TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə


Kimmerlər  və  skiflər  Ön  Asiyada.  Manna  və  kimmer-skiflər



Yüklə 6,36 Mb.
Pdf görüntüsü
səhifə67/157
tarix30.12.2021
ölçüsü6,36 Mb.
#22177
1   ...   63   64   65   66   67   68   69   70   ...   157
Kimmerlər  və  skiflər  Ön  Asiyada.  Manna  və  kimmer-skiflər.  E.  ə.  VIII 

əsrin  sonunda,  Herodotun  məlumatına  görə,  skiflər  tərəfindən  sıxışdırılan  köçəri 

kimmerlərin  sayagəlməz  ordaları  Ön  Asiyaya  soxulmuşlar.  Kimmerlər  hələ  Cənubi 

Qafqaz  torpaqlarında  urartulularla  toqquşaraq  iki  böyük  axına  bölünmüşlər.  Birinci 

axın  cənub-qərbə,  Kappadokiyaya  yönəlmiş,  ikinci  axın  isə  cənuba,  Manna 

vilayətlərinə və Madanın şimal-qərb hissəsinə üz tutmuşdu. 

Bu zaman Ön Asiya ölkələri iki düşmən cəbhədən: Aşşur dövlətindən və Aşşur 

qəsbkarlığına qarşı mübarizə aparan ölkələrdən ibarət idi. 

Aşşurun düşmənləri ilə ittifaq bağlayan kimmerlər özləri işğalçılıq məqsədləri 

güdsələr  də,  obyektiv  olaraq  təcavüzkar  dövlətlə  mübarizə  aparırdılar.  Kimmerlərin 

talanlarına Kiçik Asiya ölkələri xüsusilə çox məruz qalırdılar. Doğrudur, madalılarla 

onların arasında başqa cür münasibətlər yaranmışdı. Aşşur qaynaqlarından məlumdur 

ki, kimmerlər Aşşura qarşı mübarizədə madalılarla əlbir idilər. Tezliklə mannalılar və 

qismən skiflər də bu koalisiyaya qoşuldular. 




181 

 

Mannalılarla  ittifaq  bağlamış  skiflər  artıq  e.ə.  VII  əsrin  70-ci  illərində 



aşşurlularla  fəal  mübarizə  aparırdılar.  Bu  hadisələr  güclü  üsyana  çevrilən  Mada 

hadisələri  ilə  bir  vaxta  düşdü.  Üsyan  nəticəsində  aşşurlular  Mada  vilayətlərindən 

tamamilə qovuldular və burada Mada çarlığı meydana gəldi. 

E.ə.  VIII  əsrin  lap  sonu,  iki  iri  və  köhnə  rəqibin  -  Aşşur  ilə  Urartunun  ağır 

mübarizə  apardıqları  dövr  Manna  çarlığının  güclənmə  dövrü  idi.  Uzun  müddət 

mannalıları  sıxışdıran  Urartunun  darmadağın  edilməsi,  şübhəsiz,  Mannanın 

vəziyyətinə  müsbət  təsir  göstərdi.  Çox  keçmədən  Manna  o  qədər  genişləndi  və 

möhkəməndi ki, hətta Aşşur üçün təhlükəyə çevrildi. 

Kimmerlərin adı Manna ilə əlaqədar olaraq e.ə. VIII əsrin son rübündə və e.ə. 

VII əsrin ilk onilliklərində çəkilmişdir. 

Kimmerlərdən  bir  qədər  sonra  e.ə.  VII  əsrin  70-ci  illərində  Manna  ərazisində 

skiflərin-iskuzai,  askuzai  olması  sübut  edilmişdir.  Bəzi  mətnlərdə  skiflər  Mannalılar 

ölkəsinin  sakinləri  adlandırılır.  Müəyyən  etmək  çətindir  ki,  hansı  skiflər  nəzərdə 

tutulur: Manna çarının Aşşur ilə mübarizədə istifadə etdiyi muzdlu qoşunlarımı, yoxsa 

bu  köçərilərin  hansısa  başqa  qrupları?  Bəlkə  skiflərlə  mannalılar  arasında  sadəcə 

müttəfiqlik münasibətləri olmuşdur. Məlumdur ki, e.ə. VII əsrin 70-ci illərində İşpaka 

başda olmaqla skiflər Manna ilə müttəfiq idilər. 

E.ə.  VII  əsrin  80-ci  illərində  kimmer-skif  orduları  Aşşur  dövlətinin 

sərhədlərinə gəlib çatdığı zaman onun vəziyyəti çox ağır idi. Sinaxxeribin (703-681) 

Mannaya  yürüşü  tam  qələbə  ilə  nəticələnməmişdi.  Aşşur  hökmdarı  əsirlər  tutmaqla 

kifayətlənməli olmuşdu. Sinaxxeribin öldürülməsi, bunun ardınca daxili mübarizənin 

başlanması  və  kimmerlərin  həmin  hadisələrdən  istifadə  edib  Aşşur  vilayətlərinə 

soxulması nəticəsində vəziyyət daha da mürəkkəbləşmişdi. 

Aşşur dövləti üçün çox çətin olan belə bir vaxtda mannalılar skiflərlə ittifaqda 

Neynəva  hökmdarlarına  məxsus  torpaqları  işğal  edirdilər.  Bu  hadisələrdə,  görünür, 

kimmerlər də müəyyən rol  oynamışdılar. Artıq, kifayət qədər qüdrətli bir dövlət olan 

Mannanı bu zaman Belxabu idarə edirdi. 

Mannalıların  hücum  əməliyyatlarının  güclənməsi  Asarxaddonun  Mannaya 

qarşı  yürüşə  çıxmasına  səbəb  oldu.  Asarxaddon  məlumat  verir  ki,  "Mannalılar 

ölkəsinin  vilayətində"  sakin  olmuş  skiflər  Manna  çarı  Ahşeriyə  kömək  edirdilər. 

Neynəva  hökmdarı  müttəfiqlər  üzərində  qələbələri  ilə  öyünsə  də  bu  əməliyyat, 

görünür,  uğursuz  olmuşdu.  Asarxaddon  orakuldan  tez-tez  xəbər  alır  ki,  bac-xərac 

toplayanlar  madalılar  ölkəsinə  gedəndə  mannalılar  onlara  basqın  edəcəklərmi? 

Mannalılar bəzi  qalaları  ələ  keçirmişdilər və  həmin qalaları aşşurlular ancaq bir çox 

illərdən sonra geri ala bildilər. Beləliklə, bu hadisələr nəticəsində, görünür, e.ə. 674-

cü  ilə  yaxın  Aşşur  dövləti  Mannanı  bac-xərac  verən  bir  ölkə  kimi,  müttəfiq  kimi 

itirmiş oldu. Həmin  itki  Aşşur ordusunun atla  təmin edilməsinə  xüsusilə  mənfi təsir 



182 

 

göstərirdi  ki,  bu  da  Mada  vilayətlərində  soyğunçuluğun  şiddətlənməsinə  gətirib 



çıxartdı və madalıların hamılıqla çıxış etməsi üçün bəlkə də bir təkan oldu. 

Lakin  Mannanın  çiçəklənməsi  uzun  sürmədi.  E.ə.  660-cı  ilə  yaxın  aşşurlular 

mannalıları ağır məğlubiyyətə uğratdılar. Mannanın bir çox qalaları və hətta çarlığın 

paytaxtı  İzirtu  da  işğal  edildi;  bundan  əvvəl  çar  Ahşeri  paytaxtı  tərk  edib  öz  "ümid 

yeri  olan  şəhərə"-Atranuya  qaçmışdı.    Aşşurlular  yol  üstündə  qarşılarına  çıxan  hər 

şeyi dağıdıb yandıraraq bol qənimət ələ keçirdilər. Bu müharibə Mannadakı onsuz da 

gərgin  vəziyyəti  daha  da  kəskinləşdirdi.  Ölkədə  üsyan  qalxdı  və  o,  Ahşerinin  həlak 

olması ilə nəticələndi. 

Atası  Ahşerinin  yerinə  taxta  əyləşən  Ualli  Aşşur  tərəfinə  keçdi  və  Neynəva 

hökmdarının  vassalı  oldu.  O,  Neynəva  hökmdarının  tələbi  ilə  aşşurlulara  bac-xərac 

borcunu ödədi-aşşurlulara üstəlik 30 at verildi. Ualli öz oğlu Erisinini əmanət (girov), 

qızını  isə  kəniz  kimi  çara  göndərdi.  Bunun  müqabilində  Aşşurbanipal  Mannaya  öz 

sülh elçisini yollayır. Sonralar da Mannalılar Aşşura sadiq qalıb, aşşurlularla birlikdə 

madalılara qarşı çıxış edirdilər. 




Yüklə 6,36 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin