May, 1991.
«Literaturnaya qazeta» da dərc olunmuşdur.
FİKRİMİZCƏ
Azərbaycan xalqı əsaslı demokratik ənənələrə malik bir xalqdır.
Təsadüfi deyil ki, Şərqdə ilk demokratik respublika quruluşu 1918-ci il mayın 28-
də Azərbaycanda yaranmışdır.
Yetmiş ildən artıq sürən totalitar recim şəraitində Azərbaycan xalqının
demokratik ənənələrinin müəyyən rüşeymlərini qoruyub saxlamaqla, real gerçəklik
haqqında acı həqiqətləri söyləməklə, mühitin eybəcərliklərini tənqid etməklə vicdanlı
Azərbaycan yazıçıları mövcud imkanlar daxilində bacardıqlarını deyə və yaza bilmişlər.
Buna görə də yazıçılarımız ölkədə demokratik ünsürlərin güclənməsinə, son
günlərdəki antidemokratik çevrilişin məğlubiyyətinə, qanuni hakimiyyətin qələbəsinə
sevinməyə bilməz və bu qələbəni alqışlayırlar. Hələ qiyamçılar iş başında olarkən
avqustun 21-də günün birinci yarısında mən bu hadisələri faciə adlandırdım, həmin
faciənin 1988-ci ilin fevralında Əsgəranda qətlə yetirilən iki azərbaycanlı gəncin
ölümüylə başladığını, sonra 1990-cı ilin qara Yanvarında Bakıda davam etdiyini qeyd
etdim, qiyamçıların sözüylə əməlinin uyğun olduğuna inanmadığımı bildirdim, ölkədə
demokratiyanın taleyi, respublikaların suverenliyinin, müstəqilliyinin taleyi üçün
nigarançılığımı dilə gətirdim («Azadlıq» qəzeti, 23 avqust, 1991).
Eyni zamanda biz ölkədəki demokratik qüvvələrin son üç-dörd ildə Azərbaycan
xalqının başına gələn müsibətlərə, onun verdiyi qurbanlara bir çox hallarda biganə,
laqeyd, seyrçi münasibət bəsləməsini, bəzənsə açıq-aşkar qeyri-obyektiv, birtərəfli,
qərəzli münasibətini unuda bilmərik. Ancaq indi ölkə demokratlarıyla haqq-hesab
çəkmək vaxtı deyil. İndi öz-özlüyündə ölkə miqyasında mütərəqqi ideyaları təmsil edən
qüvvələrin Azərbaycan problemlərini də düzgün və obyektiv qiymətləndirməsi üçün
qarşımızda duran vəzifələr haqqında düşünməliyik.
Respublikamızın taleyini yalnız və yalnız Mərkəzin inzibati strukturlarıyla
bağlamaq səhv idi və yazıçılarımız bunu dəfələrlə demişlər. Kökündən dəyişən siyasi
tənasüb mərkəzin demokratik qüvvələriylə daha fəal rabitə yaratmamağımızın acı
nəticələrini bir daha təsdiq etdi. İndi bəzi həqiqi demokratlar da, özlərini demokrat kimi
qələmə vermək istəyən bir çoxları da Azərbaycanı qara boyalarla təqdim etməyə
başlayıblar. Bunda bizim öz günahımız da var. Televiziya, başqa kütləvi informasiya
vasitələriylə respublikamızdakı real vəziyyəti, real ictimai ovqatı doğru-dürüst
işıqlandıra bilməmişik. Nəticədə isə üstümüzə böhtan dalınca böhtan, yalan dalınca
yalan yağdırılır. Bu da xalqımızın ağır mənəvi iztirablarına səbəb olur. Ölkə
demokratiyasının ağ günü Azərbaycanın qara gününə çevrilməməlidir.
Azərbaycan prezidentinin (A.Mütəllimovun-red.) Bakı televiziyasıyla avqustun
21-də səsləndirilən tələsik bəyanatında düzgün, haqlı müddəalarla yanaşı emosional
səbrsizlikdən doğan yanlış qiymətlər də vardı. Ölkədə, respublikamızda, xüsusilə də
Qarabağda qanunçuluğun, əmin-amanlığın bərpa olunması haqqında doğru mülahizələr
və eyni zamanda bu məsələlərin həllini DFVK-lə(QKÇP-lə) bağlamaq ümidi bir yerə
sığmır.
Axı «DFVK»çilərin əksəriyyəti -- vitse-prezident, baş nazir, Müdafiə və Daxiln
işlər naziri, DTK sədri - illər boyu bu məsələləri həll etməli olan dövlət orqanlarına
rəhbərlik etmiş və məsələni həll edə bilməmiş, ya həll etmək istəməmişlər. Onlara nə
ümid bağlamaq olardı! Qara yanvarın təşkilatçıları, Bakının cəlladı Yazov və başqaları
halımıza yanacaqdılar?!
Bizə elə gəlir ki,Azərbaycan Prezidenti bəyanatındakı bu yanlış məqamı açıq
etiraf etməklə bərabər irəli sürdüyü doğru-düzgün müddəaların da üstündə möhkəm
dayanmalıdır. Bu bəyanatdan bir bəhanə kimi istifadə edib Azərbaycana qara yaxan
düşmənlərimizə isə bir faktı xatırlatmaq lazımdır: Qiyam günlərində Ermənistan rəhbəri
Ter-Petrosyan özü etiraf etdiyi kimi (bax: «Pravda» qazeti 21 avqust 1991) ölkə
rəhbərliyilə (DFVK-ylə) daimi rabitə yaradıbmış və Yeltsinin 20 avqust tarixli
bəyanatında deyildiyi kimi (bax, «Arqumentı i faktı» № 33) xunta Erməinistana
güzəştlər vəd edirmiş. Amma indi, iş-işdən keçəndən sonra erməni millətçiləri və
onların züy tutanları, Mərkəzdəki havadarları bu məsələni açıb-ağartmırlar, «qara məni
basınca mən qaranı basım» prinsipiylə Azərbaycanın mövqeyini pis qələmə verməyə,
respublikada hərc-mərclik, qeyri-sabitlik yaratmağa cəhd edirlər. Bu gün
respublikamızda hərc-mərclik ölüm təhlükəsi qədər qorxunc bir işdir. Fitnəkarların
məqsədi Bakıda və Azərbaycanda yeni bir qara Yanvar yaratmaq, bu səfər yalnız
ordunun əliylə deyil, xalqımızın özünün əliylə qırğın törətmək, bizi bir-birimizə
qırdırmaqdır. Bu baxımdan avqustun 23-də Xalq Cəbhəsinin liderlərinə, Azərbaycanın
xalq deputatlarına, «Azadlıq» qəzetinin əməkdaşlarına qarşı törədilmiş zorakılıq
hərəkətını tam qətiyyətlə pisləyərək, bu zorakılığın səbəbkarlarının ciddi məsuliyyətə
cəlb olunmasını tələb edirik.
Ağır sınaq günlərini yaşayırıq, çox ciddi və təcili tədbirlər həyata keçirilməsə
daha da ağır sınaqlar qarşısında durmalı olacağıq.
Fikrimizcə ilk növbədə aşağıdakı tədbirlər təcili həyata keçirilməlidir:
1.Respublikada prezident seçkiləri təxirə salınmalıdır.
2.Demək olar ki, bütün ölkədə olduğu kimi, Azərbaycanda da Kommunist
Partiyasının rəhbər orqanlarının fəaliyyəti dayandırılmalı, partiyanın fövqəladə
Qurultayı partiyanın qalıb-qalmamasını, qalarsa nə şəkildə və nə adla qalmasını
müəyyənləşdirməlidir.
3.Bakıda fövqəladə vəziyyət aradan qaldırılmalıdır. Eyni zamanda biz Xalq
Cəbhəsinə, Bakı və Abşeiron əhalisnnin birlik və cəmiyyətlərinə, din xadimlərinə,
ziyalılara, müxtəlif siyasi qüvvələrə və inzibati orqanlara müraciət edərək hər hansı
təhrikçi və fitnəkar hərəkətlərin, çıxışların qarşısını almağa çağırırıq. Bir an da
unutmayaq ki, xalqı ziyalılara qarşı, fəhlələri kəndlilərə, bakılıları rayonlulara, ayrı-ayrı
regionları bir-birinə qarşı qoymağa cəhd göstərən təhrikçilərin fitnəkarlığında düşmən
əli, şeytan barmağı var. Düşmənlərimizi Azərbaycanda demokratiyanın taleyi yox, öz
çirkin təcavüzkar məqsədləri maraqlandırır. Azərbaycan demokratik hərəkatı özlərini
demokrat elan etmiş Ermənistan siyasi qüvvələriylə yalnız bir şərtlə - - onların
Azərbaycana ərazi iddiasından imtina etməsi və Qarabağla, başqa məsələlərlə bağlı
daxili işlərimizə qarışmamaq şərtiylə münasibət yarada bilər. Qarabağda yaşayan və
Azərbaycan qanunlarına riayət edən erməni əhalisinin təhlükəsizliyinə, əmin-
amanlığına biz özümüz təminat verməliyik.
4.Azərbaycanda siyasi partiyaların fəaliyyətinə geniş imkan yaradılmalıdır.
Kommunist Partiyası özünün içindən demokratik ideallara inanan adamlar sol
təmayüllü yeni bir partiya qura bilər. Və yalnız belə sivilizasiyalı siyasi plüralizm,
siyasi əqidə toqquşmaları şəraitində Prezident seçkilərinin keçirilməsi üçün lazımi
zəmin yarana bilər.
5.Bu işdə kütləvi iiformasiya vasitələri, xüsusilə Azərbaycan televiziyası çox iş
körə bilər. Efirdə müxalifət nümayəndələrinə, alternativ siyasi platformaların ifadəsinə
daha çox yer verilməli, bir-birindən fərqli fikirlər mübadiləsi, mübahisəsi, disputlar
keçirilməlidir. Siyasi mübarizə meydan və mitinqlərdən ekrana, efirə, mətbuat
səhifələrinə-keçirilməlidir. Bu hər hansı əlbəyaxa toqquşmaların, «dəyənək
dəlillərinin», qanın, qırğının qarşısını alar və eyni zamanda fikir, əqidə və pəy azadlığını
təmin edər. Azadlıqı zor gücünə təsdiq etməmək üçün onu xoşluqla, halallıqla, qanuni
yolla möhkəmləndirmək lazımdır.
6.Bu zəmin bir günün içində yaranmayacaq. Amma hadisələrin belə sürətlə
inkişaf etdiyini və ən gözlənilməz, ən təhlükəli dönümlərini nəzərə alaraq - təcili surətdə
Milli Saziş hökuməti yaratmaq - bu hökumətə mövcud inzibati kadrlarla,
mütəxəssislərlə bərabər, müxalifət nümayəndələrini və müstəqil nümayəndələri daxil
etmək lazımdır.
7.Əmin-amanlığın qorunması üçün Milli hərbi qvardiyanın yaradılması da
zəruridir. Bu qvardiya DİN tərkibində, koalisiya hökumətinin tabeliyində və ciddi
nəzarəti altında olmalıdır.
8.Həm Azərbaycan Ali Sovetinin, həm Azərbaycandan olan SSRİ Xalq
deputatlarının, həm də muxalifətin rəhbər orqanlarının iştirakıyla geniş Milli Forum
keçirilməli və bu forum Mərkəz rəhbərliyindən Azərbaycan ərazisinin silahlı
quldurlardan tez bir zamanda təmizlənməsini, öz sərhədlərimizin möhkəmləndirilməsini
qətiyyətlə tələb etməlidir. Dövlət orqanlarının, müxalifətin, geniş ictimaiyyətin birgə
tələbi daha gur səslənir.
9.Son məqsədimiz Azərbaycan respublikasının qeydsiz-şərtsiz müstəqil Dövlət
elan olunması və başqa dövlətlər tərəfindən tanınmasıdır. Keçmiş sovet
respublikalarıyla ayrı-ayrılıqda ikitərəfli siyasi iqtisadi, mədəni müqavilələr bağlamaq
olar.
Azərbaycan Yazıçılar Birliyi
«Ədəbiyyat qəzeti»
Dostları ilə paylaş: |