Yazıçı-publisist Şəmistan Nəzirli iki dəfə
Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun si-
lah dostu bərdəli mayor Qaçay Aslanov haq-
qında sənədli əsər yazır. Həmin əsərdən
“Həzi ilə görüş” fəslini möhtərəm oxuculara
təqdim edirik.
HƏZİ İLƏ GÖRÜŞ
Tırtıllı tankların gur səsindən sonra dalbadal qumbara atıldı. Qum-
baraların gurultusu torpağı lərzəyə gətirdi. Kazarmanın qapıları və şüşələ-
ri cingilti ilə yerə töküldü. Yuxudan sərsəm oyanan əsgərlər komandirin
gur səsini eşitdilər: – Müharibə! – deyə qışqıran gənc leytenant – silaha
sarılın! – komandasını dalbadal təkrar etdi.
1941-ci il iyul ayının 26-da Kiyev şəhəri yaxınlığında yerləşən 4-cü
mexanikləşdirilmiş korpusun tərkibində 20-ci tank alayının əsgər və
zabitləri yağı düşmənlə döyüşə girdi. Bu ölüm-dirim savaşında mərdliklə
vuruşan alayda bircə nəfər həmyerlimiz vardı. O, iyirmi bir yaşı yenicə
tamam olan bərdəli Qaçay Allahqulu oğlu Aslanov idi. Artıq ikinci il növ-
bəti hərbi xidmətdə olan Qaçayı alayda hamı nizam-intizamlı bir zabit ki-
mi yaxşı tanıyırdı.
Bütün Avropanı ayağa qaldıran Hitler Almaniyası ilk vaxtlar çox
sürətlə irəliləyirdi. Yaxın Şərqə yol açmaq istəyən faşizm özünün “məğ-
lubedilməz” ordu gücünü Stalinqrada yönəltmişdi. Ona görə də Ali Baş
Komandanlıqdan gələn əmrə əsasən leytenant Qaçay Aslanovun döyüşdü-
yü alay da Stalinqrad cəbhəsinə göndərildi. Onların alayı şəhərin Qərb
hissəsindəki Uşakovka kəndi yaxınlığında yerləşirdi. Döyüşlər beş ay idi
ki, davam edirdi. Nə gecə, nə də gündüz vuruşma ara vermirdi. Tapşırıq
çox qəti verilmişdi. Düşməni şəhərə buraxmamaq! Bir neçə döyüş əmə-
124
liyyatında igid zabit kimi döyüşən Qaçay Aslanovun sinəsini “Qırmızı
Ulduz” ordeni bəzəyirdi. Onu hamı “leytenant Aslanov” deyə çağırırdı.
Bir axşam Qaçayı alay komandiri podpolkovnik Vladimir Litvi-
nov torpaq qazmaya yanına çağırdı. Onun yanında ortaboylu, suyuşirin
qaraşın bir zabit də vardı. Litvinov gülümsünüb:
– Hə, həmyerlilər, Aslanovlar, tanış olun – dedi və əlini Qaçayın
çiyninə toxundurub, bu da bizim igid Azərbaycan oğlu Aslanovumuzdu –
deyə polkovnikə təqdim etdi.
Yanağı sərt şaxtadan azca allanıb qızarmış polkovnik qonaq Asla-
nov əlini Qaçaya uzadıb:
– Tanış olaq, – dedi – eloğlu, mən Həzi Aslanovam. Hər dəfə ko-
mandirinlə görüşəndə səni bolluca tərifləyir. Hətta zarafatla deyir ki, Hə-
zi, qardaşın leytenant Aslanov alayımızın fəxridir. Gəldim ki, səninlə ta-
nış olum. Çox sağ ol ki, xalqımızın başını uca edirsən.
Qaçay utancaq baxışlarını bilmədi haraya gizlətsin. Həzi Aslanov
isə elə hey onu tərifləyirdi. Söhbətinə ara verər-verməz komandiri Litvi-
nov onun şücaətindən danışırdı:
– Həzi, – noyabrın 19-da, iki gün əvvəl bizim leytenant Aslanovu
səhər saat səkkizdə bölüyü ilə Plodaviti kəndi istiqamətində kəşfiyyata
göndərdim. Üç saata yaxın apardığı döyüş əməliyyatında düşmənin de-
mək olar ki, bir rotasını yarıbayarı məhv edib geri oturtdu.
Həzi Aslanov bu dəfə doğma ana dilində, canıyananlıqla:
– Özünü gözlə eloğlu, sən hələ çox cavansan, neçə yaşın var?
– İyirmi iki yoldaş polkovnik – deyə Qaçay nizami əsgəri qaydada
cavab verdi:
– Axı, biz hələ sənin toyunda oynamalıyıq. Sənə bir böyük qardaş
məsləhətim, çalış döyüş vaxtı bölüyünün arxasını boş qoyma, onda daha
arxayın vuruşarsan, döyüş uğurun da artıq olar. Yaxın günlərdə bir cəbhə-
də vuruşacağıq. Mən çayın o tayında müdafiədə duran 55-ci tank alayının
komandiriyəm. Mənim alayımda da sənin kimi qoçaq həmyerlilərim çox-
dur. Amma sən burda, bu alayda tək-tənhasan darıxmırsan ki?
– Nə danışırsınız yoldaş polkovnik, heç bu frislərin əlindən darıx-
mağa vaxt var... İcazə verin yoldaş polkovnik bir söz də mən deyim.
– Buyur!
– Bax, Siz məni tərifləyirsiniz. Mən yalnız alayımızda tanınıram.
Sizi axı, bütün ölkə, bütün Azərbaycan tanıyır, fəxr edir. Sizin Moskva ət-
rafı döyüşlərdə göstərdiyiniz qəhrəmanlığı bütün Azərbaycan mətbuatı qı-
zılı hərflərlə yazır. Vətəndən aldığım qəzetlərdə Sizin haqqınızda bolluca
yazılar var.
– Qaçay, eloğlu, nə poetik danışığın, nə də ləhcən bizim Lənkəran,
Astara bölgəsinə bənzəmir. Bilmək istərdim mənim həmfamilim olan igid
hansı bölgədəndir? Bilirsən niyə soruşuram, alayıma qayıdanda mənim
125
“uşaqlarım” belə şeyin çox marağındadırlar, bilirəm ki, məni sorğu-suala
tutacaqlar.
– Qarabağlıyam, yoldaş polkovnik. Aran Qarabağın Bərdə rayo-
nundanam. Kəndimin də adı Kələntərlidir. Xanlıq dövründə bizim kənd
Cavanşir xanlarının şəxsi mülkü olub. Tarixə Batmanqılınc adı ilə düşən
igid Məmməd bəy Mehrəlibəyoğlu Cavanşirin kəndi olub.
Polkovnik Həzi Aslanov gülümsünüb:
– İcazə ver, səndən soruşmadan özünə deyim ki, sənin şeir yaz-
maq qabiliyyətin var. Bir də qarabağlı olasan yaxşı səsin olmaya? Bunlar
da varmı?
– Yeri gələndə şair Səməd Vurğun demişkən az-az uydururam...
– Səmədlə tanışlığın varmı?
– Yox, heç üzünü görməmişəm. Amma “Vaqif”ini əzbər bilirəm.
– Ancaq mən yaxşı tanıyıram, ötən il Moskvada təsadüfən görüş-
dük. Restoranda birgə nahar etdik. Mən ona bir məktub da yazıb verdim.
Özü şəxsən aparıb anam Nuşuya çatdırıb. Sağ olsun. Anam yazır ki, Həzi,
oğlum, Səməd Vurğun gətirdiyi məktub bizə xeyli təsəlli verdi, sənin ba-
rəndə... Qaçay, Allah qoysa bu frislərin axırına çıxaq, müharibə qurtarsın
sənin toyuna Səmədlə gələrik... İndi mən getməliyəm, axşam toranı düşür.
Sənə ən vacib tövsiyəm döyüş vaxtı özünü qoru...
Podpolkovnik Litvinov gülə-gülə:
– Yoldaş polkovnik, sizin dili bilməsəm də danışığınızın abı-hava-
sından belə başa düşdüm ki, qohum çıxdınız. Mən buna çox-çox şad oldum.
Ayağının birini qaçaraq qoyub getmək istəyən Həzi Aslanov geri
dönüb gülə-gülə dedi:
– Biz azərbaycanlılar harada yaşayıb-işləməyimizə baxmayaraq
hamımız bir ananın, bir atanın övladıyıq. Hələlik, görüşənə qədər.
***
Şərəfli döyüş yоlu kеçmiş Qaçay Aslanоvun müharibədən sоnrakı
həyatı və əmək fəaliyyəti də nəsillərə örnək оla biləcək ömür yоludur.
Uzun illər məsul vəzifələrdə çalışmış, əməksеvərliyi, ədalətliliyi,
humanizmi ilə еl arasında böyük hörmət qazanmışdı. Indi də adı çəkilən-
də hamı: «Rəhmətlik yaxşı kişi idi, Allah rəhmət еləsin!» dеyib ruhuna
dua оxuyur. «Yaxşı kişi» titulunu qazanmaq hər kəsə nəsib оlmur. Qaza-
nanlar isə еlin yaddaşında əbədi hеykələ dönür. Qaçay Aslanov kimi.
|