KĠMMER VƏ SKĠF (ġKUDA) TAYFALARININ
AZƏRBAYCAN VƏ ÖN ASĠYA ƏRAZĠSĠNƏ
BASQINLARI. MĠDĠYA (MADA) VƏ SKĠF
ÇARLIQLARININ YARANMASI
Kimmerlərin və skiflərin Cənubi Qafqaz vilayətlərinə soxulması. E.ə. I
minilliyin ilk əsrlərində Qafqaz bərzəxinin demək olar ki, hər yerinə səyyar atçı-atlı
tayfalar yayılmışdı; onların təşəkkül tapmış məişət xüsusiyyətləri, yeni növ silahları,
at ləvazimatı və yalnız özlərinə xas olan dəfn adətləri vardı. Arxeoloji materiallarla
təsdiq edilən yazılı qaynaqlar bu tayfaları inamla skiflər (şkuda) hesab etməyə imkan
verir. Cənuba yayılan kimmerlər də hələ skiflərdən əvvəl Qafqazın bəzi rayonlarında
olmuşdular.
Kimmerlər e.ə. II minilliyin sonunda - I minilliyin əvvəlində Qara dənizin
şimalsahili vilayətlərində yaşamış çoxsaylı tayfalardır. Şərq ədəbiyyatında kimmerlər
haqqında ən qədim məlumatlardan biri, görünür, daha ilkin qaynağa əsaslanan
Bibliyanın "Varlıq" kitabının X fəslində verilmişdir. "Xalqlar lövhəsi" adlanan bu
qaynaqda həmin tayfalar Gmr (qamer) adlandırılır ki, bu da, güman edildiyinə görə,
Aşşur mətnlərinin gi-mir-ra-i sözünə və antik yazıçıların kımmepıoı sözünə uyğundur.
Bibliya müəlliflərinə görə, kimmerlər haradasa şimalda yaşamışlar.
"Odisseya"nın müəllifi də onları uzaq şimalda "Mavi okean"ın hüdudları
yaxınlığında yerləşdirir. Ola bilsin ki, "İliada"nın epizodlarından birində də
kimmerlər nəzərdə tutulur.
Arxeoloji materiallar göstərir ki, məhz kimmer-skif yürüşlərinin qızğın
dövründə Cənub-Şərqi Qafqazın ayrı-ayrı rayonlarında, məsələn, Mingəçevirdə
kənardan yeni etnik ünsür gəldiyini sübut edən eyni qəbir abidələri və dəfn adətləri
peyda olur.
Mingəçevirdə aşkara çıxarılmış üzük-möhürlərin üzərindəki təsvirlər də sübut
edir ki, torpaq qəbirlərdə dəfn edilmiş fərdlər sak
2
- skiflərdir. Üzük-möhürlərdən
birinin üzərində başında şiş papaq və əynində səciyyəvi sak geyimi olan sak-
tiqraxauda təsvir edilmişdir.
Kişi qəbirlərinin hamısından skif tipli ox ucluqları deyilən onlarca ox ucluğu
tapılmışdır. Qəbirlərdə tez-tez skiflərə məxsus tipik əyri bıçaqlara və bülöv daşlarına,
habelə skif tipli qılınclara və nizə ucluqlarına rast gəlinir. Ucları ağzını açmış yırtıcı
heyvanların başı şəklində olan bilərziklər və tunc güzgülər də tapılmışdır.
2
Skiflərə qohum tayfa birləşmələridir.
180
Hələ Strabon "sakların kimmerlər və trerlər kimi basqınlar etmələrindən" bəhs
edərkən yazırdı ki, tutduqları vilayətə "onlar (yəni saklar - məsul red.) öz adlarına
uyğun olaraq Sakasena adı qoymuşlar". Antik coğrafiyaçının məlumatı, şübhəsiz,
kimmer-skiflərin böyük Ön Asiya yürüşləri dövrünə, Kür çayından cənubda, indiki
Gəncə-Qazax rayonunun yerində olmuş vilayətə aid edilməlidir.
Sakesinlər Herodotun e.ə. VI əsrə aid məxəzində, görünür, ortokoribantlar adı
ilə məlum imişlər; parikanlar (Manna çarlığının sakinləri - ?) ilə birlikdə onlar Mada
satraplığının tərkibinə daxil imişlər və yəqin ki, Azərbaycan ərazisində yaşayırdılar.
Lakin sakların adına e.ə. VII əsrin ortalarına aid mətndə təsadüf edilir; burada onların
adı "Saklar ölkəsinin və Qutnumun çarı" adlandırılmış kimmer başçısı Tuqdammi ilə
əlaqədar olaraq çəkilir. Adı Qutiumla (Manna ilə - ?) bir sırada çəkilən bu sakların
yaşayış yeri ancaq Mannanın yaxınlığındakı vilayətlər sayılmalıdır.
Şübhə yoxdur ki, e.ə. VII əsrin sakları e.ə. VI-V əsrlərin ortokoribantlarının və
e.ə. IV-I əsrlərin sakasenlərinin özüdür və qaynaqlara görə onlar daha məhdud bir
ərazidə - Sakasenada (erməni müəlliflərinə görə Şakaşen) yaşamışlar. Kür çayı
sahilində şimaldan Sakasenaya bir vilayət bitişik idi və adından - Kambisenadan
göründüyü kimi, orada Şərqi İran tayfası olan kambuciyalıların bil hissəsi yaşayırdı.
Ola bilsin ki, saklar və kambuciyalılar Cənubi Qafqaza eyni bir vaxtda gəlib
çıxmışlar.
Deməli, hələ e.ə. VII əsrdə (bəlkə də VIII əsrdə) "skif" tayfalarından biri,
Zakaspinin sak əhalisinin-sak-tiqraxaudaların (şişpapaq sakların) müəyyən qrupları,
digər skif tayfaları ilə birlikdə Cənub-Şərqi Qafqaza və Canubi Azərbaycan
vilayətlərinə soxulmuşlar. Onlar Qafqazın onomastikasında da iz qoymuşlar. Bu izlər
ən əvvəl "Sakasena" (Şakaşen), "Şəki", "Kambisena" adları və digər adlardır.
Dostları ilə paylaş: |