Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə39/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   35   36   37   38   39   40   41   42   ...   147
ÜÇÜNCÜ FƏSIL

 

 

Eyvanı, aşağı  tərəflərdə görünən binaların damını, həyətdəki ağacların 



budaqlarını qar bürümüşdü və o qarın ağlığı gecə vaxtı pəncərələrdən düşən, həyətdə 

yanan işığın altında, nəsə, bir arxayınçılıqdan xəbər verirdi; düzdü, möhkəm qar 

yağırdı, külək bərkimişdi, amma elə bil ki, hər tərəfi bürümüş o qarın ağlığında heç 

bir pis iş ola bilməzdi. 

Bütün bunlar belə idi, o soyuq havanın təmizliyi Züleyxanın içinə bir təzəlik 

hissi gətirirdi, o qar ağlığında nəsə bir sevinc, bir nikbinlik var idi, amma bütün 

bunlarla bərabər, Züleyxanın ürəyində yüngül bir nigarançılıq baş qaldırmışdı: 

Əlipaşa iki saatdan artıq idi ki, evdən çıxmışdı, hesabla rəngli televizoru çoxdan 

gətirməli idilər, indi dükanlar da daha bağlanmışdı. Gülzar da, Süsən də, məktəbdən 

qayıdıb gəlmiş Sona da, Suğra da dəqiqədə bir: – «Bu papa harda qaldı e, belə?..» – 

deyə-deyə  rəngli televizoru gözləyirdi və Züleyxa tez-tez başına  şal salıb, həyət 

eyvanına çıxıb aşağı boylanırdı ki, görsün Əlipaşagil gəldilər, yoxsa yox? 

Yəqin ki, nəsə texniki bir iş meydana çıxmışdı, televizorun başqasını 

yoxlayırdılar, ya da bəlkə Əlipaşa bu havada maşın tapa bilmirdi, ya bəlkə... bəlkə 

maşına, fəhləyə pul çatmırdı? Gərək o onluğu da Əlipaşaya verəydi, lazım olardı – 

xərcləyərdi, lazım olmazdı, – onsuz da, Əlipaşa qaytarıb verəcəkdi... 




 

243


Züleyxa bir ildən artıq idi ki, yığdığı pulun məbləği artdıqca hərdənbir gedib o 

dükana dəyirdi (dükan evlərindən çox da uzaq deyildi, trolleybusla iki dayanacaq 

yol idi), alacaqları rəngli televizora baxırdı və o televizorun qiyməti düz 784 manat 

idi,  Əlipaşaya 810 manat vermək istəyirdi, amma sonra hesablayıb gördü ki, 800 

manat da kifayət eləyər, fəhləyə, maşına 16 manat bəsdir, 10 manatı redikülünə 

qoydu,  Əlipaşaya 800 manat verdi və indi fikirləşdi ki, gərək 10 manatı 

götürməyəydi. 

Amma bir iş var idi ki, Əlipaşa nədən ötrüsə geciksəydi də, evə zəng eləyərdi, 

çünki bu iki ildə ki, evlərinə telefon çəkmişdilər,  Əlipaşa işə çatanda da, işdən 

çıxanda da evə zəng eləyirdi, hal-əhval tuturdu, soruşurdu ki, bir şey lazımdı, yoxsa 

yox və indi də,  əlbəttə, zəng eləyərdi; niyə  zəng eləmirdi? Züleyxa başa düşə 

bilmirdi... 

Elə bu vaxt telefon səsləndi və Züleyxa hövlnak dəstəyi götürdü, amma danışan 

Əlipaşa deyildi, Züleyxanın anası idi, soruşurdu ki, Əlipaşa gəlib çıxdı, yoxsa yox? 

Bu evə  yəni  Əlipaşagilə telefon çəkiləndən bəri Züleyxanın anası  qızıgildə keçən 

saatların da hamısından xəbərdar idi. 

Züleyxa dəstəyi yerə qoyub yenə də şalı çiyninə saldı və həyət eyvanına çıxdı, 

aşağı boylandı:  Əlipaşagildən xəbər-ətər yox idi, amma o gözəl qarlı hava 

təmizliyinə  nəsə başqa qoxular da qatışmışdı  və Züleyxa, istər-istəməz, qonşuları 

Mürsəlgilin eyvanına tərəf baxdı. 

Çox zaman mətbəxlərindəki fin soyuducusunda yer olmadığı üçün, xüsusən qış 

vaxtlarında Zeynəb «Sağlamlıq» restoranının bufetindən gətirdiyi azuqəni həyət 

eyvanındakı dolabda yerbəyer edirdi və bu zaman Züleyxa da öz eyvanlarında 

olanda iyindən bilirdi ki, Zeynəbin dolaba yığdığı yenə hisə tutulmuş osetrinadı, ya 

pendirdi, ya kolbasadı, ya da ki, başqa bir dadlı şeydi. Həmin qarlı cümə gününün 

gecəsi də Zeynəb bayaq ərinin iş yerindən gətirdiyi dolu zənbili boşaldıb eyvandakı 

dolaba yığırdı və həmin gecə Zeynəbə ən çox təsir edəni o idi ki, bir elə müddətdə 

restoranda  Əlipaşa onu görmədi, çıxanda xüsusi olaraq Əlipaşanın lap yanından 

ötdü, amma yenə  Əlipaşa onu görmədi; heç olmasa, görəydi, amma özünü 

görməzliyə vuraydı – o başqa məsələ idi. 

Zeynəb Züleyxa ilə salamlaşdı, sonra diqqətlə Züleyxaya baxdı və səriştəli bir 

gözlə özü ilə Züleyxanın bədəninin gözə çarpan üzvləri arasında bir-bir müqayisə 

apardı və üstünlüyü özünə verdi; düzdü, Züleyxanın döşü-başı, insafən, pis deyildi, 

amma Zeynəb üstünlüyü yüz faiz özünə verdi, bundan sonra, elə bil ki, bir balaca 

kefi duruldu, sınayıcı nəzərlərlə Züleyxanı bir də maraqla başdan-ayağacan süzüb: 

 – Xeyir ola, a qonşu? – soruşdu. – Nə  əcəb belə qarda-busatda balkona 

çıxmısan? 

Züleyxa Zeynəbin səsində  nəsə  təzə bir cəhət hiss etdi, amma bunun nə 

olduğunu fikirləşmək halında deyildi və: 

 – Heç... – deyib otağa girmək istədi. 

Zeynəb soruşdu: 

 – Əlipaşa müəllim gəldi? 

Züleyxa təəccüb içində dayanıb Zeynəbə baxdı: 

 – Hardan gəlməliydi ki? 

 – Necə hardan? Restorandan! 

 – Nə? 


Özünü həmişə ciddi aparan bu qonşu arvadın – Züleyxanın beləcə  təəccüb 

içində donub qalması Zeynəbi lap həvəsə gətirdi: 




 

244


 –  A-a-a...  Əlipaşa müəllim «Sağlamlıq» restoranında bir oynamaq oynayır ki, 

gəl görəsən! 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin