Qazax rayonunun Sarıtəpə yaşayış yerində aparılan qazıntılar Azərbaycan
əhalisinin əkinçilik təsərrüfatına və məişətinə aid müxtəlif materiallar verdi. Burada
126
əldə edilən taxıl qalıqları içərisində çoxcərgəli yabanı və mədəni arpa, həm də yumşaq
və bərk buğda var.
Sarıtəpənin bəzi tikintilərində yalnız təsərrüfat küpləri yerləşirdi. Onlardan
birində 15 belə küp var idi. Yəqin ki, bu tikintilər taxıl anbarı olmuşdur. Abidələrdə
təsadüf edilən vəllər əkinçilik mədəniyyətinin yüksək inkişafını əks etdirir. Xanlar
yaxınlığında 2 nömrəli kurqandan tapılan vəl Azərbaycan kəndlərində yaxın illərə
qədər işlənən vəllərdən heç bir cəhətdən fərqlənmir.
Sarıtəpədə küplər həm də çaxır saxlamaq üçün istifadə olunurdu. Bir neçə
küpdə, bəzən çəkisi 5 kq-a qədər daşlaşmış çaxır qalıqları tapılmışdır. Küplərin
birinin hündürlüyü 2,05 m idi. Çaxır küplərinin boğazları dar olduğu halda, taxıl
küpləri geniş ağızlı hazırlanırdı. Burada gildən küp qapaqları da tapılmışdır.
Sarıtəpə yaşayış yeri məbədində bir çölməkdə yanğından kömürləşmiş
salxımın tapılması üzümçülüyün inkişafını sübuta yetirir. Sarıtəpə üzümü mədəni
cinsə aid olub, iri gilələri vardır. Belə üzümün çəyirdəyi və şaftalı çəyirdəyi Xanlar
yaşayış yerindən məlumdur. Əkin sahəsi kiçik su arxları vasitəsi ilə suvarılırdı.
Torpağın şumlanması heyvan qoşulmuş xışla aparılırdı.
İri və xırdabuynuzlu heyvanların, donuz və at sümüklərinin tapılması müxtəlif
ev heyvanlarının saxlanmasını göstərir. Bəzi qab-qacaq süd məhsullarının
hazırlanmasında istifadə olunurdu. Nehrə, aşsüzən və s. belə qablardandır.
Yarımoturaq həyat tərzi keçirən əhalidə maldarlıq həlledici rol oynamışdır. Yüksək
alp çəmənlərindəki siklopik qalaçalar əhalinin bu qisminə mənsub idi. Onlar yay
yaxınlaşanda qış düşərgələrindən oraya qalxırdılar.
Atın minikdə istifadə olunması yaylağa və qışlağa köçməni xeyli asanlaşdırır.
At skeletinə əsləhəsi ilə birlikdə dəfn abidələrində dəfələrlə rast gəlinmişdir. 1
nömrəli Xanlar kurqanının zəngin qəbrində üç at skeleti, Tərtər rayonunda Borsunlu
kəndində qəbilə başçısına mənsub kurqan qəbrində səkkiz, Ağdam rayonunda
Sarıçoban kurqanında 16 at skeleti var idi.
Son tunc dövründə sal təkərli arabalardan geniş istifadə olunurdu. Belə
təkərlərin gildən hazırlanmış modellərinə arxeoloji abidələrdə tez-tez rast gəlinir.
Mingəçevirdə diskşəkilli təkərlərin gildən hazırlanmış modellərinə də arxeoloji
abidələrdə rast gəlmək mümkündür. Mingəçevirdə diskşəkilli təkərləri olan konusvari
və yaxud pətəkvari arabaların gildən hazırlanmış modelləri tapılmışdır. Bu modellər
maldarların dağlara köçmə dövründə arabalarda düzəltdikləri evləri təqlid edir.
Arxeoloji materiallar sübut edir ki, e.ə. II minilliyin ikinci yarısında dəndəli
təkəri olan arabalardan istifadə olunurdu. Sarıtəpə yaşayış yerindən əldə edilmiş gil
qablar üzərində altı və ya səkkiz dəndəli təkərlərin təsviri vardır. Yəqin ki, son tunc
dövründə Simali Azərbaycanda hərbi məqsədlə işlədilən arabalar da olmuşdur. Bunu
Xaçbulaqda e.ə. I minilliyin başlanğıcına aid qəbirdən əldə edilmiş tunc kəmər
127
üzərində içərisində döyüşçü oturmuş dəndəli təkərli ikiatlı araba təsviri aydın sübut
edir.
Son tunc və ilk dəmir dövründə yerli əhalinin naxırında yeni heyvana - dəvəyə
təsadüf olunur. Füzuli şəhəri yaxınlığında zəngin Qarabulaq kurqanında iki dəvə
skeleti var idi. Qəbirdəki bəzək əşyalarının bir hissəsinin dəvəyə aid olması dəvədən
nəqliyyatda və minik heyvanı kimi də istifadə edildiyini göstərir. Yay vaxtları bütün
sürü ilə birlikdə dəvə də dağ otlaqlarına aparılırdı. Xaçbulaq yaylağında Daşlıtəpə
siklop qalasının mədəni təbəqəsindən tapılmış dəvə sümükləri bunu sübut edir.
Beləliklə, qədim Azərbaycan əhalisinə məxsus sürüdə bütün ev heyvanları
növlərinin olduğu müəyyən edilmişdir. Bu dövrdə də hələ tunc dövrünün ilkin
mərhələlərində meydana gələn yarımköçəri maldarlıq qəti şəkildə formalaşır.
Dostları ilə paylaş: