Pedaqogika, Fəlsəfə, Psixologiya kı atına minib təkbaşına doqquz əri mizraqladı. Mərkəzi qorudu,
vermədi...[3.116]”.
Göründüyü kimi, Bilgə xaqan həm özünün, həm də və xüsusən
qardaşı Kül-tiginin əsgərlik şücaətindən geniş bəhs edir və göstərir
ki, əgər onlar əsgər kimi Vətənin müdafiəsinə qalmasaydılar hamı
məhv olacaqdı, Vətən yenə əldən gedəcəkdi: “ ...Anam, xatun,
bütün analarım, bacılarım, gəlinlərim, şahzadələrim, o gündən
diri qalanlar! Kül-tigin olmasaydı öləcəkdiniz!” [3.116].
“...Ey Türk milləti!”
Bu eli (Vətəni – M.S.) kiçik qardaşım Kül-tigin ilə ölümlə
çarpışaraq qazandım. Qazanıb bu böyük milləti atəşə, suya sal-
madım (fəlakətə də düşürmədim) [3.116].
Qədim türk elində Vətənin döyüşkən əsgəri olmaq hissi ha-
mının ətinə, qanına, iliyinə işləmişdi, onu Vətənin müdafiəsinə
qaldırmışdı. Dar məqamda, ağır gündə hamı bir nəfər kimi Vətəni
qoruyurdu. Türklərin vətən döyüşkənliyi onun təkidi, qətiyyəti,
cürəti, mətanəti, şücaəti, mərdliyi, qəhrəmanlığı və bunlardan
irəli gələn bir sıra fiziki-iradi keyfiyyətləri ilə - cəldliyi, çevikliyi,
qoçaqlığı, igidliyi ilə xarakterizə olunurdu.
Vətən döyüşkənliyinin məzmununa daxil olan bu tələblər
Orxon-Yenisey yazılı abidələrində geniş miqyasda təbliğ və
tərənnüm olur. Yuxarıda Bilgə xaqanın, Kül-tiginin vətən
döyüşkənliyindən bəhs edən fikirlərdə onların təkidi - özlərini
vətən uğrunda mübarizəyə səfərbər etmələri, cürəti – Vətən uğ-
runda fəaliyyətlərinin tezliyi, mətanəti – vətənin müdafiəsi barədə
qəbul etdikləri qərara sadiq olmaları, şücaəti – vətən uğrunda
döyüşmək barədə qəbul etdikləri qərarı qeyd-şərtsiz icra etmələri,
mərdliyi – vətən uğrunda qarşıya qoyulmuş məqsədə çatmaq
naminə özlərini döyüşlərin ağuşuna atmaları ilə, habelə onların
cəldliyi – vətənin müdafiə əmrini yubanmadan, ləngimədən. tez
və dəqiq yerinə yetirmələri, çevikliyi – düşmən onu özünə hədəf