217
mənliyimizin təşəkkül tapmasına şərait yaratmışdır. Və bu şərait,
xüsusən də, tərbiyə məsələlərinə yenidən baxmağı, gənc nəsildə
milli ləyaqət, milli mənlik şüuru, milli iftixar hissi, vətəndaşlıq
ləyaqəti və dəyanəti tərbiyəsini, geniş mənada vətənpərvərlik
tərbiyəsini daim ön plana çəkməyi tələb edir.
Elmi pedaqogikadan məlumdur ki, tərbiyədə, eləcə də
vətənpərvərlik tərbiyəsində istinad nöqtələrindən biri də
nümunədir, bu mənada keçmişimizin şərəfli qəhrəmanlıq
səhifələrinə bir baxışdır, onu öyrənmək və tətbiq etməkdir. Avs-
triya şairi Reyner Mariya Rilkenin təbirincə “Keçmişə aid olan
hər şeyin mənası ondadır ki, bu keçmiş ölü yük olaraq qalmır, nə
vaxtsa qayıdıb gəlir, ömür-günümüzə daxil olur, möcüzə kimi,
məlhəm kimi qanımıza-canımıza işləyir” [8, 217]. V.Q.Belinski
bu münasibətlə yazmışdır: “Biz indimizi aydınlaşdırmaq və
gələcəyimizi dərk etmək üçün, keçmişimizi sorğu-suala tutmalı
və onu dindirməliyik” [4, 4].
Və bizim “dindirməli” olduğumuz qəhrəmanlıq səhifə-
lərimizdən biri də Orxon-Yenisey yazılı abidələridir.
Orxon-Yenisey yazılı abidələri türk tarixinin ən dəyərli
abidələrindən olmaqla, həm də türk tarixinin, ədəbiyyatının,
mədəniyyətinin dünya mədəniyyəti xəzinəsində ən qiymətli
incilərindəndir. O, türk tarixinin böyük bir dövrünü (VI-VIII
əsrləri) ən gerçək, ən çılpaq və dəqiq şəkildə yaşadan mənbələrdir.
Bu abidələr türk millətinin, xüsusən də, oğuzların yəni, biz
azərbaycanlıların, eləcə də Anadolu türklərinin xarakterini,
hərbi dühasını, nəslini, yüksək mədəniyyətini, sülhsevərliyini,
millətsevərliyini, möhtəşəm tərbiyə ənənələrini özündə əks etdi-
rir, yaşadır. Öz orijinallığı, məzmunu, əxlaqi-mənəvi dəyəri, ya-
zılış tərzi, dili və üslubu ilə dünya miqyasında inkarolunmaz tu-
tarlı elmə çevrilən Orxon-Yenisey yazılı abidələri, müşahidəmizə
əsasən, Azərbaycanda son onililklərdə müxtəlif istiqamətlərdən
Dostları ilə paylaş: