Ġctimai və mülki bərabərsizliyin güclənməsi. Ġbtidai icma quruluĢunun
dağılması. Arxeoloji mənbələrə görə, ölkənin bütün vilayətlərində ictimai-iqtisadi
inkişaf prosesi eyni səviyyədə olmamışdır. Şimala nisbətən cənub bölgələrdə ictimai
inkişafın bir qədər yüksək səviyyədə olması nəzərə çarpır. Burada əkinçilik və
maldarlıq, tunc metallurgiyası yaxşı inkişaf etmiş, üzümçülük təsərrüfatın xüsusi
sahəsinə çevrilmişdi. Saxsı məmulatı istehsalında dulus çarxı geniş tətbiq olunur,
mübadilə və ticarət genişlənir. Bütün bunlar yerli əhalinin ictimai həyatında
dəyişikliklərə gətirib çıxarır.
Cənub rayonlarının dəfn abidələri nisbətən zənginliyi ilə fərqlənir. Qarabağın
kurqan qəbirlərində Zaqafqaziyada nadir hallarda rast gəlinən qızıl əşyalar, sədəf və
sümükdən bəzəklər, çoxlu tunc və başqa məmulat tapılmışdır. Bir nekropolda rast
gəlinən qəbirlər öz avadanlıqlarının zənginliyinə və kasıblığına görə fərqlənir.
O dövrdə Azərbaycanda qulların olmasını Dovşanlıda, Axmaxıda, Borsunlu və
Xanlarda aparılan tədqiqatların nəticələri təsdiq edir. Belə ki, Axmaxı kurqanındakı
əsas ölü həmdövr qəbirlərində rastlanan və yerli əhali üçün səciyyəvi olan dolixosefal
tipinə mənsub idi. Əsas ölünü müşayiət edənlərə gəldikdə isə, onların kəlləsi başqa -
braxisefal tipində idi.
Qəbilə başçılarına və şöhrətli şəxslərə mənsub bir sıra kurqan qəbirləri
mürəkkəb quruluşlarına, zəngin avadanlığa və təmtəraqlı dəfn mərasiminə görə nəzər-
diqqəti cəlb edir. Qullardan əlavə, ölmüş başçını axirət dünyasına arvadları, kənizləri,
atları müşayiət edir, qəbirə çoxlu silah və ona mənsub olan əmlakı qoyulurdu. Dövrün
abidələrində birinci dəfə olaraq üzərinə tunc lövhə çəkilmiş taxta qalxanlara və zirehli
geyimə rast gəlinmişdir.
Azərbaycanda ibtidai icma quruluşunun dağılma və sinifli cəmiyyətin
yaranması dövrünün ən təmtəraqlı abidələrindən biri Tərtər rayonunun Borsunlu
kəndindəki böyük kurqandır. Kurqanın 256 kv.m
2
sahəyə (uzunluğu 32, eni 8 və
dərinliyi 4 m) malik qəbiri təxminən iki yüz tirlə iki qatda örtülmüşdür. Qəbirdə
qəbilə başçısı dəfn olunmuşdu. O, tunc mıxlarla bərkidilmiş, qızıl təbəqə çəkilmiş və
tunc lövhələrlə bəzədilmiş taxt-kəcavə üzərinə qoyulmuşdur. Başçıdan əlavə, qəbirdə
doqquz şəxsin qalıqları, səkkiz at skeleti, çoxlu iri və xırdabuynuzlu heyvan
sümükləri, saxsı qablar, metal əşyalar - təbərzin balta, yastı balta, iskənə, nizə və ox
ucları, kəmər və qazan qırıqları, qızıl düymələr, əqiqdən, pastadan və şüşədən
muncuqlar, mərmər toppuz və şirli qab var idi. At əsləhəsi də qəbirdə böyük yığımda
və müxtəliflikdə təqdim olunmuşdu (müxtəlif gəm, sümükdən qaytarğanlar, onların
bəzilərində cızma üsulla insan başının təsviri verilmişdir). Orada həm də tuncdan
bəzəklər və dəniz xərçənglərinin çanağından düzəldilmiş şəbəkə düymələr var idi.
Şübhə yoxdur ki, Borsunludakı bu kurqan qəbilə başçısına mənsub imiş, dəfn
ərəfəsində kənizləri, qulları və arvadları öldürülmüş və onunla birlikdə basdırılmışdır.
131
Son Tunc dövrü qəbirlərində göstərilən əlamətlər və silahların çoxluğu, çox
ehtimal ki, hərbi demokratiyanın inkişafı ilə əlaqədardır. İbtidai cəmiyyətin dağılması
ərəfəsində zorakılıqla zəbtetmə və talançılıq bəzi qəbilələrdə varlanma mənbəyi kimi
tez-tez baş verən hadisələrə çevrilir. Ancaq Azərbaycan əhalisinin və onun
qonşularının bu dövrdə daima müharibələr şəraitində yaşamasını güman etmək səhv
olardı. Doğrudur, ayrı-ayrı qəbilələr arasında varidat, ilk növbədə, mal-qara otlaqları
üstündə vaxtaşırı toqquşmalar olurdu. Belə şəraitdə bəzi qəbilələrin əlçatmaz yerlərdə
məskunlaşması və nəhəng qalaçalar hörülməsi səbəbləri aydın olur. Kiçik Qafqaz
ərazisində təhlükə vaxtı özlərini və mal-qaranı qorumaq üçün siklop tikintiləri belə
yaranmışdır. Müdafiə qalaları nəinki dağlarda maldar qəbilələrin, həm də dağətəyi
qurşaqda əkinçilərin yaşadığı yerlərdə tikilirdi.
Bəzi varlı qəbirlərdə silahların həm əsas ölünün, həm də onu müşayiət
edənlərin yanına qoyulması müşahidə edilmişdir. Dovşanlı kurqanında qəbirdə düz
uzadılmış əsas ölü və ona məxsus çoxlu miqdarda avadanlıqdan əlavə bükülü
vəziyyətdə üç skelet də var idi. Onlarla birlikdə tunc dəbilqə, silah, yaba və at
yüyəninin tapılması onları ölən başçının hərbi dəstəsinin üzvləri hesab etməyə əsas
verir.
Müvafiq dövr cəmiyyətində qəbilə başçıları, mötəbər şəxslər, hərbçilər, qullar
və s. aydın seçilir. Bu, hər şeydən əvvəl, yeni ictimai-iqtisadi münasibətlərin
yaranması ilə əlaqədar olub, təzəcə təşəkkül tapmaqda olan ictimai quruluşun
"carçıları" idi.
Beləliklə, bu dövr ibtidai-icma quruluşunun dağılması prosesində son mərhələ
- siniflərin və dövlətin yaranma ərəfəsi idi.
Dostları ilə paylaş: |