TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Mannanın  təsərrüfat  həyatı:  əkinçilik,  maldarlıq,  sənətkarlıq



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə58/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   54   55   56   57   58   59   60   61   ...   157
Mannanın  təsərrüfat  həyatı:  əkinçilik,  maldarlıq,  sənətkarlıq.  E.ə.  I 

minilliyin  başlanğıcında  və  sonralar  Cənubi  Azərbaycan  tayfalarının  təsərrüfatı 

çoxsahəli  idi.  Diyarın  əhalisi  əkinçilik,  maldarlıq  və  müxtəlif  sənətlərlə  məşğul 

olurdu. Müxtəlif vilayətlərdə təsərrüfatçılığın ayrı-ayrı sahələri üstünlük təşkil edirdi. 

Məsələn,  Zamua,  Allabria,  Karalla,  Kirruri,  Gilzan  vilayətləri  və  bəzi  başqa 

vilayətlər  oturaq  əkinçilik-maldarlıq  təsərrüfatının  qədim  ənənələrinə,  mahir 

sənətkarlara  malik,  qızğın  ticarət  edən,  şəhər  və  kənd  tipli  bir  çox  məskənləri  olan 

rayonlar  idi.  Başlıca  sahə  əkinçilik,  özü  də  suvarma  əkinçilik  idi.  Dövlət 

hakimiyyətinin  tam  təşəkkülü  prosesi  bəlkə  də  məhz  suvarma  əkinçiliyin  inkişafı  ilə 

bağlıdır. Aşşur çarları tez-tez xatırladırlar ki, "mən onların bol məhsulunu yandırdım, 

dolu anbarlarını açdım və qoşunuma o ki var arpa yedizdirdim", "onun bol məhsulunu 

saya  gəlməyən  qamış  kimi  kökündən  qopartdım...  onun  lacivərd  rəngli  gözəl,  güllü-

çiçəkli,  yamyaşıl  torpaqlarını,  Adad  kimi  suya  qərq  etdim,  atlarının  ümid  yeri  olan 

çəmənlərini  də  arabaların  təkərləri,  süvarilərin,  döyüşçülərin  ayaqları  altında  tapdaq 

eləyib  çöl-biyabana  çevirdim",  "bağlarını,  qamış  kimi  sıx  ağaclarını...  onun  şəhərinə 

yaraşıq verən, bolluca meyvə ağacları və meynələri olan gözəl bağlarını qırdım"... 

Zikertunun,  müəyyən  dərəcədə  də  Gizilbundanın  və  bəzi  başqa  yerlərin 

əhalisinin  əsas  peşəsi  maldarlıq  idi.  Lakin  burada,  əlbəttə,  əkinçilik  və  sənətkarlıqla 

da məşğul olurdular. 

Elə vilayətlər də vardı ki, Aşşur mənbələri o vilayətlərdən qarət edilmiş əmlakı 

sadalayanda  əkinçilik  məhsullarının  və  sənətkarlıq  məmulatının  adını  bircə  dəfə  də 

çəkmirlər. Belə vilayətlərdən biri, məsələn, Mes[s]idir. İstilaçıların yazılarında burada 




156 

 

"saysız-hesabsız"  qaramal,  davar,  qatır,  ikihürgüclü  dəvə  və  at  ələ  keçirildiyi 



haqqında tez-tez məlumat verilir. 

Aşşur  kitabələrinə  görə,  yuxarıda  xatırladılan  inkişaf  etmiş  əkinçilik 

vilayətlərində  yalnız  kənd  təsərrüfatı  məhsulları  deyil,  metallar  və  sənətkarlıq 

məmulatı  da  ələ  keçirilir  və  bac  şəklində  alınırdı.  Kitabələr  yalnız  bərəkətli  zəmilər, 

kanallar,  taxıl  və  şərab  anbarları,  küləş,  at  ilxıları,  qaramal  və  davar  haqqında  yox, 

qızıl, gümüş, mis, bu metallardan hazırlanan məmulat, müxtəlif parça və i.a. haqqında 

da məlumat verir. 

Metallurgiya  və  metalişləmə,  dulusçuluq,  daşişləmə,  sümükişləmə,  əyiricilik 

və toxuculuq geniş surətdə inkişaf etmişdi. 

Diyarın qədim metallurgiyasının öz filiz mənbəyi vardı. Biz mis, dəmir, qızıl, 

qurğuşun və gümüş yataqlarının istismar edildiyini qəti söyləyə bilərik. 

Əsasən  dulus  çarxında  hazırlanan  bir  çox  keramika  məmulatı  sənətkarların 

böyük  məharətindən  xəbər  verir;  regionun  müxtəlif  yerlərində  dulus  sobaları 

aşkarlanmışdır. 

Qəbirlərdən  daşdan,  gipsdən,  qızıldan  düzəldilmiş  çoxlu  möhür  (bir  parasının 

üzərində mixi yazı işarələri qalmışdır), xeyli bər-bəzək, bilərzik, üzük, muncuq, sırğa, 

asmalar və s. tapılmışdır. Çoxlu sənət inciləri - qızıl camlar, müxtəlif ritonlar, situlalar 

və  başqa  şeylər  aşkara  çıxarılmışdır.  Bir  çox  sənət  inciləri  müxtəlif  zərgərlik, 

dulusçuluq  mərkəzlərindən  bəhs  etməyə  imkan  verir.  Mühüm  bir  cəhət  ondan 

ibarətdir ki, qazıntı zamanı Həsənlidə sənətkar emalatxanaları, xüsusən "sənətkar evi" 

tapılmışdır. Bütün bunlar, şübhəsiz, əhalinin yüksək sənətkarlığa və zəngin incəsənətə 

malik olduğunu sübut edir. 

Zəngin  xammal  ehtiyatları,  böyük  kənd  təsərrüfatı  potensialı,  inkişaf  etmiş 

sənətkarlıq, incəsənət və bir çox başqa nailiyyətlər region vilayətlərinin yalnız bir-biri 

ilə  deyil,  həm  də  uzaq  ölkələrlə  ticarətinin  inkişafına  kömək  edirdi.  Hələ  lap  qədim 

vaxtlardan  Azərbaycanın  vilayətlərindən  bu  diyarı  Qərb  və  Şərq,  Şimal  və  Cənub 

ölkələri ilə birləşdirən beynəlxalq ticarət yolları keçirdi. 


Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin