Azərbaycan Yazıçılar Birliyinin katibilyi hörmətli siyasi xadimlərmizə,rəsmi
dövlət,hökumət dairələrinə, müxalifət rəhbərlərinə,millət vəkillərinə, müxtəlif
partiyaların liderlərinə müraciət edir. Səsimizi eşidin.
Qarabağ hadisələri başlanandan bəri beş il ərzində Yazıçılar təşkilatı tariximizin
ən mühüm,ən faciəli günlərində öz sözünü demiş, istər öz xalqımızın,istərsə də başqa
xalqların,ölkələrin yazıçılarına, mətbuat orqanlarına, ictimaiyyətinə müraciətlər qəbul
etmişdir.
Dəfələrlə dediyimizi bir daha təkrar etmək istəyirik:
Bir-birimizlə haqq-hesab çəkmək,bir-birimizi hörmətdən salmaq,bir-birimizi
bacardıqca ağır vurmaq vaxtı deyil. Bir-birimizi mənəvi,bəzən də hətta fiziki şəkildə
qırsaq,şikəst etsək, daha bizə düşmən nə lazım? Böyük Sabir demişkən: «Öz
qövmümüzün başına əngəl-kələfiz biz». Və yenə də Sabir demişkən: «Qırdıqca
yorulduq və yorulduqca qırılıdıq». Romantik siyasətin,ancaq haya-küyə arxalanan,
ancaq çılğın hisslərin,qaynar emosiyaların əsasında müəyyənləşən siyasətin vaxtı deyil.
Ayıq və oyaq siyasət,imkanlarımızı və real gerçəkliyi nəzərə alan siyasət aparmalıyıq.
Bəlkə, heç kəsin yaşıçılar qədər senzuradan başı bəla çəkməyib.Bəlkə yazıçılardan artıq
demokratiya arzusunda olan az adam tapılar. Amma demokratiyaya nə qədər sadiq
olsaq da, hər hansı siyasi gedişin,hərəkətin kütləvi müzakirə olunmasının, qiymətlən-
dirilməsinin,başı çıxanın da,çıxmayanın da qəti siyasi hökmlər verməsinin,olan-qalan
niyyətlərimizi,bəzən hətta sirrlərimizi elliklə araşdırılmasının, təhlil olunmasının
əleyhinəyik. Ən demokratik quruluşlarlda belə müharibə dövrünun, müharibə şəraitinin
öz xüsusiyyətləri və müəyyən məhdudiyyətləri var. Düşmənlə ölüm-dirim mübarizəsi
gedərkən tənqidin, təzyiqin sərhədləri olmalıdır. Xalqımızın bu bəladan qurtulub azad,
müstəqil, demokartik şəraitdə yaşayacağına inanırıqsa siyasi toqquşmaların da o vaxt
təbii və yerli-yerində olacağına əminik.Normal siyasi həyat üçün normal şərait lazımdır.
İndi biz qeyri-normal bir şəraitdə, ağır iqtisadi, hərbi, siyasi böhran içində yaşayırıq. Bu
dövrü ağılla,tədbirlə, mübarizəni udaraq,çətinlikləri dəf edərək keçməliyik.
Bizcə, indi Ali Sovetin,Milli şuranın qanunverici orqan olaraq iş sisteminri
saxlamaq, Nazirlər Şurasının icra orqanı kimi fəaliyyəitini davam etdirməklə bərabər,
təcili surətdə müharibə dövrünün muvəqqəti ali orqanını, tam səlahiyyətli fövqəladə bir
orqanı - AZƏRBAYCAN RESPUBLİKASININ BEŞ NƏFƏRDƏN İBARƏT MİLLİ
XİLAS KOMİTƏSİNİ YARATMAQ LAZIMDIR. Biz bu bəradə sürülən təkliflərə
tərəfdar çıxırıq. Vətənimizi bu böhrandan çıxarmaq üçün bütün məsuliyyəti həmin
Komitənin öhdəsinə vermək lazımdır. BİZCƏ BU BEŞ NƏFƏRLİK KOMİTƏYƏ
AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN SƏDRİ, RESPUBLİKANIN
BAŞ NAZİRİ, NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏCLİSİNİN
SƏDRİ (Heydər Əliyev nəzərldə tutulur-tərtibçilər) VƏ İKİ NƏFƏR XALQ
CƏBHƏSİNİN, DİGƏR MÜXALİFƏT NÜMAYƏNDƏSİ DAXİL OLMALIDIR
4
Gərək bu orqanın fikri-zikri daxili müunaqişələrə yayınmasın,ancaq Qarabağ
problemini həll etmək, vətənmimizin ərazi bütövlüyü,sərhədlərimizin toxunulmazlığı,
əhalimizin müdafiəsi yolunla bütün səylərini,imkanlarını cəmləşdirməlidir. Bu orqana
Ali Sovet ya Milli şura muəyyən bir möhlət, - həm də qısa bir möhlət verməli,bu
möhlətdə həmin orqanın sakit işləməsinə şərait yaratmalı və bu möhlətdən sonra ondan
hesabat tələb etməlidir. Yəni böhran aradan qaldırılarsa bu elə xalqa ən yaxşı hesabat
olar.Bütün siyasi qüvvələri,habelə elmi və yaradıcılıq təşkilatlarını çağrışımıza
qoşulmağı təklif edirik
Təbii ki, bizim təkliflərimizlə razılaşmayanlar da tapılacaq, amma xahiş edirik ki,
fikrimizi təhrif etməsinlər, ora-bura yozmasınlar, açıq-aydın ifadə etdiyimiz
mövqeyimizin arxasında nə durduğu barədə cürbəcür gumanlara düşməsinlər.
Sözümüzü düşündüyümüz kimi və səmimi şəkildə deyirik, Bəlkə yanılırıq. Bəlkə, kimsə
başqa,daha doğru-dürüst yol göstərəcək. Bəlkə bizim fikrimizə əlavələr, təshihlər
veriləcək. Amma nə ediriksə gəlin tez edək. Vaxt aman vermir. Uzun-uzadı
mübahisələr,diskussiyalar vaxtı keçib.İş,əməl vaxtıdır. Bir-birindən gürültülü
sözlər,alovlu şüarlar bizi bircə addım da qabağa aparmır. Real siyasi proqqram və bu
proqramı həyata keçirəcək əzmi, iradəsi, gücü olan hakimiyyət lazımdır. Bu hakimiyyət
orqanı iqtidarı, bacarığı,nüfuzu olan bütün qüvvələri birləşdirməlidir.
1)
4
Bu müraciət Heydər Əliyevi hakimiyyətə gətirmək yolunda mətbuat səhifələrində
ilk təşəbbüslərdən idi.
Ayrı-seçkiliyi başqa zamanlara saxlayaq. Yeganə amalımız Azərbaycanımızın
birliyidir, - siyasi birliyi,mənəvi birliyi, məqsəd birliyi. Bu məqsədə çatandan sonra
siyasi fikir ayrılığı və düşüncə müxtəliliyi,geniş pluralizm və sairə gözəl-gözəl
anlaıyışların da öz məqamı gələcək. Bu gün isə - bir məqsəd, bir hədəf, bir yol.
Səsimizi eşidin.
Azərbaycan Yazıçılar Birliyinin katibliyi
12 mart 1992
«Ədəbiyyat qəzeti», 20 mart 1992