D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə224/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   220   221   222   223   224   225   226   227   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
əsas  tutaraq,  Kül-tiginin  epitafiyasını  (732-ci  il)  əsas  götürərək 
türk  yazısının  (eləcə  də  mənəvi  dəyərlərinin  –  M.S.)  tarixini 
VIII əsrə aid etdilər. Talas daşlarının tarixini də V-VI yüzilliyə 
aid  etməklə  Monqolustandan  Macarıstanadək  uzanan  böyük 
bir ərazidə tapılmış bütün qədim türk yazılı abidələrinə belə bir 
təxmini tarix qoyuldu [8.172].
Əslində isə, yuxarıda qeyd etdiyimiz kimi, Türkün mədəniy-
yət tarixi insanlığın tarixi qədər dərindir.
Mövzudan kənara çıxmayaq, məqsədimiz Türkün vətəninə, 
zəngin mənəviyyatına paxıllıqla, qısqanclıqla yoğrulmuş düşmən-
cəsinə münasibəti açıqlamaq idi. Ona görə lap yuxarıda qeyd et-
diyimiz  kimi,  tədqiqat  işimizlə  Türkün  vətəndaşlığına,  vətənlə 
bağlı anlayışlarına, vətən mənəviyyatına güzgü tutmaq qərarına 
gəldik.
Türk  üçün  Vətən  nə  demək  idi?  Vətən  anlayışı  onun 
mənəviyyatında hansı yeri tuturdu? Bu barədə görkəmli türkçü 
alim  Ziya  Göyalpın  “Türkçülüyün  əsasları”  kitabında  olduq-
ca qiymətli fikirlərə rast gəlirik: “...Böyük millətlərdən hər biri 
mədəniyyətin xüsusi bir sahəsində birinciliyə çatmışlar. Əski yu-
nanlar estetikada, romalılar hüquqda, israillilər və ərəblər dində, 
fransızlar  ədəbiyyatda,  anqlosakslar  iqtisadda,  almanlar  mu-
siqi    və  metafizikada  (fəlsəfədə),  türklər  isə  əxlaqda  birinciliyi 
qazanmışdır” [2, 118]. Göründüyü kimi, vətəni [Böy 2, 118] və 
çoxsahəli türk əxlaqında vətən əxlaqı birinci yeri tutur. 
Türklərdə vətən əxlaqı çox qüvvətli olmuşdur. Hər bir türk 
öz  “Eli”  üçün  həyatını  və  ən  sevdiyi  şeylərini  fəda  etməkdən 
çəkinməzdi. Çünki, “El” Göy Tanrının yer üzündəki kölgəsiydi. 
Türklərə görə,Göy Tanrı olduqca uğurlu olan bir eşq gecəsində 
bir “qızıl işıq” olaraq yerə enmiş, bu enişdən bir ağacdan “Qut-
lu El”in doğulub artmasına səbəb olmuşdur. “Qutlu El” – “uğur-
lu  El”,  “mübarək  El”,  “müqəddəs  El”  anlayışlarını  verməklə 


223

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin