Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


Elçin: Anar çox düzgün dedi,bəlkə də bu xüsusi yerlərdən idarə olunur.  Müxbir



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə26/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   274
-Anar müəllim, dilimizin türk dili adlandırılması tərəfdarları demir ki, biz dilimizi 

dəyişib Türkiyə türkləri kimi danışaq. Axı söhbət dilin adından gedir, hələlik... 

-Yaxşı, mən razı. Dünən bir kitab almışam: Azərbaycanca-türkcə lüğət. Sabah o 

kitab  necə  adlanacaq?  Türkcə-türkcə  lüğət?  Kitab  çıxıb  -  «Azərbaycan  dili  tarixi». 

Sabah o adlanacaq «Türk dili tarixi». Onda mağazada oxucu deyəcək: 

-Mənə «Türk dili tarixi» kitabı verin. Satıcı soruşacaq: hansı «Türk dili tarixi»ni? 

Alıcı  cavab  verəcək  ki,  Azərbaycan  türkcəsi.  Bu  söz  yenə  də  meydana  çıxacaq. 

Universitetdə tələbə mühazirəyə gedir. Hansı mühazirəyə gedirsən? Türk dilinə, hansı 

türk dilinə? Azərbaycan türk dilinə, yoxsa türk türk dilinə? 

Deməli, hər dəfə biz izahat verməli olacağıq ki, söhbət hansı dildən gedir? Ona 

görə də gəlin dilin adını bünövrədən düz qoyaq ki, sonra camaat əziyyət çəkməsin. İndi 

qəribə bir arqument gətirirlər ki, ermənilər də bizə türk deyir. Ermənilər deyir, lap yaxşı, 

amma  fransızlar  azəri  türkləri  deyirlər,  ingilislər  azəri  türkləri  deyirlər,  türklər  azəri 

türkləri deyirlər. Niyə bizim ermənilərə belə məhəbbətimiz olmalıdır ki, onların sözünü 

əsas  götürək,  ancaq  fransızın,  ingilisin,  türkün  dediyini  yox?  Bu  məsələ  ilə  əlaqədar 




əlimin altında bir neçə kitab var. Bax bu, Məhərrəm Erkinin kitabıdır. «Dədə Qorqud» 

üzrə  Türkiyənin  ən  böyük  mütəxəssislərindən  biri,  dilçi  alim,  Azərbaycanşünasdır. 

İstanbulda kitabı çıxıb - adı «Azəri türkcəsi»dir. 

İndi başına and içib sitat gətirdiyimiz böyük liderimiz Məmməd Əmin Rəsulzadə. 

Ankarada  1950-ci  ildə  çıxan  kitabı  belə  adlanır:  «Çağdaş  Azərbaycan  ədəbiyyatı». 

Məhz Azərbaycan ədəbiyyatı! 

Əhməd  Cəfəroğlu.  Böyük  dilçimiz  olub,  gəncəlidir,  Türkiyədə  yaşayıb,  orada 

vəfat edib. 1953-cü ildə Ankarada çıxan kitabının adı «Azərbaycan dil və ədəbiyyatının 

dönüm nöqtələri». 

Nəhayət,  belə  bir  arqument  də  gətirirlər  ki,  güya  bizə  həmişə  yalnız  türk 

deyiblər,azərbaycanlı    yox.  Bu  fikir  də  düz  deyil.  1902-ci  ildə  Axund  Yusif 

Talıbzadənin  tərtib  etdiyi  dərslik  də  budur  əlimin  altındadır.«Polnaya  tatarskaya-

azerbaydcanskaya qrammatika».  Azərbaycan sözü burada da var. 

Soltan  Məcid  Qəniyevin  1904-cü  ildə  Bakıda  çıxan  kitabı  isə  belə  adlanır: 

«Polneyşiy samouçitel tatarskoqo yazıka Kafkazsko-azerbaydcanskoqo nareçiya». Yəni 

sözüm  odur  ki,  ruslar  «tatar»  deyiblər,  «Azerbaycan»  deyiblər,  amma  bizim  bütün 

alimlərin də, dilçilərin də istər Bakıda, istərsə də xaricdə çıxan yazılarında Azərbaycan 

sözü olub. 

Deyirlər ki, Azərbaycan sözünü Stalin gətirib. Ola bilər. Mən onunla razıyam ki, 

Stalin  bizi  Türkiyə  türklərindən  ayırmaq  üçün  bu  termini  ortaya  atıb.  Amma  axı 

Məmməd  Əmin  Rəsulzadə  «Azərbaycan  ədəbiyyatı»  deyəndə  ona  da  Stalin  təsir 

eləmirdi ki? Yaxud Məhərrəm Erkin «Azərbaycan türkcəsi» adlı kitab yazanda Stalinin 

qorxusundan  yazmırdı  ki?  Burada  bir  təbii  hal  var.  Azərbaycan  türkcəsi  ilə  Türkiyə 

türkcəsi iki qardaş dildir. Amma mən həmişə misal çəkirəm ki, Əhməd və Məmməd adlı 

iki qardaş nə qədər mehriban olsa da, onların hər ikisi nə Əhməd adlana bilməz, nə də 

Məmməd. 


-Anar  müəllim,  bütün  bunlarçox  yaxşı.  Amma  Siz  bu  sözləri  gərək  dil  haqqında 

qanun qəbul edilməzdən qabaq deyəydiniz... 

-Mən  elə  sözümü  ona  gətirirəm.  Yuxarıda  haqqında  danışdığım  komissiyanın 

iclasında təxminən indi sizə danışdığım adi həqiqətləri təkrarladım. Başqa danışanlar da 



oldu. Axırda 5 nəfər Azərbaycan türkcəsini müdafiə etdi, qalanları (təxminən 15 nəfər) 

Azəkbaycan  dilinin  saxlanması  fikrini  mudafiə  etdi.  Səsverməyə  gələndə  mən  təklif 

etdim ki, səsvermə olmasın, çünki başqa  auditoriyada mənzərə başqa cur ola bilər. Və 

belə  səsvermənin  qanuni  əsası  yoxdur.  Ona  görə  də  Rauf  İsmayılovdan(o  vaxt  Milli 

Məclisin  Mədəniyyət  komissiyasının  sədri-red.)  xahiş  etdim  Milli  Məclisə  məlumat 

versin  ki,  komissiyada  məsələ  müzakirə  edilərkən  iki  fikir  olub:  Azərbaycan  dili  və 

Azərbaycan  türkcəsi.  Qəribədir  ki,  həmin  iclasda  təkcə  türk  dili  deyən  bir  adam  da 

olmadı. Amma səhəri gün Milli Məclis dövlət dili kimi türk dilini qəbul etdi. Belə çıxır 

ki, mütəxəssisləri komissiyaya toplayıb fikirlərlini dinləyir və tamam başqa qərar qəbul 

edirlər.  Dil  hamının,  bütün  xalqındır.  Amma  birinci  növbədə  dil  yazıçıların, 

ədəbiyyatşünasların, ədəbiyyat müəllimlərinin, curnalistlərin alətidir. 

Millət  vəkillərinə  çox  böyük  hörmətim  var,  amma  dil  mütəxəssislərinin  fikrini 

dinləyib tərsinə hərəkət etməyi başa düşə bilmirəm. Bir dəfə mənə sual vermişdilər ki, 

indiki dövrü necə səciyyələndirərsiniz? Mən cavab verdim ki, ağız deyəni qulaq eşitmir. 

Bu  məsələdə  məhz  belə  vəziyyət  yaranıb.Çox  xahiş  edirəm  ki,  mənim  bu  fikirlərimi 

olduğu kimi oxuculara çatdırasınız. Çünki mən yazıçı kimi, ziyalı kimi Azərbaycan dili 

qarşısında  öz  məsuliyyətimi  hiss  edirəm.  Yazıçılar  Birliyinin  rəhbəri  kimi  isə  bu 

məsuliyyət  ikiqat  artır.  İstəmirəm  ki,  gələcək  nəsillər  məni  kənara  çəkilməkdə, 

susmaqda qınasın. 

Nə  cür  qanun,  nə  cür  qərar  qəbul  edilməsindən  asılı  olmayaraq  xalqımı  əmin 

etmək  istəyirəm  ki,  Azərbaycan  dili  var  və  yaşayacaq.  Azərbaycan  yazıçıları  da 

ömürlərinin  axırınadək  bu  dildə  yazacaqlar.  Çünki  bu  dilə  xəyanət  Cəlil 

Məmmədquluzadəyə xəyanət olardı. Axı o, bu problemi 80 il əvvəl «Anamın kitabında» 

qələmə  almışdı.Lakin  bütün  bunlarla  demək  istəmirəm  ki,  biz  türk  dili  ilə  yaxın 

olmamalıyıq. Bilirsiniz ki, mən vaxtilə «Qobustan» jurnalında işlədiyim dövrdən ta bu 

günə qədər türk dilindən yaxşı sözlərin qəbul olunmasının tərəfdarı olmuşam. Əminəm 

ki, bundan sonra da belə zənginləşmə davam edəcək. Və mən onu da arzu edərdim ki, 

bizim  televiziya  Türkiyəyə  verilişlər  versin  və  bizim  işlətdiyimiz  gözəl  sözlər  də  türk 

dilini zənginləşdirsin. 



Lakin  bu  proses  dilin  assimlyasiyası  naminə  ola  bilməz.  Əgər  biz  son  70  ildə 

dilimizin  assimlyasiyaya  uğramasının  qarşısını  ala  bilmişiksə,  bundan  sonra  da  bu 

prosesə yol verə bilmərik. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin