Mada (Midiya) çarlığının yaranması. Madalılar (midiyalılar) tarix səhnəsinə
e.ə. I minilliyin əvvəlində çıxmışlar. Onların adları Aşşur salnaməsində ilk dəfə IX
əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (860-825) onların ölkəsini Amädai
adlandırır. Sonralar Matäi və Matäi formalarına rast gəlinir ki, bu da həm "madalılar",
həm də "Mada" deməkdir. Aşşur hərbi ədəbiyyatından məlum olan bu formaların
hamısı Mada sözləri olan mad`a, mada ("madalılar", "Mada") sözləri ilə mənşəcə
bağlıdır. "Madalılar" və "Mada" adlarının sonrakı formalarının hamısı - həm Şərq,
həm də Avropa formaları öz mənşəyini bu etnoxoronimdən götürür; ərəblərdə təsadüf
edilən "mah", ermənicə "mar", orta fars sözü "may" da bu qəbildəndir.
Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə
yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Xurvindən, Marlikdən, Sialkdan, Mada tayfa
ittifaqının yaşadığı digər ərazilərdə və ya sərhəd rayonlarda olan başqa yerlərdən əldə
edilmiş arxeoloji materiallar region sakinlərinin təsərrüfat və mədəni inkifının
nisbətən yüksək səviyyəyə çatmasından xəbər verir. Onlar maldarlıq, əkinçilik və
müxtəlif sənətlərlə məşğul olurdular.
Herodota görə, madalılar kənd-kənd (
K
ara
K
wmas) yaşayırdılar. Bu "kəndlər"
äläni sehrüti-dən (kiçik məskənlərdən) başqa bir şey deyildi; Aşşur məlumatlarına
görə, gələcək Madanın ərazisində kiçik məskən çox idi. Yenə də həmin məlumatlara
görə, bu məskənlərin başında bel äli - məskən başçıları dururdu; onların hakimiyyəti,
şübhəsiz, qəbilə (icma) başçısı hökmranlığından doğurdu.
Aşşur qaynaqları və antik müəlliflərdən tarixi ənənə olaraq gələn natamam
məlumatlarla yanaşı, Avesta da e.ə. I minilliyin başlanğıcındakı Mada cəmiyyəti
haqqında müəyyən təsəvvür yaradır.
183
Herodotun topladığı rəvayətlərdə Mada dövlətinin əsasının qoyulması, guya
e.ə. 700-cü ildən 647-ci ilədək Madanı idarə etmiş Deyok deyilən birisinin adı ilə
əlaqələndirilir. Bu Deyoku Manna canişinlərindən biri olan və II Sarqon tərəfindən
adı çəkilən Dayaukku ilə eyniləşdirmək (necə ki, əvvəllər eyniləşdirirdilər) əsla
düzgün deyildir. Mərkəzləşdirilmiş Mada dövləti haqqında Herodotun göstərdiyi
dövrdə heç söhbət də ola bilməzdi. Çünki Aşşur qaynaqlarına görə, nəinki Herodotun
dediyi Deyokun hökmranlığının ilk çağlarında (e.ə. 700-cü ildən), hətta bir neçə
onillik keçəndən sonra da Mada əslində belə bir dövlət deyildi.
Herodotun dediyi Deyokun guya yaşadığı və vahid Mada dövlətini idarə etdiyi
dövr həqiqətdə qüdrətli Aşşur çarı Sinaxxeribin (705-680-ci illər) hökmranlığı
dövrünə təsadüf edir; bu zaman madalıların ərazisində ancaq bir neçə adda-budda
birləşmə var idi.
Bununla birlikdə Mada dövlətinin təşəkkül dövrü Herodotun dediyi Deyokun
hökmranlıq vaxtını da müəyyən dərəcədə əhatə edir.
Hadisələrlə bir vaxtda yazılmış Aşşur qaynaqları müstəqil Mada çarlığının
meydana gəldiyi dövrü ardıcıl işıqlandırır.
O zamankı Aşşur dövləti nəinki xırda, həm də iri siyasi vahidlərin ən təhlükəli
düşməni, yeni yaranan gənc dövlətlərin inkişafı yolunda maneə, onları daim vahimədə
saxlayan bir qüvvə idi.
Lakin çox keçmədən gənc dövlətlər Aşşur dövləti ilə qəti mübarizəyə
qalxırlar.
Mannalılar və madalılar ilə ittifaq bağlayan kimmer-skif ordaları Ön Asiyada
meydana atıldıqdan sonra bir-birinə düşmən qüvvələrin - Aşşur dövləti ilə
əleyhdarlarının qüvvələr nisbəti xeyli dəyişildi.
Mada "ölkələrinin" çoxəsrlik daxili inkişafı, ayrı-ayrı ittifaqlar və onların
intensiv surətdə artması - bunların hamısı özlərinə köçərilərdən ibarət müttəfiqlər
tapmış madalıların koalisiyasının təşəkkülü üçün zəmin hazırlayırdı.
Bu arada Mada vilayətlərində vəziyyət getdikcə mürəkkəbləşirdi. Həm
aşşurlulara qarşı, həm də onlara meyil göstərən yerli hökmdarlara qarşı get-gedə daha
tez-tez üsyanlar qalxırdı. Artıq Asarxaddonun vaxtında aşşurlular Mada rayonlarından
daha bac toplaya bilmirdilər; madalılar çox vaxt öz qarətçilərini "qarət" edirdilər.
E.ə. VII əsrin 70-ci illərində Madada Bit-Kari əyalətindəki Kar-Kaşşi qalasının
qəsəbə başçısı Kaştaritinin rəhbərliyi ilə güclü xalq hərəkatı başlandı. Mənbələrin
birində deyildiyi kimi, Kaştariti Aşşurun Mada əyalətində (hələ II Sarqon zamanında
Madadan ayrılmış əyalətdə) qəsəbə başçısı olan Mammitiarşuya məktub yazıb
"aşşurlulara qarşı birləşməyi..." təklif etmişdi. Sonralar koalisiyaya Saparda
əyalətində "qəsəbə başçısı" olan Dussani də qoşulmuşdu.
Mada vilayətlərində üsyanın başlanmasına yaxın skiflər artıq madalıların
müttəfiqləri kimi fəaliyyət göstərir, Aşşur dəstələrinə tez-tez basqınlar edirdilər. Az
184
sonra mannalılar (skiflərin bir hissəsi onlarla ittifaqda idi), habelə kimmerlər
üsyançıların köməyinə gəldilər.
Kaştaritinin yaratdığı hərbi ittifaqın mərkəzini müasir Həmədan zonası ilə
eyniləşdirmək olar. Bit-Kari əyaləti məhz burada yerləşirdi. Əyalətin mərkəzi Kar-
Kaşşi qalası idi ki, bu da tərcümədə "Kassilər koloniyası" deməkdir. Qəsəbənin bir adı
da "Babillilər qalası" idi. Burada kassit və Babil təsiri güclü idi, Babil allahlarına
sitayiş yayılmışdı. Meydana gəlmiş Mada çarlığının mərkəzi, Herodotun məlumatına
görə, bu rayonda yerləşirdi. Elə burada qədim toplanış yerində Madanın paytaxtı
Ha
n
gmatana (yunanca: Akbatana və ya Ekbatana) salınmışdı ki, bu da qədim İran
sözü olub, "yığıncaq yeri" deməkdir. Kaştariti adının özü (Xsatrita) İran sözüdür,
"ixtiyar sahibi", "hökmlü" deməkdir.
Madalılar, skiflər, kimmerilər və mannalılar koalisiyasının mövcud olması
müttəfiqlərə bir neçə cəbhədə vuruşmaq imkanı verdi. Üsyançı dəstələri artıq Aşşur
sərhədlərinə yaxınlaşmaqda idilər. Onlar qalaları bir-birinin ardınca mühasirəyə alır
və allahın orakuluna verilən sorğulardan göründüyü kimi, Neynəva hökmdarını
qorxuya salırdılar. Ola bilsin ki, Elam və Urartu da müttəfiqlərə körnək etməyə hazır
idilər.
Düşmənlərin hərbi cəhətdən üstün olduğunu başa düşən Aşşur çarı yaxınlaşan
fəlakətin qarşısını hiylə diplomatiyasının köməyi ilə almağa cəhd edir; koalisiya
başçılarının hər birinin hüzuruna qasidlər göndərilir.
Qələbə çalacağına əmin olan Kaştariti Aşşur ilə danışıqlar aparmaqdan boyun
qaçırdı. Lakin Asarxaddonun fitnə-fəsadları müttəfiqlər cəbhəsində təfriqəyə səbəb
oldu. Partatua başda olmaqla skiflərin bir hissəsi Aşşunın tərəfinə keçdi. Aşşuru labüd
məhvdən məhz bu xilas etdi.
Aşşur çarı "məkrli düşməni ayağımın altına salıb tapdaladım" - deyə öyünürsə
də, əsil vəziyyət tamam başqa idi.
Aşşurlularla skiflərin Kaştaritini birlikdə məğlub edib-etmədiyindən asılı
olmayaraq, VII əsrin 70-ci illərindəki üsyandan sonra bu ərazidə müstəqil Mada
çarlığı meydana gəlir; aşşurlular daha Madadakı satraplıqlarının adını çəkmirlər.
Bu hadisələrdən sonra qaynaqlar öz varlığının lap əvvəlindən çox təcavüzkar
siyasət yeridən Mada çarlığı haqqında məlumat verir.
E.ə. VII əsrin 20-ci illərindən Madanın qarşısında yeni dövr - böyük istila
müharibələri dövrü açılır. Mada və madalılar tezliklə Ön Asiyanın tarixində çox
böyük rol oynamalı oldular.
Dostları ilə paylaş: |