Onomastika, Dialektologiya, Etimologiya bu işin öhdəsindən gələ bilmədim və s. Bu kimi cümlələrdəki mo-
dal sözləri abidələrin lüğət tərkibindəki modal sözlərlə müqayisə
etdikdə görürük ki, bu hər iki dövrdə işlənən modal sözlərin
mənaları arasında heç bir məna, məzmun fərqi yoxdur. Sadəcə
olaraq, fonetik quruluşunda güclü dəyişiklik olmuşdur.
Ök//kük modal sözu. Orxon-Yenisey abidələrinin lüğət
tərkibində işlənən bu sözü müasir Azərbaycan dilinin lüğət
tərkibində işlənən modal sözlərlə müqayisə etdikdə görürük ki,
burada o əlbəttə, modal sözünün verdiyi mənaya uyğun gəlir.
Yayduk yolta yəmə ölti /rw/r.-səpələndikləri yollarda da əlbəttə
öldülər. (l. Tc. l6, s. 118, 122). Anta ayğuçı yəmə ben ök ertim.
- Onda məsləhətçi də, əlbəttə, mən idim. (1. Ts. 50, s. 120,125).
Qızım, sən deyən yox, mən deyən olmalıdır əlbəttə. (Azərbaycan
dastanları) O, əlbəttə hər ehtiyata qarşi özü ilə sazını da götür-
müşdür. (Azərbaycan dastanları)
Bütün bu yazdıqlarımdan belə bir nəticəyə gəlmək olar
ki, Orxon-Yenisey abidələrinin lüğət tərkibində köməkçi nitq
hissələri əsas nitq hissələrinə nisbətən çox azdır. Burada köməkçi
nitq hissələrindən ən çox qoşma, ədat, nisbətən də bağlayıcı
və modal sözlər işlənmişdir. Orxon-Yenisey abidələrinin lüğət
tərkibindəki köməkçi nitq hissələri ilə müasir Azərbaycan dilinin
lüğət tərkibində işlənən köməkçi nitq hissələri arasında müqayisə
apararaq belə bir qənaətə gəldik ki, bu hər iki dövr köməkçi nitq
hissələri arasında, onların məna, məzmun, leksik və qrammatik
quruluşu arasında o qədər də böyük fərq yoxdur.
Ədəbiyyat 1. Ə.Rəcəbov, Y.Məmmədov. “Orxon - Yenisey abidələri” B.,
1993.
2. Ə.Şükürlü. “Qədim türk yazılı abidələrinin dili” B., 1993.