Pedaqogika, Fəlsəfə, Psixologiya
218
DƏDƏ QORQUD ARAŞDIRMALARI
tədqiqə cəlb edilməyə başlamışdır. Xüsusən də, dil baxımından,
eləcə də tarixi aspektdən müəyyən qədər tədqiqə cəlb edilmiş-
dir, amma pedaqoji aspektdən tutarlı bir tədqiqat əsərinə rast
gəlinmir. Düzdür, bir sıra pedaqoq – alimlər məqalələr şəklində
qədim türklərin tərbiyə məsələlərini araşdırmışlar. Məsələn,
F.Rüstəmov “Qədim türklərdə tərbiyə” məqaləsini, K.Quliyeva
bu mövzuda bir sıra məqalələrini müxtəlif məcmuələrdə dərc
etdirmişlər. Halbuki, Orxon-Yenisey yazılı abidələri türk peda-
qoji fikrinin ən qiymətli mənbəyi, məxəzidir. Ona görə də Or-
xon-Yenisey abidələrinin pedaqoji istiqamətdən öyrənilməsi
vacib sayılmalıdır. Məlumdur ki, pedaqoji araşdırmaların əhatə
dairəsi genişdir, çoxsahəlidir və biz bu abidələrdə yuxarıda qeyd
etdiyimiz kimi, vətənpərvərlik tərbiyəsi məsələlərini araşdırma-
ğa çalışmışıq. Amma hesab edirik ki, öncə Orxon-Yenisey yazılı
abidələri mahiyyətcə nədir, onun məzmununa nələr daxildir, onun
coğrafi məkanı haradır, hansı tarixi şəraitin məhsuludur - kimi
sorğulara cavab vermək daha məqsədəmüvafiqdir. Orxon-Yeni-
sey yazılı abidələri “bəngüdaşlardır” [3.108], yəni iri qəbirüstü
daşlar və qayalardır, başqa sözlə, məzardaşlarıdır. Bu kitabələr
VI-VIII əsrlərdə Altayda və Şimali Monqolustanda mövcud ol-
muş Qərbi Türk xaqanlığı və Şərqi Türk xaqanlığı dövlətlərində
baş vermiş siyasi hadisələr və ictimai-iqtisadi həyatla bağlıdır.
Bəs Orxon-Yenisey yazılı abidələri elmə nə vaxtdan məlum ol-
muşdur? – sorğusuna onun tədqiqatçıları belə cavab verirlər ki,
ilk dəfə olaraq bu barədə XIII əsrdə Sibirə səyahət etmiş İran
səyyahı Covayini bəhs etmişdir. Lakin Orxon-Yenisey yazıları-
na dair kitabı 1730-cu ildə F.İ.Stralenberq nəşr etmişdir. Belə ki,
Poltava döyüşündən (1709) sonra Sibirə sürgün edilmiş isveçrəli
əsir zabit F.İ.Stralenberq burada abidələri “kəşf edir” və bir neçə
kitabənin surətini “Niştadt sülhündən (1721) sonra azad edildikdə
1722-ci ildə özü ilə Stokholma gətirir, burada çap etdirir, bununla
|