrilər və başqaları yaşayırdılar. Biz 

onların etnik-dil mənsubiyyəti haqqında heç nə bilmirik. 

Məhz  avtoxton  etnik  elementlər  bölgənin  tarixi  mədəniyyətinin  yaradıcıları 

idilər.  Həmin  mədəniyyət  modifikasiyalarla  İrandilli  tayfaların  gəlişinədək  mühafizə 

edilmişdir. İrandilli tayfalar xeyli dərəcədə bu mədəniyyəti mənimsəyərək, müəyyən 

mənada qədim mədəni ənənələrin davamçıları oldular. 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin