Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə103/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   99   100   101   102   103   104   105   106   ...   541
II.

Vəzifə öhdəlikləri

6.   Həkim-mikrobioloq   ona   həvalə   edilmiş   vəzifə   öhdəliklərinə  uyğun  olaraq 

mikrobioloji tədqiqatları aparır.

7.   Mikrobioloji   tədqiqatların   analitik   və   diaqnostik   cəhətdən   etibarlı 

metodlarından istifadəni təmin edir.

8. Mikrobioloji tədqiqatların yeni metodlarının və laboratoriya avadanlıqlarının 

istifadə edilməsi və tətbiqində iştirak edir.

9. Başqa ixtisaslı həkimlərə mikrobiologiya məsələləri üzrə məsləhətlər verir.

10. Tibb müəssisəsinin müalicə bölmələrinin heyəti üçün bioloji materialların 

götürülməsi və mikrobioloji laboratoriyaya çatdırılması qaydaları üzrə tövsiyələr tərtib 

edir, mikrobioloji  tədqiqatların  nəticələrinin aydınlaşdırılmasında iştirak edir.

11.   Mikrobioloji   laborator   tədqiqatlarının   keyfiyyətinə   laboratoriyadaxili     və 

kənar nəzarət üzrə tədbirləri həyata keçirir.

12. Öz işinin və tabeliyində olan orta tibb təhsilli mütəxəssislərin işinin təhlilini 

aparır.

13.   Öz   işi   barədə   hesabatı   hazırlayır,   mikrobioloji   laboratoriyanın   illik 

hesabatının tərtib edilməsində iştirak edir.

104



14. İxtisaslarının artırılması məqsədi ilə orta tibb təhsilli mütəxəssislər üçün öz 

ixtisası üzrə məşğələlər keçirir. 

15. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, onların öz vəzifə 

öhdəliklərinə və epidemiya əleyhinə rejimə riayət etməsini təmin edir.

16.   Diaqnostik   prosedurlarının   aparılmasının,   alət,   aparat   və   avadanlıqların 

istismarının, reaktiv və dərman preparatlarının səmərəli istifadəsinin düzgünlüyünə, 

orta   və   kiçik   tibb   heyəti   tərəfindən   təhlükəsizlik   texnikası   və   əməyin   mühafizəsi 

qaydalarına riayət edilməsinə nəzarət edir.

17.  Öz işini planlaşdırır və  iş fəaliyyətinin göstəricilərini təhlil edir.

18. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında 

və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

19. Həkim etikasının qayda və prinsiplərinə riayət edir.

20. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, eləcə də öz peşə 

fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə və vaxtında icra edir.

21. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, 

sanitariya-epidemioloji rejimə riayət edir.

22. Mülki-müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir.

23.  Mütəmadi olaraq öz ixtisasını artırır.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin