Sentyabr, 1991-ci il.
«Literaturnaya qəzeta» da dərc olunmuşdur.
İPƏK YOLU
Vaxt tarixi məvhum kimi müəxtlif sürətlə ölçülür. Elə dövrlər olur ki,onların
gedişi duyulmur.Elə illər olur ki,zaman rəvan addımlayır. Nəhayət,elə
aylar,günlər,saatlər olur ki,zaman sürətlə uçaraq hər şeyi- siasi-fəlsəfi
fikri,xalqların,ölkələrin,son nəticədə hər bir insanın dünyagörüşünü -- fikir
düzümünü,hərəkət məntiqini,yuxu obrazlarını dəyişir.
İyirmi il bundan qabaq «Qobustan» toplusunun birinci nömrəsini
buraxarkən,dilimizdə olmayan,lakin Türkiyə türkcəsiylə
səsləşən müəyyən
sənətşünaslıq terminlərnini dilimizə gətirmək,oxucuları müasir və klassik Türkiyə və
Cənubu Azərbaycan mədəniyyəti ilə ətraflı tanış etmək cəhdlərimə görə o vaxtkı
hakimiyyətin ən yüksək dairələrində məni pantürkizmdə günahlandırırdıldar. Mən o
vaxt təsəvvür edə bilərdimmi ki,gün gələcək xalqların qarşılıqlı mənəvi
yaxınlığında,biri digərinin tarixini,soykökünü daha dərndən öyrənmək arzusunda
pantürkizm xofu maneə kimi aradan qalxacaq. Bu gün səddlər, maneələr, divarlar (Çin
səddi kimi,Berlin divarı kimi) uçurulduğu vaxt şüurlu və qarşılıqlı surətdə bütün
sahələrdə- - mədəniyyət,elm,ədəbiyyvat, incəsənət sahəsinin inkişafında türk xalqlarının
təcrübə və ideya mübadiləsi labüddür.
Pantürkizm müəyyən ideoloji ,fəlsəfi konsepsiya kimi öyrənilməyə,
aparşırılmağa, təhlil edilməyə layiqdir. Bu gün pantürkizmi yalnız bütün türk
xalqlarının vahid dövlət daxilində birləşdirmək məqsədi kimi düşünmək gülüncdür,bu -
daha geniş,məhsuldar, tarixən əsaslandırılmış, başlıcası isə real olan arzuları - türk
xalqlarının mənəvi birliyini,türklərin vahid mənəvi aləmini yaratmaq arzularını
cılızlaşdırmaq, bəlkə də qəsdən təhrif etmək deməkdir.
Məgər iyirmidən artıq ərəb ölkəsi,vaxud ispandilli Latın Amerikası respublikaları
bir dövlətdə birləşirlər? Yox. Lakin siyasi recim və dövlət quruluşlarındakı fərqə
baxmayaraq (Respublika,dini ya konstitusiyalı monarixiya, demokratiya, totalitarizm).
Ərəb ölkələri ümimi mənəvi-mədəni məkana malikdirlər:bu ölkələrin vətənldaşlarının
həyatını əks etdirərn mətbuat, ədəbi sahələri istiqamətləndirən ədəbi proses,
film,auidioviziya məmulatlarının geniş mübadiləsi, ümimi ictimai-siyasi ab-
hava,ümumi mədəni,tarixi irs,ümumi əxlaqi və etik dəyərlər -ümumi dünyagörüşünün
əsasını təmin edir.Bir sözlə, bütün bunlar Vahid Ərəb dünyası haqqında danışmağa əsas
verən meyyarlardır.
İngilisdilli ölkələrin - ABŞ və Kanadanın(fransızdilli Kvebek əyalətini nəzərə
almaqla).- mənəvi-mədəni inteqrasiyası məncə ideal qarşılıqlı münasibətlərin örnəyidir.
Hələ bu ölkələrin soy əcdadları İngiltərəyə ilə güclü intellektual əlaqələrini demirik.
Tarixi,dini və ideololji fərqlərlə aralanmış,müxtəlif əlifbalara malik olan türk
xalqları hələ qeyri-müəyyən vəziyyətdə olan türk aləmini - Vahid Türk dünyasına
çevirməyə qadir olan intellektual, mədəni inteqrasiya və koordinasiya mexanizm-
ləri,institutları yaradılmalıdır.
Bu tarixən labüd prosesdir(Hərçənd ki,mən daxili və xarici amillərin təsiri ilə türk
xalqlarının ictimai-siyasmi taleyində müəyyən dolnanbacları da istisna etmiram, onlar
bu prosesləri yubada bilər, lakin qarşısını almaq, dayandırmaq iqtidarında deyil)
Bu tarixən təbii prosesdə Azərbaycan vacib rol oynamalıdır. Qismən Avropa
meylli türk sahələri (Türkiyənin özü, Kiprin türk hissəsi, Balkan türk anklavları) və
Uyğur çöllərindən Qazaxıstan və Orta Asiyaya qədər uzanan türk əraziləri arasında
körpü rolunu Azərbaycan oynamalıdır. O, həmin fəzanın mərkəzindədir. Həm coğrafi-
siyasi mövqeyinə, həm də tarixən bir çox məsələlərdə birinciliyinə görə.
Şərqin ilk dramaturqu, dram və opera teatrı sənətinin ilk qaranquşları, Rusiya
imperiyasında ilk müsəlman qəzeti, ilk respublika dövlət quruluşu (bu sahədə bütün
müsəlman Şərqində birinciliyimiz vardır) 1921-ci ildə Şərq xalqlarının Bakıda Birinci
qurultayı, Birinci türkoloji qurultay (1926-cı il) - bütün bunlar həm Azərbaycan, həm də
türk mənəviyyat tarixinin şərəfli səhifələridir.
Təəssüf ki, türk xalqlarının həyatındakı rolumuzu Stalin irticası dövründə, lap elə
sonralar da itirdik. Təşəbbüsçüsü olduğumuz və ilk tətbiq etdiyimiz latın əlifbasını da
qoruya bilmədik.
Latın qrafikalı əlifbanın bərpası mənəvi birliyimiz üçün mühüm addımdır. Bu iş
türk dilləri ailəsinə daxil olan hər bir dilin xüsusiyyəti nəzərə alınmaqla həyata
keçirilməlidir. Yeni sözlərin (neologizmlərin) və terminlərin yaranması sahəsində işlər
də bu cür istiqamətləndirilməlidir. Bu məsələlər ikinci türkoloci qurultayın çağrılması
zərurətini göstərir. Qurultayın Bakıda - Türk dünyasının qəlbində keçirilməsi ədalətli
olardı. Türkoloji qurultay nəinki yuxarıda qeyd olunmuş məsələlərin həllinə, həm də
müəyyən daimi orqanın yaradılmasına təkan verə bilərdi.
Bu orqanı türk xalqlarının humanitar problemləri ilə, onların tarixi, ədəbiyyatı,
incəsənəti, memarlıq və mədəniyyət abidələri ilə məşğul olacaq «Türk YUNESKOsu»
kimi bir təşkilat şəklində təsəvvür edirəm. Bu təşkilat bütün müstəqil türk dövlətləri
tərəfindən müəyyənləşdirilə və maliyyələşdirilə bilərdi.
2
Azərbaycanın yaradıcı ittifaqları tərəfindən təsis edilmiş, eyni adlı qəzetin bir
neçə nömrəsi nəşr edilmiş «Oğuz eli» assosiasiyası mahiyyət etibarilə bu tip ümumtürk
humanitar mədəni təşkilat, qurum kimi nəzərdə tutulmuşdur. Məhdud maddi imkanlar,
binanın olmaması (hərçənd şəhər hakimiyyəti bina boyun olub), texniki bazanın
yoxluğu, (Assosiasiyanın nəinki öz mətbəəsi, hətta kompüter, kseroks, müasir rabitə
vasitələri, teleksi, faksı da yoxdur), perspektivli bir
təşkilatın fəaliyyətini məhdudlaşdırır. Bu cür humanitar-mədəni Türk Mərkəzi böyük
bir fəzanın mənəvi simasını dəyişə bilərdi
3
.
Humanist dəyərlərə, sivilizasiyalı, toleranslı
(dözümlü), dünyəvi və demokratik əqidələrə əsaslanan qurum hər cür totalitarizmə -
istər kommunist, istər millətçi-faşist, istər təməl dinçi - totalitarizmə sədd ola bilər.
Artıq bu əsrin sonu, gələcək minilliyin əvvəlində türk ölkələri dünyanın coğrafi-
siyasi strukturunda mühüm amillərdən olacaqlar. Avrasiyanın qarşılaşacağı problemlər
bu böyük regionun mentalitetindən, - ruhundan, mənəviyyatından, düşüncə yükündən
asılıdır. İlk növbədə türk xalqları bir-birini yaxşı tanımalıdırlar.
«Türk YUNESKO»su təhsil prosesini də nizama sala bilər. Belə ki, ali türkoloci
təlimin olmasına baxmayaraq heç bir türk ölkəsində, o cümlədən Türkiyədə,
azərbaycanşünaslıq, qazaxşünaslıq, özbəkşünaslıq və s. fənlər yoxdur.
2
1Sonralar bu fikir və Türk Mədəniyyət Nazirləriylə görüşdə çıxış etdiyim zaman
verdiyim təklif TÜRKSOY adlı təşkilatın yaranmasıyla nəticələndi.
3
Dostları ilə paylaş: |