YARADICI TƏŞKİLATLARIN MÜRACİƏTİ
Son vaxtlar respublika mətbuatı səhifələrində Azərbaycan ziyvalılarına qarşı
yönəldilən böhtan, şayiə, dedi-qodu,təhqir xarakterli yazılar dərc edilir. Bəzi qəzetlərin
yazılarını nəzərdən keçirsək,belə bir qənaətə gəlmək olar ki, başa çatmaqda olan əsr
ərzində ölkəmmizdə heç bir yaxşı şey baş verməyib. Tariximiz saxtalaşdırılır, faktlar
olduğu kimi təqdim edilmir, Azərbaycanın mədəniyyət xadimlərinə ləkə vurulur.
Təəssüf doğuran odur ki, bütün bunlarla heç bir mənəvi haqları çatmayan şəxslər
məşğul olur.
Təəssüf doğuran daha bir fakt da odur ki,belə təhqir xarakterli yazılar yalnız
Azərbaycanın fəaliyyətidə olan sənətkarlarına deyil, çoxdan bəri dünyasını dəyişmiş
mədəniyyət xadimlərinə də şamil edilir.İftiraçılar üçün müqəddəs heç bir şey qalmamış,
onlar Cəlil Məmmədquluzadə,Yzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Mirzə
İbrahimov, Qara Qarayev kimi şəxsiyyətlərə də qara yaxırlar. Növbəti uydurmalar və
böhtanlar yağışı,deyəsən, bütün Azərbaycan ziyalı nəslini əhatə etməkdədir.
Mədəniyyətimizin fəxri olan sələflərimiz təhqir olunursa,bizim susmağa heç bir
haqqıms yoxdur.
Xalqımız tarixinin çətin anlarını yaşayır. Torpaqlarımızın 20 faizi zəbt edilmiş,bir
milyon qaçqın,sosial bərabərsizdik, iqtisadi çətinliklər, Qarabağın və ona yaxın
torpaqların itgisi… Belə bir şəraitdə xalqı parçalamaq,Azərbaycan ziyalılarını xalqa
qarşı qoymaq cəhdi çox təhlükəlidir. Öz tarixi dəyərlərini mədəniyyətinin ən parlaq
səhifələrini qaralamış xalq artıq mənəvi orientirini itirmiş kütləyə çevrilir.
Biz qəzet və jurnal redaksiyalarını,mədəniyyət xadimlərimizi ləkələyən
yazalardan imtina etməyə çağırırıq.
Sensasiya
xətrinə,bizlərdən
alının
müsahibələrdə
faktların
saxtalaşdıran,sözlərimizin,fikirlərimizin təhrif edən, adlarısmızdın öz nəşrlərinin böyük
tirajlarla çıxması naminə istifadə edən bədxah jurnalistlərdən uzaq olmağa çağırırıq.
Eyni zamanda biz jurnalistlərə qarşı hər hansı zorakılığı qəti şəkilə pisləyir,
jurnalistləri döyənlərin qanunla cəzalandırılmasını tələb edirik.
Əziz həmkarlar! Öz yaradıcılığınızı faydalı işlərə yönəldin və yadda saxlayın ki,
biz əhli qələmlər başqalarına nümunə olmalıyıq.
Bütün dost və həmkarlarımızı,əsassız şayiə və dedi-qodu xarakterli,təhqiramiz
materialların çapına davam edən,mədəniyyət xadimlərinə qarşı nifrət və düşmənçmilik
toxumları səpən nəşrləri boykot etməyə çağırırıq.
Azərbaycan Yazıçılar Birliyi adından
Dostları ilə paylaş: