Tiyin (teyin). Bu sözü bəzi tədqiqatçılarımız feli bağla-
ma, bəzi tədqiqatçılarımız da bağlayıcı kimi önə çəkmişlər.
Hörmətli rofessorumuz Ə.Tanrıverdi Ə.Rəcəbovun fıkirlərini
təsdiq edərək bildirir ki, bu proses əvvəlcə “tiyin” feli bağlama-
sının son samiti düşmüş, “i” saiti tədricən “ə” saitinə keçmişdir.
Tiyin>tiyi>diyi>deyü və deyə şəklini almışdır.(4. s. 317, 318) Bu-
radan o da başa düşülür ki, deyə sözü deyərək feli bağlamasının
qısaldılmış hissəciyidir. Bu alimlərin verdiyi nümunələrdə deyə//
tiyin sözlərində deyərək sözünün qısaldılması özünü göstərir. (4.
s. 317, 318) Yuxarıda qeyd olunmuş fıkirlərlə biz də razılaşırıq ki,
bu deyə, deyərək sözünün qısaldılması kimi olduqda bu fıkirlər öz
təsdiqini tapır. Abidələrin dilmdən gətirilən bu nümunələrdə tiyin
- deyə sözünü biz asanlıqla deyərək şəklində tələffüz edə bilərik
və buna görə də bu sözləri alimlərimiz feli bağlama kimi qeyd