Pedaqogika, Fəlsəfə, Psixologiya runda özlərini, şirin canlarını, müqəddəs bildiklərini fəda edəndə
sevinc, şərəf hissləri bütün hisslərdən yüksək dururdu.
Bu hissləri ifadə edən sözlər epitafilərin əsas məzmununu
təşkil edir, desək, əsla yanılmarıq və yeri gəldikcə onlarla tanış
olacağıq. İlk öncə, göstərək ki, türkün geniş mənada nəzərdə tu-
tulan vətən əxlaqının məzmununa nələr daxildir və onu da qeyd
edək ki, bu böyük bir siyahı təşkil edir. Türkün vətənpərvərlik
keyfiyyətlərinə aşağıdakı keyfiyyətlər daxil idi:
•Vətən təəssübkeşliyi;
•Vətən qeyrəti;
•Vətən döyüşkənliyi;
•Milli mənlik şüuru;
•Milli ləyaqət;
•Milli vicdan;
•Milli iftixar;
•Milli birlik [4; 123].
Türkün vətən əxlaqının bu tərkib hissələri Orxon-Yenisey
yazılı abidələrində elə dəqiqliklə ifadə olunmuşdur ki, ona heç
bir şərh, kommentariya lazım deyil desək, yanılmarıq. Təsadüfi
deyildir ki, daşlara həkk olunan, əbədiləşən bu fikirlər, eyni za-
manda, türk fikrinə, türk ruhuna, gen yaddaşına də həkk olu-
nub ki, türk xalqının hər gənc nəsli bu ruhda tərbiyə olunub,
Vətənini, onun sərhədini, ərazi bütövlüyünü, bir sözlə vətən adı-
na aid hər bir şeyi qoruyub. Həqiqətən də, Orxon-Yenisey ya-
zılı abidələrindəki mətnlərlə tanış olduqca belə qənaətə gəlirik
ki, bizə həm də yüksək namus, milli qürur, milli birlik, milli
təəssübkeşlik məhz vətən eşqi ilə keçmişdir. Bu hiss, bu duyğular,
bu tərbiyə nümunələri yüzillikləri addımlayaraq bizə gəlib çat-
mışdır. Orxon-Yenisey abidələrində böyük Türkün böyük də olan
vətənpərvərlik keyfiyyətlərinə nəzər salaq.